Kanada Kral Cəmiyyəti () — Kanadanın təhsil və elmi tədqiqatlara dəstək verən, eləcə də onların təbliğini həyata keçirən aparıcı milli təşkilatıdır. 1882-ci ildə təsis edilən və ilkin olaraq 80 üzvdən ibarət olan Kanada Kral Cəmiyyəti hazırda üç akademiyadan ibarətdir: İncəsənət və Humanitar Elmlər Akademiyası (), İctimai Elmlər Akademiyası () və Elmlər Akademiyası (; sonuncunun himayəsi altında dəqiq, təbiət və tətbiqi elmlər, habelə texnologiyalar fəaliyyət göstərir). XX əsrin sonlarına yaxın Kanada Kral Cəmiyyətinin təxminən 1600 üzvü var idi. XXI əsrin ikinci onilliyində isə onların sayı (xarici üzvlər və fəxri akademiklərlə birlikdə) 2000-i ötmüşdür.

Tarixi Kanada Kral Cəmiyyəti 1882-ci ildə dövrün general-qubernatoru Con Kempbell Lorn (yaxud markiz Lorn) tərəfindən təsis edilmişdir. Cəmiyyətin ilk üzvləri sonradan təşkilatın ilk prezidentləri olmuş iki şəxs — MakGill Universitetinin rektoru Con Vilyam Douson və Kvebekin keçmiş Baş naziri Pyerr-Jozef-Olivye Şovo tərəfindən seçilmişdir. Kral Cəmiyyətinin ilk 80 üzvü dörd bölmədə birləşmişdi: fransız və ingilis ədəbiyyatı və əlaqəli fənlər, riyaziyyat və fizika, habelə geologiya və biologiya. İlk üzvlər arasında saat qurşaqları sisteminin ixtiraçısı Sendford Fleminq və dövrünün aparıcı həkimlərindən biri olan Vilyam Osler də var idi. Sonrakı dövrlərdə yeni üzvlər artıq mövcud üzvlər tərəfindən seçilməyə başlanmışdır.

1938-ci ilə qədər Kral Cəmiyyətinin sıralarında yalnız kişilər iştirak edirdi. Geoloq və paleontoloq Elis Vilson təşkilatın ilk qadın üzvü olmuşdur. 2005-ci ildə isə ilk dəfə bir qadın (ədəbiyyatşünas Patrisiya Demers) Kral Cəmiyyətinin prezidenti seçilmişdir.

Mövcudluğunun ilk 129 ili ərzində Kral Cəmiyyətinin daimi qərargahı olmamışdır. Bu vəziyyət 2011-ci ildə cəmiyyətin keçmiş prezidenti Vilyam Lissin vəsiyyət etdiyi 500 min dollar hesabına Ottavanın mərkəzində, əvvəllər mehmanxana kimi fəaliyyət göstərən qədim binanın alınması ilə dəyişmişdir. Təmir və yenidənqurma işlərindən sonra malikanə Lissin anası Etel Berta Volterin şərəfinə Volter-haus () adlandırılmışdır.

Strukturu Kanada Kral Cəmiyyəti hazırda üç akademiyadan ibarətdir: İncəsənət və Humanitar Elmlər Akademiyası (), İctimai Elmlər Akademiyası () və Elmlər Akademiyası (; sonuncunun himayəsi altında dəqiq, təbiət və tətbiqi elmlər, habelə texnologiyalar fəaliyyət göstərir). XX əsrin sonlarına yaxın Kanada Kral Cəmiyyətinin təxminən 1600 üzvü var idi.

İncəsənət və Humanitar Elmlər Akademiyası üç bölməni əhatə edir: ingilisdilli humanitar elmlər bölməsi, fransızdilli humanitar elmlər bölməsi () və ikidilli incəsənət bölməsi (bura memarlıq və bədii ədəbiyyat da daxildir).

İctimai Elmlər Akademiyası iki — ingilisdilli və fransızdilli bölmədən ibarətdir. Elmlər Akademiyasında isə dörd ikidilli bölmə fəaliyyət göstərir: tətbiqi elmlər və mühəndislik (); Yer, okean və atmosfer elmləri; biologiya (); habelə riyaziyyat və fizika.

2004-cü ildən Kanada Kral Cəmiyyətində korporativ üzvlük proqramı fəaliyyət göstərir. Üzv təşkilatların siyahısına Kanadanın Milli Tədqiqat Şurası (), TRIUMF Milli Elementar Zərrəciklər və Nüvə Fizikası Laboratoriyası və Kanadanın 50-dən çox universiteti daxildir.

thumb|Kanada Kral Cəmiyyətinin Ottavadakı baş qərargahı

Kanada Kral Cəmiyyətinin siyasətini müəyyən edən əsas orqan onun Şurasıdır. Şuranın tərkibinə 20 üzv daxildir: Yeddi icraçı direktor: Kral Cəmiyyətinin prezidenti, əvvəlki və ya növbəti prezident, üç akademiyanın prezidentləri, fəxri katib və fəxri xəzinədar; Üç akademiyanın katibləri; Fəxri redaktor; Xarici işlər üzrə katib; Ekspert şurasının katibi; Mükafatlandırma komitəsinin sədri; Elmdə qadınların dəstəklənməsi üzrə komitənin sədri; Prezident şurasının sədri; Elmlər Akademiyasının iki nümayəndəsi; Üzv təşkilatların iki nümayəndəsi.

Şuranın iclasları arasındakı dövrdə səlahiyyətlər yeddi icraçı direktordan, prezident şurasının sədrindən və üzv təşkilatların bir nümayəndəsindən ibarət olan İcraiyyə Komitəsinə məxsusdur.

Üzvlük Hazırda seçilmə prosedurundan asılı olaraq, Kanada Kral Cəmiyyətinin dörd üzvlük kateqoriyası mövcuddur: müntəzəm seçilən üzvlər, fövqəladə üzvlər (), fəxri üzvlər və xarici üzvlər. Cəmiyyətin nizamnaməsinə əsasən, hər il əlavə olaraq 75-ə qədər müntəzəm, 7-yə qədər fövqəladə və 4-ə qədər xarici üzv seçilir (xarici üzvlər Kanada vətəndaşı və ya sakini olmayan, lakin fəaliyyəti təhsil və elmin inkişafı məqsədlərinə xidmət edən və Kanada cəmiyyəti üçün aşkar əhəmiyyət kəsb edən şəxslər arasından seçilir). Hər prezidentlik dövründə fəaliyyətdə olan prezidentin təqdimatı ilə ən çoxu iki fəxri akademik seçilə bilər. Kanada Kral Cəmiyyəti fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə 3700-dən çox şəxs onun üzvü olmuşdur ki, onlardan da 2000-dən çoxu hazırda həyatdadır.

İstinadlar

Ədəbiyyat siyahısı

Chenier, Nancy Miller, and Claude Le Moine. The Royal Society of Canada, 1881–1981 … to Commemorate the Centennial of the Royal Society of Canada = La Société royale du Canada, 1881–1981 … afin de commémorer le centenaire de la Société royale du Canada. Ottawa: National Library of Canada, 1982. N. B.: Published on the occasion of an "exhibition presented by the National Library of Canada, June 1 to September 6, 1982…." Text, printed in the double page columns, in English and in French.

Xarici keçidlər

The Royal Society of Canada website The Royal Society of Canada fonds (R9351) at Library and Archives Canada

Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:Kanadanın elmi təşkilatları Kateqoriya:Kanadanın elmi akademiyaları və cəmiyyətləri Kateqoriya:Kanada Kral Cəmiyyəti Kateqoriya:Milli akademiyalar