Mariya Auşrine-Pavilenene (; ) — Litvalı siyasətçi, filoloq, professor, insan hüquqları müdafiəçisi və feminist yazıçı. O, 2004-cü ildən 2008-ci ilə qədər Liberal Demokrat Partiyasının üzvü kimi, 2009-cu ildən 2016-cı ilə qədər isə Sosial Demokrat Partiyasının üzvü kimi Seymdə təmsil olunub. Həyatı Mariya Auşrine Kaunasda Vladas Fedotas-Sipaviçius və Jadvyga Ramanauskaitə kimi aktyorların ailəsində anadna olub. O, 23 saylı Vilnüs məktəbini bitirib, 1967-ci ildə Vilnüs Dövlət Universitetindən məzun olaraq Amerika ədəbiyyatı problemləri üzrə təhsilini davam etdirib. Mariya Auşrine 1977-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetində filologiya üzrə doktorluq dərəcəsini tamamlayıb. Həyat yoldaşı Rolandas Pavilionis Avropa Parlamentinin üzvü olub və 1990-cı ildən 2000-ci ilə qədər Vilnüs Universitetinin dekanı vəzifəsində çalışıb. Cütlüyün iki oğlu olub və onlardan biri Litvanın ABŞ-dakı səfiri kimi fəaliyyət göstərib.
Mariya Auşrine-Pavilenene 2004-cü il parlament seçkilərində "Qayda və Ədalət" partiyasının üzvü kimi Litva Respublikası Seyminin deputatı seçilib, 2008-ci ilin noyabrına qədər bu vəzifəni tutub. 2009-cu ilin iyulunda Viliya Blinkeviçyutenin boşalmış mandatını alaraq yenidən Seym deputatı olub və 2016-cı ilin noyabrına qədər parlamentdəki fəaliyyətini davam etdirib.
Mariya Auşrine-Pavilenene Litvada LGBT hüquqları üzrə ən tanınmış fəallardan biri və Seym üzvlərinin Bərabərlik üzrə xüsusi qrupunun sədri olub. Eyni zamanda görkəmli feminist mütəfəkkir kimi tanınaraq vaxtaşırı gender məsələlərinə dair məqalələr dərc etdirib. Seymdəki ilk müddəti ərzində o, həmçinin Tibet və Belarusdakı insan hüquqları ilə bağlı parlament qruplarının üzvü kimi fəaliyyət göstərib.
İstinadlar
Ədəbiyyat The Universal Literature of the 20th century. (XX amžiaus visuotinė literatūra). :lt:Kaunas: Šviesa, 1992; Western Literature of the 20th century. (XX a. Vakarų literatūra) Vilnius: Vilnius University, 1994–1995; Feminism and Literature (Feminizmas ir literatūra). Vilnius: Vilnius University, 1996; The Drama of Genders (Lyčių drama). Vilnius: Vilnius University, 1998; Romanticism in Western Literature (Romantizmas Vakarų literatūroje). Vilnius: Vilnius University, 2000; The Performances of Life and Theatre: Western Drama of the 20th Century (Gyvenimo ir teatro vaidinimai: XX amžiaus Vakarų drama). Vilnius: Charibdė, 2004; Expectancies and Disappointment (Viltys ir nusivylimai). 2011
Xarici keçidlər
Nuteisti sukčiai, iš A. Pavilionienės išvilioję per 21 tūkst. litų