Azərbaycan Aşıqlar Birliyi (ilk adı: Respublika Aşıqlar Birliyi) — əsas məqsədi aşıq sənətinin inkişafı və təbliğinə yönəlmiş müstəqil ictimai təşkilat.
Aşıqlar Birliyinin tarixi Azərbaycan Aşıqlar Birliyi ilk dəfə Hüseyn Arif-in rəhbərliyi ilə 1982-ci ildə Ağstafa rayonunda yaradılmışdır. Aşıqlar birliyi 19 iyun 1991-ci ildən Mədəniyyət Nazirliyinin tərkibindən (tabeliyindən) çıxaraq, Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınaraq Hüquqi şəxs kimi tanınmaqla özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
2012-ci ilin sentyabr ayından Azərbaycan Aşıqlar Birliyində (AAB) pulsuz saz kursu fəaliyyətə başlayıb. Burada məşğələləri tanınmış saz ifaçısı, sənətşünaslıq namizədi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fəzail Miskinli və həmin universitetin məzunu, Bakıdakı Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin müəllimi Fariz Təmirov aparırlar.
Azərbaycan Aşıqlarının qurultayları Azərbaycan Aşıqlarının I qurultayı — 5 may 1928-ci il Azərbaycan Aşıqlarının II qurultayı — 12 mart 1938-ci il Azərbaycan Aşıqlarının III qurultayı — 27 aprel 1961-ci ilAzərbaycan KP MK Azərbaycan Aşıqlarının IV qurultayını keçirmək haqqında məsələ müzakirə etmişdir — anl.az saytı Azərbaycan Aşıqlarının IV qurultayı — 19 mart 1984-cü il Azərbaycan Aşıqlarının V qurultayı — 29 avqust 2008-ci il
Azərbaycan Aşıqlar Birliyinin sədrləri Hüseyn Arif — 1984 – 1992 İbrahimov Məcnun Səməd oğlu — 12 oktyabr 1992 – 2004 Qaracan Kərimli (Borçalı) — 2004 – 2008 Zəlimxan Yaqub — 29 avqust 2008 – 9 yanvar 2016 Məhərrəm Qasımlı — 3 mart 2016 – hazırkı günədək
Aşıqlar Birliyinin quruluşu Azərbaycan Aşıqlar Birliyi sədri – Məhərrəm Qasımlı (professor) Azərbaycan Aşıqlar Birliyi I katibi – Aşıq Altay Məmmədov Azərbaycan Aşıqlar Birliyi katibi – Musa Nəbioğlu
Birliyin İdarə heyətinin üzvləri
1. Zəlimxan Yaqub 2. Qəzənfər Paşayev 3. Məhərrəm Qasımlı 4. Həsən Mirzə 5. Nizami Cəfərov 6. İsfəndiyar Rüstəmov 7. Ədalət Nəsibov 8. Osman Əhmədoğlu 9. Əli Quliyev 10. Qara Namazov 11. İlyas Tapdıq 12. Seyfəddin Qəniyev 13. Adilxan Bayramov 14. Azad Nəbiyev 15. Mayis Gəncəli 16. Zəki İslam 17. Bəkir Nəbiyev 18. Abbas Musaxanoğlu 19. Əhliman Rəhimov 20. Sədnik Paşayev 21. Ulduz Quliyeva 22. Məmmədli Məşədiyev 23. Gülarə Azaflı 24. Elxan Məmmədli 25. Bəhlul Abdulla 26. Sənubər Bağırova 27. Məhərrəm Hüseynli 28. Fəzail Miskinli 29. Ədalət Dəlidağlı 30. Azər Məhərrəmov 31. Nemət Qasımlı 32. İxtiyar Seyidov 33. Aşıq Mahmud Məmmədov 34. Aşıq Altay Məmmədov
Həmçinin bax Gədəbəy Aşıq Musiqisi Məktəbi
İstinadlar
Xarici keçidlər