Anna Şeloqovskaya (;) — Polşalı feminist, həmkarlar ittifaqı təşkilatçısı və mühasibi. Həyatı Anna Şeloqovskaya 20 iyul 1880-ci ildə Visla diyarının (indiki Polşa) paytaxtı Varşavada anadan olub. O, qadınları qəbul edən ilk özəl liseyə – Ticarət Liseyinə daxil olub və 1898-ci ildə buradan məzun olub. Atasının vəfatından sonra işləmək məcburiyyətində qaldığından, Səyyar Universitetdə təhsil alıb, digər tərəfdən isə işləyib.
Onun şəxsi həyatı barədə çox az şey məlumdur, lakin o, iki dəfə ailə qurub; birinci yoldaşı bank işçisi, ikinci yoldaşı isə film prodüseri və rejissoru olan Aleksandır Herts olub. Şeloqovskaya Birinci Dünya müharibəsini Varşavada keçirib, 1920-ci ildən 1926-cı ilə qədər Birləşmiş Polyak Əraziləri Bankında çalışıb. O, 10 noyabr 1931-ci ildə "Qızıl Xaç" xidmət ordeni ilə təltif edilib. Anna Şeloqovskaya, 1934-cü ildə Varşava şəhər bələdiyyəsinin Təftiş Komissiyasına təyin olunub, 1936-cı ildə isə bələdiyyə tərəfindən Şəhər Əmanət Bankının Təftiş Komissiyasına təyinat alıb. O, 1938-ci ildə Polşa Senatına üzv seçilib.
İkinci Dünya müharibəsindən sonra, Vrotslava köçmüş Şeloqovskaya, 1950-ci ilə qədər orada mühasib işləyib. 1955-ci ildə o, Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyası tərəfindən İsveçrənin Cenevrə şəhərinə dəvət olunub. Şeloqovskaya, 1959-cu ildən 1962-ci ilin mayına qədər orada yaşayıb. 1962-ci ildə Cenevrədə vəfat edib.
Aktivist fəaliyyəti Anna Şeloqovskaya XX əsrin ilk onilliyində Polşa Qadın Hüquqları Assosiasiyasının katibi olub, rəsmi şəkildə üzvü olmasa da, Polşa Sosialist Partiyasında da çalışıb. 1905-ci ildə həyat yoldaşı ilə Polşada ilk olan "Polşa krallığının Özəl Bank Müəssisələri işçilərinin Əmək İttifaqı"nın əsasını qoyublar.Dufrat, p. 558
İstinadlar