Avilalı Tereza (; ) — xristian müqəddəsi, rahibə, ispan mistik və "kilsə həkimi".
Bioqrafiya O, Don Alonso Sançezin birinci arvadından dünyaya gəlmiş üçüncü uşağı idi.
1536-cı (və ya 1535-ci) ildə o, "böyük böhran" adlandırılan dövrü keçirr və Aviladakı Karmelit "İnkarnasiya" monastırına daxil olmaq qərarına gəlir. Atası buna qarşı çıxdığı üçün Tereza evdən qaçır. Rahibələr tərəfindən qəbul edilir və 3 noyabr 1537-ci ildə rahibə andını içir.
Bundan sonra onun səhhəti yenidən pisləşir. Ailəsinin yanına qaytarılsa da, vəziyyəti ümidsiz hesab edilir və o, yenidən monastıra aparılır. Rahibələr artıq onun dəfninə hazırlaşırlar. Lakin izaholunmaz şəkildə Tereza sağalır.
1566-cı ildə ordenin baş rəhbəri ona Kastiliyada bir neçə monastır yaratmağa icazə verir. Bunlara Ayaqyalın Karmelitlərə aid iki monastır da daxil idi. Beləliklə Medina, Malaqon, Valyadolid, Toledo, Pastrana, Salamanka, Alba de Tormes, Seqoviya, Sevilya və başqa yerlərdə monastırlar yaradılır.
1562-ci ildə Papa VI Piy icazəsi ilə ilk manastırını açır.
1567-ci ildə Tereza Salamankadan yeni keşiş təyin olunmuş gənc tələbə ilə tanış olur. Xaçlı İoanna adı ilə tanınan bu şəxs Ayaqyalın Karmelit ordeninə qoşulur və Terezanın səfərlərində ona yoldaşlıq edir. Onlar orden daxilindəki parçalanmalar və bidət ittihamları kimi çətinliklərin öhdəsindən birlikdə gəlirlər.
1579-cu ildə Tereza II Filip ilə tanış olur və 1582-ci il 15 oktyabrda səyahətlərinin birində Alba de Tormesdə vəfat edir.
Terezanın ən məşhur əsəri şübhəsiz ki, "Daxili Qala"dır. Bu əsər ruhun yeddi mərhələdən keçərək Tanrını axtarmasını təsvir edir. Bundan başqa "Mükəmməllik Yolu", "Təməllər Kitabı", çoxsaylı hikmətli sözlər, şeirlər və dualar da yazmışdır.
İrsi və mirası Tereza 1622-ci ildə "müqəddəs", 1970-ci ildə isə Papa VI Pavel tərəfindən "kilsə həkimi" elan edilmişdir.
İstinadlar
Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Katolik müqəddəsləri