Maqdalena Eva Tul (; ) — Ledi Tollo adı ilə tanınan Polşalı pop müğənni, dublyaj aktrisası və bəstəkar. O, 2000-ci ildə Qdanskdan Varşavaya köçüb və burada musiqili teatr olan "Studio Buffo"da müğənni və aktrisa kimi fəaliyyətə başlayıb. Orada "Metro" musiqili tamaşasında baş vokalçı kimi çıxış edib. Üç il sonra digər bir musiqili teatr olan "Roma" ilə əməkdaşlığa başlayıb. Orada "Miss Saigon", "Grease", "Cats" (Pişiklər) və "Academy of Mister Kleks" (Mister Kleksin Akademiyası) musiqili tamaşalarında çıxış edib. Həyatı Maqdalena Tul 29 aprel 1980-ci ildə Qdanskda anadan olub. 12 yaşında Maqdalena Tul yerli bir uşaq qrupunda iştirak edib və bu, zamanla onun musiqiyə maraq göstərməsinə səbəb olub. 2000-ci ildə Varşavaya köçüb və orada "Grease" və "Cats" müzikllarında çıxış edib. 2004-cü ildə "Full of Life" mahnısı ilə Polşanın Avroviziya seçim turunda iştirak edərək doqquzuncu yeri tutub.

O, 2005-ci il Avroviziya Mahnı Müsabiqəsi üçün Polşanın ilkin seçim turunda qısa siyahıya (namizədlər sırasına) daxil edilib.<ref name="esct">Eurovision Song Contest website </ref Altı il sonra, 14 fevral 2011-ci ildə o, "Jestem" ("Mənəm") adlı mahnısı ilə Polşanı 2011-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün seçilib. Yarımfinalda 19-cu yeri tutaraq sonuncu qərarlaşıb və final mərhələsinə vəsiqə qazana bilməyib.Participant profile

2012-ci ildə o, İsveçin Malmö şəhərində keçirilən 2013-cü il Avroviziya Mahnı Müsabiqəsi üçün İsveçrənin seçim turuna mahnı göndərib. "Give It Up" ("Təslim ol") adlanan bu mahnı ilə o, final mərhələsinə yüksələ bilməyib. İfaçı 2014-cü ildə münsif üzvü kimi yenidən yarışmaya geri dönüb.ESCxtra.com: Magdalena Tul gives it another go

2013-cü ildə o, "The Voice of Poland" layihəsinin iştirakçısı olub. 2014-cü ilin iyununda "Brave" ("Cəsur") mahnısını, 2019-cu ilin iyununda isə özünün sonuncu albomu olan "Mindfulness"ı təqdim edib. 2026-cı ildə Tulin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu təmsil edəcək sənətçini müəyyənləşdirmək üçün keçirilən San-Marino Mahnı Müsabiqəsinin kastinq mərhələsində iştirak edəcəyi təsdiqlənib. O, martın 6-da final mərhələsinə vəsiqə qazanıb. Onun diskoqrafiyası da yaradıcılığının əsas hissəsini təşkil edib.

Diskoqrafiya Studiya albomları 250px|thumb|right|Maqdalena Tul 2012-ci ildə Adı Təfərrüatlar V.O.H. - The Victory of Heart Buraxılış tarixi: 13 avqust 2007 Leybl: Loud Tally RCDS Format: CD Brave Buraxılış tarixi: 6 iyun 2014 Leybl: Polskie Nagrania Muza Format: Musiqi yükləmə, CD Mindfulness Buraxılış tarixi: 3 iyun 2019 Format: Musiqi yükləmə

Genişləndirilmiş albomlar Adı Təfərrüatlar The Beginning Buraxılış tarixi: 16 noyabr 2013 Format: Musiqi yükləmə

Sinqllar Adı İl Albom "Full of Life" 2004 V.O.H. - The Victory of Heart "Idź swoją drogą" 2005 "Find the Music" 2006 V.O.H. - The Victory of Heart "Tryin’" 2007 "Nie ma jej" 2010 ":en:Jestem" Brave "I'll Never Forget" 2011 "Jak zapomnieć" 2012 Brave "Give It Up" "I Am Who I Am" 2013 "Ile mogę dać?" 2014 "So Good" (featuring Sound’n’Grace) "Closer" (featuring :en:Chesney Snow) 2017 Mindfulness "Bliżej" "Va Banque" 2018 "Move Forward" 2019 "Love Myself Again" 2025

İstinadlar

Xarici keçidlər

Official website

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Polşa müğənniləri Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri