Jodino və ya Jodzina () — Belarusun Minsk vilayətində şəhər. Paytaxt Minskdən 50 km şimal-şərqdə yerləşir. Şəhərin sahəsi 19 km²-dir.

2026-cı ilin məlumatına görə əhalisinin sayı 62 983 nəfərdir.

Tarixi thumb|left|XX əsrin əvvəllərində dəmiryol stansiyası

Yaşayış məntəqəsi haqqında ilk məlumat 1688-ci ilə təsadüf edir və Radzivill ailəsinə məxsus olmuşdur.

1963-cü ildən şəhər statusuna malikdir.

13 avqust 2020-ci ildə Jodino Belarusda mübahisəli 2020-ci il prezident seçkilərinin nəticələrinə etiraz olaraq BelAZ avtomobil zavodunda ilk genişmiqyaslı fəhlə tətbiqinin baş verdiyi məkan olmuşdur.

Coğrafiyası Şəhər ətrafındakı Smoleviçi rayonunun yaşayış məntəqələri arasında ən çox əhaliyə malik olanıdır, Minskdən 50 km şimal-şərqdə və Barısovdan 15 km cənub-qərbdə yerləşir. Jodino Plisa çayı ilə bölünür və cənub şəhərətrafı hissəsində kiçik bir gölü var.

Təhsili Şəhərdə doqquz məktəb, iki gimnaziya, bir peşə liseyi və Jodino Politexnik Kolleci fəaliyyət göstərir. Hazırda şəhərdə ali təhsil müəssisəsi yoxdur.

İqtisadiyyatı thumb|left|BelAZ

BelAZ (Belarus Avtomobil Zavodu) şəhərin ən böyük işəgötürənidir; burada təxminən 11 000 işçi çalışır ki, bu da yerli əhalinin altıda birini təşkil edir. Dünyadakı hər üç mədən yük maşınından biri BelAZ tərəfindən istehsal olunur. Ənt böyük yük maşınının çəkisi 360 tondur və 450 ton yük daşıya bilir. Digər vacib müəssisə uşaq və böyüklər üçün geyimlər istehsal edən SVİTANAK geyim istehsalçısıdır. Onun məhsulları Avropa ölkələrinə ixrac olunur.

Nəqliyyat Jodino şəhərinə Berlin və Varşavanı Moskva ilə birləşdirən beynəlxalq M1 magistral yolu (Avropa marşrutu E30-un bir hissəsi) xidmət edir. Minsk-Moskva beynəlxalq xəttində iki dəmiryol stansiyası (Jodino və Jodino Yujnı dayanacağı) var; onun baş vağzalı Berlin-Novosibirsk marşrutu üzrə hərəkət edən "Sibiryak" kimi bəzi beynəlxalq qatarlara xidmət göstərir. Minsk Beynəlxalq Hava Limanı Jodinodan 40 km məsafədə yerləşir.

İdman Yerli futbol klubu Belarus Premyer Liqasında çıxış edən "Torpedo-BelAZ Jodino"dur. Ev oyunlarını Torpedo stadionunda keçirir.

Tanınmış şəxsləri Roman Qolovçenko (d. 1973) — Baş nazir Nikolay Kaşevski (d. 1980) — futbolçu Anastasiya Novikova (d. 1981) — ağır atlet Yuri Şumanski (d. 1980) — təqaüddə olan belaruslu peşəkar futbolçu

Beynəlxalq əlaqələri Tərəfdaş şəhərlər:

Dalanzadqad, Monqolustan Hinçeşti, Moldova Qorişni Plavni, Ukrayna Kacaran, Ermənistan Mıtışçi, Rusiya Neryunqri rayonu, Rusiya Almalıq, Özbəkistan Oryol, Rusiya Panaqyurişte bələdiyyəsi, Bolqarıstan Plast rayonu, Rusiya Považská Bystrica, Slovakiya Rustavi, Gürcüstan Ukmerge, Litva Verxnyaya Pışma, Rusiya Jeleznoqorsk, Rusiya

İstinadlar

Xarici keçidlər

Jodino rəsmi saytı

Kateqoriya:Jodino Kateqoriya:Minsk vilayətinin yaşayış məntəqələri Kateqoriya:Sovet İttifaqında salınmış şəhərlər Kateqoriya:1963-cü ildə yaranan yaşayış məntəqələri Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Belarus şəhərləri