Hərbi əməliyyat planı, hərbi plan və ya İkinci Dünya müharibəsindən sonra daha çox tanınan adı ilə müharibə planı — silahlı qüvvələr, hərbi təşkilatlar və ya birləşmələrə rəhbərlik edən komandirlər tərəfindən müəyyən hərbi məqsədlərə nail olmaq üçün hazırlanan silahlı münaqişə, döyüş və ya müharibə planlarıdır."Truppenführung der Landstreitkräfte", Bonn 2000 (militärische Vorschrift, die als Verschlusssache - nur für den Dienstgebrauch behandelt wird)
Hərbi əməliyyat planları adətən bu planları hazırlayan hərbi strukturun hərbi doktrinalarına müvafiq şəkildə tərtib edilir.
Birinci Dünya müharibəsi illərində hazırlanan Şliffen planı və XVII plan, İkinci Dünya müharibəsi çərçivəsində tərtib olunan Barbarossa əməliyyatı və Amerika Birləşmiş Ştatlarının Soyuq müharibə illərində formalaşdırdığı strateji planlar bu növ hərbi planlara nümunədir.
Hərbi planların, bir qayda olaraq, xüsusi kod adları (şifrəli adları) olur.
Müdafiə planı
Hər hansı bir mövqenin və ya regionun düşmən hücumu (həmləsi) qarşısında müdafiəsini təmin etmək üçün bütün zəruri detalları özündə birləşdirən planlaşdırılmış qüvvə nizamı, hərbi tərtibat və manevrlər məcmusudur.
Komandir tərəfindən hazırlanan bu planlar, hərbi hissə və bölmələrin müxtəlif müdafiə rayonlarına bölüşdürülməsi, təhlükəsizliyin təmin edilməsi, atəş sisteminin koordinasiyası və əks-hücumların (əks-həmlələrin) təfərrüatları kimi strateji məsələləri əhatə edir.
İstinadlar
Xarici keçidlər
Operation Plans (OPLAN) - from GlobalSecurity.org UK Planning Doctrine JDP 5-00 Campaign Planning
Kateqoriya:Hərbi planlaşdırma Kateqoriya:Hərbi doktrinalar Kateqoriya:Hərbi taktikalar Kateqoriya:Hərbi terminlər Kateqoriya:Komandanlıq və nəzarət Kateqoriya:Hərbi əməliyyatlar Kateqoriya:Hərbi doktrinalar Kateqoriya:Hərbi taktikalar