Felisiya Aqneta Eriksson (; ) — FELICIA adı ilə tanınan İsveç müğənnisi. O, ilk dəfə Fröken Snusk musiqi layihəsinin orijinal müğənnisi kimi tanınır. O, İsveçi 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsində "My System" mahnısı ilə təmsil edib. Həyatı Felisiya Eriksson 2025-ci ilin aprel ayında əvəzlənənə qədər "Fröken Snusk" musiqi layihəsində vokalçı olub və bundan sonra solo karyerasına başlayıb. O, "Fröken Snusk" olaraq "Melodifestivalen 2024" müsabiqəsində "Unga & fria" mahnısı ilə yarışmıb.
2024-cü ilin mayında "Fröken Snusk" qismində "TV4" kanalında yayımlanan "Masked Singer Sverige" (Maşka İsveç) yarışmasının dördüncü mövsümünün qalibi olub.
2025-ci ilin may ayından etibarən Eriksson üzünü qismən örtmək üçün maskadan istifadə edir. O, 2025-ci ildə "Musikhjälpen" layihəsində çıxış edib və "Fröken Snusk" kimi "SVT" telekanalının "Spelet" realiti-şou müsabiqəsinin ilk mövsümündə qalib gəlib. Bu mövsüm Erikssonun "Fröken Snusk" layihəsindən ayrılmasından sonra yayımlanıb və o, verilişdə "orijinal Fröken Snusk" kimi təqdim olunub.
Sentyabr ayında Eriksson "Black Widow" adlı debüt solo sinqlını buraxıb. O, "Melodifestivalen 2026" müsabiqəsində "My System" mahnısı ilə iştirak edib, nəticədə 161 xalla qalib gələrək 2026 Avroviziya Mahnı Müsabiqəsində İsveçi təmsil etmək hüququ qazanıb. "Melodifestivalen"dəki qələbəsindən əvvəl və sonra verdiyi müxtəlif müsahibələrdə o, İsrailin Avroviziyadakı iştirakını tənqid edib.
O, birinci yarımfinaldan Avroviziyanın finalına vəsiqə qazanıb və finalda 51 xalla 20-ci yerdə qərarlaşıb.Sweden’s Felicia dances her way into Eurovision final Sveriges Radio. Retrieved 13 May 2026.
Şəxsi həyatı Felisiya Eriksson uşaqlıqdan sosial təşviş pozuntusundan (sosial fobiya) əziyyət çəkir və üzdə maska daşıması da qismən bu davam edən xəstəliklə bağlıdır.
Diskoqrafiyası Kiçik albomları + Seçilmiş detallar və siyahı mövqeləri ilə genişləndirilmiş albomların siyahısı Adı Təfərrüatlar Çatlarda ən yüksək mövqe SWE My System Buraxılış tarixi: 6 fevral 2026 Leybl: Warner Music Sweden Format: CD, Musiqi yükləmə, Streaminq 7
Sinqllar Adı İl Çatlarda ən yüksək mövqe Satış siyahısı Albom SWE"Black Widow": "My System" "Black Widow" 2025 14 My System "Sugar High" —İsveç Singellista Çartına daxil olmasa da, İsveç Heatseeker Çartında 2-ci yerə yüksəlib. "Hard" 2026 — "My System" 1 GLF: Gold "—" siyahıya daxil olmayan və ya həmin regionda buraxılmayan buraxılışları bildirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İsveçin "Avroviziya" təmsilçiləri