Qarbis Zakaryan () — Türkiyənin ilk peşəkar boksçusu, erməni əsilli idmançı.

Həyatı

İstanbulda doğulmuş Zakaryan Türkiyənin 50-ci və 60-cı illərdə rinqlərdə bir-birinin ardınca yalnız qələbə qazanmış ilk peşəkar boks idmançısı hesab olunur. 1949-cu ildə Türkiyə və İspaniya arasında keçirilmiş boks yarışında idman forması geyinmiş Zakaryan daha sonra 1950-ci ildə Almaniyadan tutmuş, Argentina, Misir, Livan, Fransa, Braziliya kimi ölkələrdə Türkiyənin idman şərəfini qoruyub. 1964-ci ildə isə o, Yaxın Şərq çempionu olub. 22 il idman karyerası yaşamış Zakaryan peşəkar olaraq 51 dəfə pinqə çıxıb. 1966-cı ildən təqaüdə çıxaraq məşqçiliyə başlayıb. Avropa çempionu Camal Kamaçi onun yetirməsidir. Zakaryan italyan əsili xanımı Esiliya ilə hazırda Sislidə qocalıq həyatını yaşayır.

İstinadlar

Kateqoriya:1930-cu ildə doğulanlar Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyə boksçuları