Yeznə qalını Qərbi Azərbaycan mətbəxinə xas qədim tarixə malik ənənəvi mərasim çörəyidir. Bu şirin çörək adətən qaynana tərəfindən öz yeznəsi üçün xüsusi olaraq hazırlanır, əsasən bəy dəstəxanasına (nişan sovqatına) daxil edilir. Yeznə qalını Qərbi Azərbaycanda Novruz bayramı, toy və ailə-məişət ənənələrində mühüm yer tutan mərasim çörəklərindən biridir. Yeznə Qalını ilə bağlı mərasimlər Ənənəyə görə, Qərbi Azərbaycanda nişan mərasimi ilə bağlı formalaşmış ənənələr sistemində xonça mübadiləsi mühüm ritual elementlərindən biri hesab edilir. Adətə görə, bəy tərəfinin qız evinə gətirdiyi xonçaların boş qaytarılması məqsədəuyğun hesab edilmədiyindən, qız evi tərəfindən təndirdə bişirilən “Yeznə qalını” həmin xonçalarda bəy evinə göndərilirdi. Qərbi Azərbaycanın toy mərasimlərində “Yeznə qalını” gəlinin başı üzərində bölünən mərasim çörəyi kimi də icra olunan ritualın tərkib hissəsinə aid edilib.https://youtu.be/3NV2uvS8QZU?si=qjHswQuXR05p1Txc Yarı bölünən şirin çörəyin yarısı qız evində qalır, digər yarısı isə bəy evinə göndərilirdi. Bu ənənə Qərbi Azərbaycan toy folklorunda ailələrarası münasibətlərin, bərəkət inancının və keçid mərasim təsəvvürlərinin birgə ifadəsi kimi dəyərləndirilib.
Qərbi Azərbaycanın Zəngibasar mahalında qız üçün oğlan evindən nişan gələndə mütləq gətirilən payın əvəzi qaytarılmalı idi. O zaman 7 ədəd Yeznə qalını bişirilir, üzərini kişmiş, xurma ilə bəzəyib üst-üstə təpsiyə yığar, xonça bağladıb oğlan evinə göndərərdilər. Yeznə qalını əsasən bayramlarda, ad günlərdə bişirilib.Qərbi Azərbaycan folkloru, III kitab, Bakı, 2024, s.105-106
Yeznə qalını Novruz bayramı ilə bağlı mərasimlərdə də özünəməxsus yer tutur. Toydan sonra ilk Novruz bayramında qız anası (qaynana) xüsusi olaraq yeznə, kürəkən üçün təndirdə və ya sacda bişirdiyi “Yeznə qalını”nı oğlan evi tərəfdən nişan mərasimində gətirilən xonçalarda yeznə və ya kürəkəninin evinə aparırdı. Yeznə qalını yalnız ənənəvi qida nümunəsi deyil, həm ailə münasibətlərinin tənzimlənməsində, həm də mövsüm-mərasim ənənələrinin yaşadılmasında mühüm etnoqrafik əhəmiyyət daşıyan maddi-mədəniyyət nümunəsi kimi yer tutub.
Tərkibi Un, yumurta, kənd qaymağı, yağ və ya yağ tortası, süd, kişmiş, bal, küncüt
Hazırlanması Kərə yağı süd ilə birlikdə əridilir, bir az soyudulur. Ələnmiş unun üzərinə yumurta, qaymaq, bal, duz və süd-yağ qarışımı əlavə edilib xəmir yoğrulur. Xəmir gəldikdən sonra unlanmış kişmiş əlavə edilib təkrar yoğrulur. Qabın içinə əlavə edilib, yarım saat gözlədilir. Üzərinə yumurta sarısı və küncüt vurulub bişirilir.
İstinadlar
Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Qərbi Azərbaycan Kateqoriya:Zəngibasar mahalı Kateqoriya:Çörək məmulatları Kateqoriya:Çörəkbişirmə istehsalı