Türk xalqlarının dastanları təkcə poetik-lirik, ideya, mövzu və məzmun rəngarəngliyi ilə deyil, həm də yayılma arealının genişliyi və bundan irəli gələrək variant və versiyalarının çoxluğu ilə diqqət çəkir. Geniş yayılmış dastanlardan biri “Tahir və Zöhrə” ayrı-ayrı türk xalqlarında bir qədər fərqli adlarla - azərbaycanlılar arasında “Tahir mirzə”, “Tahir və Zöhrə”; türkmənlərdə “Zöhrə-Tahir”; qumuq türklərində “Dagir-Zuğra”; Anadoluda “Tahir ile Zühre”; tatarlar arasında “Taji bilən Zohra” və s. adlarla məşhurdur. Qustav Raquette və Qunnar Yarrinqin nəşr etdiyi variantlar Dastanın uyğur versiyasının toplanması və tədqiqi işində İsveç diplomatı və türkoloqu Qunnar Yarrinq və şərqşünas Qustav Raquettenin xüsusi əməyi vardır. Qustav Raquettenin 1930-cu ildə “Tayi bilə Zohra” (“Täji bilä Zohra”) adı altında nəşr etdirdiyi uyğur variantı Raquette, G., Täji bilä Zohra: Eine ostturkische Variante der Sage von Tahir und Zohra. Lund Universitets Arsskrift, Lund, 1930. Avropa şərqşünasları arasında böyük maraq doğursa da, ona mətndəki sözləri əhatə edən bir tərcümə lüğətinin əlavə edilməməsi böyük təəssüf yaratmışdı. Bu variant janr baxı¬mından ənənəvi məhəbbət dastan¬larına çox yaxındır. Onun işini 34 ildən sonra – 1964-cü ildə digər İsveç türkoloqu Qunnar Yarrinq tamamlamışdır. O, Qustav Raquettenin topladığı mətni geniş şərhlər və lüğətlə, eləcə də uyğur sözlərin digər türk dilləri ilə müqayisə etməklə nəşr etdirmişdir.Jarring, G. Wörterverzeichnis zu G. Raquettes Ausgabe von Taji bila Zohra (Lund, 1930). Acta Universitatis Lundensis. Sectio I: Theological, juridica, humaniora, 4. Lund, 1967. Q.Yarrinqin müxtəlif uyğur ləhcələrində xalq nağılları toplusundakı (1946–1951) “Tahir və Zöhrə” mətnləri isə nağıl şəklindədir. Reichl, K. Oral Epics along the Silk Road: The Turkic Traditions of Xinjiang // Hawai: CHINOPERL Journal of Chinese Oral and Performing Literature, 38 (1) t., - 2019, - p.45-63. Mətnlər Qustav Raquette tərəfindən Qaşqarda və Qunnar Yarrinq tərəfindən Xotandan uyğurlar arasından toplanıb yazıya alınmışdır.Uyğur xəlqi əğiz icadiyiti. Almuta: Nauka, 1983.
Q.Raquettenin nəşr etdirdiyi uyğur variantının məzmunu belədir: "Keçmiş zamanlarda Ağ xan və Qara xan adlı iki padşah var imiş. Onlar övlad-sızlıqdan dərd-qəm içində imişlər. Bir gün vəzirləri şahlara deyirlər ki, əl qaldırıb Allaha yalvarsınlar və övlad istəsinlər. Əyan-əşrəf də ona “amin” desin və dua etsin. Allah-tala onların duasını eşidir, padşahların həyat yoldaşları hamilə qalırlar. Bu iki hökmdar bir-birilərinə vəd verirlər ki, əgər birinin oğlu, digərinin qızı olsa onları böyüdükdə evləndirsinlər. Bir gün padşahlar ovda ikən Ağ xanın oğlu, Qara xanın qızı olması barədə xəbər gəlir. Ağ xan atına minib evə çapanda, at yıxılır və padşahın boynu sınıb, ölür. Uşaqlar Ağ xanın himayəsində böyüyürlər. Yetkin yaşlarına çatanda xan öz qızına Zöhrə xan, Ağ xanın oğluna isə Tahir xan adı verir. Tahir şahın yanında bir igid döyüşçü kimi yetişir. Uşaqlar böyüyəndə Qara xanın qulu Qara Batır onların sevgisinə mane olur, müxtəlif şayiələr yayır. Yeganə qızının adının bədnam olmasından qorxan padşah onları bir-birindən ayırır. Sevgiləlrin gizlin görüşdüyünü eşidəndə isə Tahiri sandığa qoydurub dəryaya atır. Dəyra sandıq bir yerdə sahilə çıxarır. Rum padşahının qızları sandığı açıb Tahiri xilas edirlər. Rum padşahı Tahiri qızlarından biri ilə evləndirmək istəyir. Buna görə də Tahirin əsilzadə, yəni padşah soyundan olduğuna əmin olmaq üçün onu müxtəlif sınaqlardan keçirir. Tahir şahın qızı Sultan Bibicaya Zöhrə haqqında danışır. Onu da götürüb vətəninə qayıdır. Sevgililər yenə görüşürlər. Qara Batır hadisəni padşaha çatdırır, qəzəblənmiş hökmdar Tahirin üstünə “üç yüz cəllad” göndərir və Tahir öldürülür. Zöhrə Tahiri dəfn etdirir və üstündə türbə tikdirir. Zöhrə qəbiri ziyarətə gələndə qəbir yarılır, Zöhrə ora girib yox olur".
Urumçi nəşri Uyğur dastanlarının tədqiqatçılarından Abdulhakim Mehmetin məlumatına görə, 1981-93-cü illərdə Urumçidə Sincan Xalq Nəşriy¬yatının çap etdiyi 4 cildlik “Uyğur xalq dastanları” toplusunun 1986-cı ildə nəşr olunmuş ikinci cildində, “Yusif – Züleyxa”, “Qərib – Sənəm”, “Sənubər” kimi dastanlarla yanaşı, “Tahir və Zöhrə” də nəşr olunmuşdur.İnayet, A. Uygur Halk Destanları I, Ankara: AKM Yayın, 2004. Bu mətn “Uyğur xalq dastanları”nın birinci və ikinci cildlərindən götürülmüş dastanlarla bərabər (cəmi 10 dastan) Türkiyədə nəşr olunmuşdur.İnayet A.Uygur Halk Destan/Hikâyeleri Üzerinde İncelemeler..Ankara:Gece Kitaplığı, 2014.
Alimcan İnayet nəşri Dastanın daha bir uyğur variantını müasir türk dilində Alimcan İnayet İzmirdə 1995-ci ildə nəşr etdirmişdir. Dastanın əvvəlində verilən məlumata görə, toplayıcı bir mətni 1982-ci ildə Kulca şəhərində Tohti Şəmsəddinin dilindən qeydə alıb. Digər variantı isə əlyazması halında əldə edib. Naşir yazır ki, əlyazma təxminən XIX əsrın sonları-XX əsrin əvvəllərinə aiddir.Mehmet A. Uygur halk destanlari üzerine çin’de yapilan çalişmalar ve eleştirel değerlendirilmesi //Turkish Studies. International Periodical for the Languages, Literature and History of Turkish or Turkic Volume 4/3 Spring 2009, p. 1541-1564
"Tanrıkut ətrafında Akhan və Karahan adlı iki padşah varmış. Onların övladları olmurmuş. Allah onların nəzir-niyazlarını qəbul etdi və həyat yoldaşları hamilə qaldılar. Bir gün Akhan və Karahan ayrı-ayrılıqda ova çıxırlar. Hər ikisinin qabağına bir maral çıxır, amma bu dişi maralı “gəbə olduğu üçün” vurmurlar. Yolda padşahlar qarşılaşır¬lar və bir maralla qarşı-qarşıya gəlib, hamilə həyat yoldaşlarını xatırlayaraq onu vur-madıqlarını bir-birlərinə nəql edirlər. Akhan və Karahan burada əl sıxışıb söz verirlər ki, əgər birinin qızı, digərinin oğlu olsa, mütləq gələcəkdə onları evləndirəcəklər. Bir müddət keçir, xəbər yayılır ki, Akhan padşahın oğlu, Karahan padşahın qızı olub. Akhan padşah sevincindən atını bərk çapır və bu səbəbdən atdan yıxılıb ölür. Oğlu yox, qızı doğulduğu üçün elə də sevinməyən Karahan Akhanın atdan yıxılıb öldüyünü görür, onun nəşini saraya gətirir və böyük bir ehtişamla dəfn etdirir. Karahan sonra Akhanın yeni doğulmuş körpəsini öz sarayına gətizdirir, ona Tahir, qızına isə Zöhrə adını verir. Uşaqlar bir yerdə böyüyürlər. Tahir və Zöhrə böyü¬dükdən sonra bir-birlərini sevməyə baş¬layırlar. Bu xəbər padşaha çatanda o, gəncləri ayırmağa çalışır. Bu zaman qonşu hökmdar Karahanın üstünə qoşun çəkir. Padşah çar çəkdirir ki, kim bu düşməni yenərsə, qızı Zöhrəni ona ərə verəcək. Kara Batır hiylə ilə düşməni qorxudub ölkədən qovur və Zöhrə ilə toya hazırlaşır. Bir gün o, Zöhrə ilə Tahiri bir yerdə görür və padşaha şikayət edir. Qəzəblənmiş hökmdar Tahiri sandığa saldırıb “Rum nəhrinə” buraxır. Uzaq bir yerdə Tahiri Rum padşa¬hının qızları xilas edirlər. Tahir sağ olması barədə Zöhrəyə xəbər göndərir. Rum padşahı Tahiri sınaqdan keçirib qızı Məlikə Sultanı ona ərə verir. Toy gecəsi Tahir qılıncını siyirib Məlikə Sultanla özünün arasına qoyur. Tahir Rumda ikən geri qayıdan tacirlər ona Zöhrədən məktub çatdırırlar. Şah Tahirin öz doğma yurd-yuvası üçün darıxdığını eşidib üç yüz atlı və Məlikə Sultanla vətəninə yola salır. Tahir və Zöhrə görüşürlər. Qəzəb-lənən Karahan bu dəfə Tahiri edam etdirir. Zöhrə 40 gün Tahirə matəm saxlayır. 41-ci gün Tahirin məzarı yarılır, Zöhrə özünü məzarın içinə atıb həlak olur. Kara Batır Zöhrənin ölümünü eşidəndə özünə qəsd edir. Şahın əmri ilə onu Tahir ilə Zöhrənin arasında dəfn edirlər".
Mətnin nəşr olunmasına və Türkiyədə yayılmasına baxmayaraq müəyyən suallar və şübhələr də doğurur. Birincisi, naşir mətni necə və hardan əldə etməsi, orijinalı haqqında dəqiq və ətraflı heç nə demir. İkincisi, onun çap etdiyi mətnin də özünün topladığı, yoxsa əlyazma mətni olduğu da aydın olmur. Digər tərəfdən bu variant Q.Raquettenin mətnini böyük ölçüdə təkrarlayır.
Uyğur versiyasının təhlili Uyğur mətni Orta Asiya variantları, həm də uyğurların yaşadığı ərazidən çox uzaqda yaşayan Tabol tatarlarının dilindən toplanmış variant ilə böyük bənzərlik göstərir. Xüsusən, böyük ölçüdə Vasili Radlovun 1868-1869-cu illərdə Sibirdən, Tobol tatarlarından topladığı “Tahir və Zöhrə”nin (12) bir variantı təsiri bağışlayır. Tobol tatarlarından yazılmış variantda hamilə dovşanı burada maral əvəz edir. Süjet xətti (xanlardan və ya padşahlardan birinin atdan yıxılıb ölməsi, atasının Zöhrəni Qara Batırla evləndirmək istəməsi, Tahirin edamı, Zöhrənin ölümü, Qara batırın da özünə qəsd etməsi və qəhrəmanların arasında basdırılması və s.) tam eynidir. Bu variantlarda süjetin sonluğu “Əsli və Kərəm” dastanının sonluğu kimidir. Qəhrəmanlarn məzarı üstündə gül, Kara Batırın məzarı üstündə tikan kolu bitir.
V.M.Jirmunski, T.Zarifovun, N.Aşırov kimi alimlərin qənaətincə, məşhur türkmən şairi Molla Nəfəsin toplayaraq yeni nəfəs verdiyi “Zöhrə-Tahir” dastanının süjet xətti “Kozi Körpeş və Bayan Sulu” adlı tatar dastanından alınmışdır, hətta onun bir variantıdır.Жирмунский, В., Зарифов, Х. Узбекский народный героический эпос. Москва: Наука, 1947. Eyni fikrə M.Avezov da şərik çıxmaqdadır.Awezov, M. Eskiligin Gölgesinde. Aktaranlar Zeyneş İsmail, Ahmet Güngör. Ankara: Bilig. Sayı: 5, Bahar 1997.
Mövzuya Xalıq Koroğlu da özünün türkmən və özbək ədəbiyyatına həsr etdiyi əsərlərində toxunmuş, lakin dastan barədə sadəcə məlumat verməklə kifayətlənmişdir.Короглы, Х. Туркменская литература. Moсквa: Высшая школа, 1972.
“Kozı Körpeş və Bayan Sulu” dastanının süjetinin Molla Nəfəsin yazıya aldığı “Zöhrə-Tahir”in əsasında dayanması inandırıcı görünür. “Zöhrə-Tahir” dastanının ən başında hadisələrin “Tatar bölgəsi”ndə baş verdiyinə işarə edilməkdədir.Aşırow, A. Mollanepes, Zühre-Tahir. Asgabat: Türkmen Devlet Neşir Yayınları Gulluğu, 2010. “Zöhrə-Tahir” dastanının Anadolu Anadolu və qumuq variantlarının həm bənzər və həm fərqli epizodlara sahib olduğunu söyləyən və dastanı Stif Tompsonun “Xalq ədəbiyyatı motivləri göstəricisi” (“Motif-İndex of Folk Lite¬rature”) adlı əsərində yer alan motivlər üzrə təhlil edən Ahmet Gökçegözoğlu da Zöhrənin atasının türkmən variantında “Tatar bölgəsinin padşahı” Baba¬xanın qızı olduğuna xüsusi diqqət çəkmişdir.Gökçegözoğlu, A. Zühre - Tahir Hikâyesinin Türkmen ve Kumuk Var¬yantları // A.Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi [TAED], № 54. Erzurum, 2015, s. 427-449.
“Kozı Körpeş və Bayan Sulu” üçün xarakterik olan sonsuzluq, hamilə maral (və ya qurd), beşik kərtmə, adqoyma, qərhəmanın at, silah və geyiminin əldə edilməsi, yaxşı və pis heyvanlar, formul saylar, cilddəyişmə, müxtəlif mükafatlar və cəzalar, köməkçi insanlar, hiylə, müxtəlif heyvanlarla söyləşmək, sehrbaz, yuxu, ölüb-dirilmə və s. kimi obraz və motivlər Molla Nəfəsin anlatdığı “Zöhrə-Tahir”yə də xasdır. Məsələn, “Zöhrə-Tahir” dastanının türkmən variantının əvvəli “Kozı Körpeş və Bayan Sulu” dastanının qazax variantının başlanğıcını xatırladır. Hər iki dastanda birisi padşah, birisi vəzir olan, övlad üzünə həsrət qalan iki yaş¬laşmış atadan, onlar arasındakı bağlanan əhdi-peymandan söz açılır. Bu əhdi-peymana görə, onların hamilə xanımlarından biri oğlan, digəri qız doğarsa, onların bir-biri ilə evləndilirlməsi nəzərdə tutulur. Vaxt keçir, hər iki qadın yükünü yerə qoyur. Birinin oğlu, digərinin qızı olur. Bənzərlik bununla da bitmir. Türkmən "Zöhrə-Tahir" dastanında da iki gəncin təkrar dirilməsindən və bundan sonra uzun sürən xoşbəxt həyatlarından söz açılır. İki gənci dirildən isə İsa və ya Xızır peyğəmbər olur.
“Zöhrə-Tahir” dastanının Molla Nəfəs variantının sonunda da “Kozı Körpeş və Bayan Sulu” dastanının sonunda baş verən hadisə təkrarlanır. Tahir ilə Zöhrəni bir-birindən ayıran Karabay bahadır iki sevgilinin arasında basdırılır. Sevgililərin məzarlarından çiçəklər tumurcuq atdığında Karabayın məzarından tikan yetişir və çiçəklərin birləşməsinə mane olur.