Şit () və ya Şis () — İslam mənbələrinə görə peyğəmbər, Adəmin üçüncü oğlu.
İslam mənbələrində Abdullah ibn Abbasdan nəql olunan bir rəvayətə görə, Şitə "Hibətullah" (; ) adı verilmiş və onun Habilin əvəzinə Allahın bir bəxşişi olduğunu bildirilmişdir.
Təbəri də əlavə olaraq qeyd edir ki, "Şit" adı süryani mənşəlidir və "Tanrının (Allahın) bəxşişi" mənasını daşıyır.
İslam mənbələrində bildirilir ki, Şit peyğəmbər olmuşdur və atası Adəmə nazil olmuş səhifələri toplamışdır. Həmçinin bildirilir ki, Allah ona da səhifələr nazil etmişdir.
Müsəlman ilahiyyatçılar Məhəmmədin soy-kökündən bəhs edərkən Şitə (Şis) də yer verirlər.
Haqqında Quranda Şitdən bəhs edilmir, amma hədislərdə onun adı peyğəmbər kimi xatırlanır. Təbəriyə görə Şitə, Adəm öldükdən sonra Allah tərəfindən 50 sühuf () verilmişdir. Şitə nazil olmuş bu səhifələrdə hikmət, kimya, simya, riyazi elmlər və bəzi sənətlərdən bəhs edildiyi nəql edilmişdir. Məsudi isə bu sühufların sayının 29 olduğunu və onlarda ancaq zikrlər yazıldığını qeyd etmişdir.
İslam mənbələrinə görə Şit (Şis) Adəmin digər övladlarından fərqli olaraq, əkiz deyil, tək dünyaya gəlmişdir (Qabilin öldürülməsindən 5 il sonra). O, Adəmin övladları arasında ən gözəli, ən fəzilətlisi, ən çox seviləni və atasına ən çox bənzəyəni idi. Bu bənzərliyin yeganə istisnası saqqal idi. İslam mənbələrində qeyd olunur ki, Adəm saqqalsız idi və kişilər arasında saqqal saxlamaq ənənəsi onun övladları ilə başlamışdır.
Atası Adəm ona bir çox şey öyrətmiş, gələcəkdə baş verəcək tufan haqqında məlumat vermiş və onu özünə varis təyin etmişdir.
Rəvayətə görə, Şitin dövründə bəşəriyyət yer üzünə yayılmış və Şit 1000 şəhər salmışdır.thumb|256x256px|Şit (Şis) və oğlu Ənuşu (Yəniş) təsvir edən miniatürŞit, Məkkə və Kəbə ilə də əlaqələndirilmişdir. Rəvayətə görə, Şit Məkkədə yaşamış, Kəbəni palçıq və daşdan inşa (və ya bərpa) etmişdir. O, 912 yaşında vəfat etdikdə Kəbənin yaxınlığındakı Əbu Qubeys dağında dəfn edilmişdir. Lakin Şitə aid edilən türbə Məarrətün-Numan şəhərində yerləşir.
Onun haqqında nəql olunan rəvayətlər arasında Qabil tərəfdarları ilə mübarizə aparması da diqqət çəkir.
Həmçinin rəvayət edilir ki, Şit Həzurə adlı qadınla evlənmiş, bu evlilikdən Yəniş (və ya Ənuş) adlı bir oğlu və Namətə adlı bir qızı dünyaya gəlmişdir.
Şitin nəsli bu oğlu Yəniş vasitəsilə davam etmişdir. Bildirilir ki, Adəmin övladlarından Habilin nəsli qalmamış, Qabilin nəsli isə Nuh tufanı zamanı məhv olmuşdur. Buna görə də, Adəmdən sonra bəşəriyyətin ikinci atası kimi Şit qəbul edilmişdir.
Həmçinin bax Sif
İstinadlar
Kateqoriya:Adəm və Həvva