Bədii qiraət — qiraətçi tərəfindən bədii ədəbiyyat, publisistika və bu kimi digər yazılı əsərlərin kütlə qarşısında ifa edilməsindən ibarət olan estrada sənəti janrı.

İngildilli ölkələrdə bu sənət növü üçün "spoken word" (danışılan söz) termini istifadə olunur və bu anlayış həm də musiqili olmayan müvafiq audiovizual məhsulları ifadə edir. Çox vaxt poeziya nümayəndələri və musiqiçilər "spoken word" janrında ifaçı kimi çıxış edirlər. Bəzən səs musiqi ilə müşayiət oluna bilər, lakin bu janrda musiqi tamamilə könüllü xarakter daşıyır.

Müxtəlif janrlı ədəbi əsərlərin (şeir, təmsil və ya nəsr əsərindən bir parçanın) bədii qiraəti qiymətləndirilərkən aşağıdakı göstəricilər nəzərə alınır: Aydın diksiya, yaxşı təbii səs göstəriciləri, əsərin məntiqi və kompozisiya strukturu baxımından dərk edilməsi. Dinləyicilərlə ünsiyyət, ədəbi materiala qarşı yüksək emosional həyəcan vasitəsilə hekayəyə maraq oyatmaq bacarığı. Əsərin janrını hiss etmək, yumoristik əsərləri oxuyarkən səmimi bir birbaşalıq, lirik və epik əsərləri oxuyarkən isə dərin mənəvi zənginlik nümayiş etdirmək bacarığı. Əgər mətndə varsa, personajlara nitq xarakteristikası vermək bacarığı. Səhnə nitqi mədəniyyəti və səhnə cəlbediciliyi.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Poetry aloud – examples

Kateqoriya:Afrika-Amerika mədəniyyəti Kateqoriya:Bədii qiraət Kateqoriya:XX əsrdə ABŞ ədəbiyyatı Kateqoriya:Poetik janrlar Kateqoriya:Poeziya tarixi Kateqoriya:Şifahi ədəbiyyat Kateqoriya:Poetik cərəyanlar