thumb|Boris Conson.|220px Ölü pişik strategiyası və ya dedkettinq – KİV-də diqqəti başqa sahələrdəki problemlərdən və çatışmazlıqlardan yayındırmaq üçün mübahisəli və qalmaqallı açıqlamalar verməkdən ibarət olan siyasi strategiya. Termin siyasi məsləhətçi Linton Krosbinin Boris Consonun London meri olmaq üçün qatıldığı seçkilərdəki uğurlu işləri ilə əlaqələndirilir.
Tarixi Boris Conson 2013-cü ildə London meri kimi fəaliyyət göstərərkən "The Telegraph" üçün yazdığı bir köşə yazısında "stolun üstünə ölü pişik atmaq" adlandırdığı siyasi manevrdən bəhs etmişdir:
Conson 2008 və 2012-ci illərdə baş tutmuş London meri seçkilərində avstraliyalı Linton Krosbinin köməyindən yararlanmışdır. Bu səbəbdən KİV bu hekayədəki "avstraliyalı dost"un Krosbi olduğunu iddia etmişdir. Termin siyasi məsləhətçi Krosbi və Consonun London meri olmaq üçün iştirak etdiyi seçkilərdəki menecmenti ilə əlaqələndirilməyə başlanmışdır.
İstifadəsi Siyasi mühazirəçi Qrant Rodvell bu strategiyanın 2015-ci ildə Birləşmiş Krallıqda baş tutmuş seçkilər zamanı "müəyyən qədər siyasi təsir" qazandığını qeyd etmişdir. O həmçinin Donald Trampın 2016-cı ildə ABŞ-də Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzi və sonrakı prezident seçkilərində "qalmaqallı bəyanatlar"la çıxış etməsinin bu terminlə izah oluna biləcəyini bildirmişdir.
İstinadlar
Kateqoriya:Ritorika Kateqoriya:Təbliğat üsulları Kateqoriya:Birləşmiş Krallıqda siyasət