Əhməd Feyzi Çorumi (; ) — Osmanlı ilahiyyatçısı, müdərrisi və müəllifi.
Həyatı Nəqşibəndiliyin Xalidiyyə qoluna və Hənəfi məzhəbinə mənsub olan Əhməd Feyzi, 1839-cu ildə Çorumda mufti ailəsində anadan olmuşdur. Ləqəbi "Dəli Müftü"dür.
Təhsilini Çorumdakı müxtəlif alimlərdən almışdır. İcazətnaməsini dövrünün məşhur alimlərdən olan İskilipli Ərəbzadə Mehmed Emin Əfəndidən (v. 1888) almışdır.
Çorumda Qurdzadə və Alaybəyoğlu mədrəsələrində müdərrislik və 1851–1884-cü illər aralığında muftilik etmişdir. Eyni yerdə şəriət məhkəməsində baş katib və qazı işləmişdir.
Əhməd Feyzinin müdərrislik etdiyi dövrdə çoxlu tələbəyə icazətnamə verdiyi, Çorum İl Xalq Kitabxanasında qorunan icazətnamələrdən məlum olur. O, babası və atasından miras qalan, həmçinin özünün topladığı qiymətli əsərlərdən ibarət 6112 cildlik kitab kolleksiyası ilə Çorumun ilk müstəqil kitabxanasını yaratmışdır. Bu kitabxana sonradan Cümhuriyyət dövründə təsis edilən Çorum İl Xalq Kitabxanasının əsasını təşkil etmişdir.
Atası və qardaşları kimi o divan şairi olmuşdur. Şeirlərini çap etdirə bilmədiyi kimi, onları bir "Divan"da da cəmləmişdir. Onlardan çox az bir qismi qalmış olsa da, əksəriyyəti itib-batmışdır.
Əhməd Feyzi 1909-cu ildə Çorumda vəfat etmiş və Ulu Məzarda atasının yanına dəfn olunmuşdur.
Əsərləri Əhməd Feyzi müxtəlif mövzulara aid ərəb və türk dillərində 30-dan çox əsər qələmə almışdır. Onlardan bəziləri bunlardır: Feyzi-Rəbbani fi Rəddi-Batili-İrani (Rəddi-Batil). Əl-Feyzül-ali fi şərhi-Hizbin-Nəvəvi (№ 627/3). Əl-Fəvaidül-Feyziyyə şərhu Risalətil-Eminiyyə (№ 438/3). Risalə fi [təklifi] mə lə yutaq (№ 971/5). Təhqiqət alə Müqəddimətit-Təlvih (№ 1587). Əl-Fəvaidül-Feyziyyə fi əhvaliz-zövcətin-nəbəviyyə (№ 3747/2).
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Hənəfilər Kateqoriya:Müftilər