Beytülədəb mədrəsəsi — XIX yüzildə Şuşa şəhərinin Merdinli məhəlləsiində fəaliyyət göstərən mədrəsə.

Mədrəsənin yaradıcısı Mirzə Məhəmməd bəy Münşizadə idi. Bu mədrəsənin xərcini Merdinli məscidi ödəyirdi. Bu məktəbdə adlı-sanlı müdərrislər dərs deyirdilər. Müdərrisə xəlifə kömək edirdi.

Beytülədəb mədrəsəsində Sədinin "Gülüstan" və "Bustan" əsərləri, "Füzuli divanı", "Tarixi-Nadir", "Camei-Abbas" və başqa kitablar dərslik və dərs vəsaitləri kimi istifadə olunmuşdur. Mədrəsədə ümumtəhsil fənləri və ali fənlər tədris edilirdi.

Ümumtəhsil fənnləri Fiqh (hüquq) Kəlam (şəriət) Sərf (morfologiya) Nəhv (qramatika) Kətəbə (dəftərdarlıq) Şeir və əruz Əxbar (dini tarix)

Ali fənnlər Fəlsəfə Məntiq Tibb Elmi-ədəd (hesab) Həndəsə Elmi-nücum (astronomiya) Kimya Xiyal (mexanika) Musiqi

Həmçinin bax Merdinli məhəlləsi

İstinadlar

Kateqoriya:Azərbaycan mədrəsələri