Hinduizmdə Atman () — real, əzəli və əbədi ali özünüdərki, insanın daxili "Mən"ini və ya fərdi mənliyini ifadə etmək üçün istifadə olunan mərkəzi fəlsəfi termin. Bir çox hind fəlsəfəsi məktəbi Atmanı maddi və keçici olan eqodan (Ahankara) və cismani varlıqdan (Prakriti) tamamilə ayrı bir obyekt kimi qəbul edir. Bu termin Qərb dillərinə tez-tez "ruh" kimi tərcümə edilsə də, dinşünaslıqda onun "mənlik" və ya "öz" (self) kimi ifadə olunması daha məqsədəmüvafiq sayılır. Çünki Atman, illüzyon hisslərlə və obyektlərlə eyniləşmənin fövqündə duran ali subyektə işarə edir. İnsanın xilasa (nicata) qovuşması üçün ilk növbədə öz həqiqi daxili mahiyyətini, yəni Atman biliyini əldə etməsi mütləq şərtdir.
Atman fəlsəfəsinin Kainatın Ali Ruhu (Paramatman) və Mütləq Varlıq (Brahman) ilə münasibəti Vedanta məktəbləri arasında əsas müzakirə mövzusudur. Bu münasibətə dair irəli sürülən aparıcı baxışlar aşağıdakılardır: Brahman və Atmanın tamamilə eyni və vəhdətdə olduğunu müdafiə edən baxış — Advayta; Onların bir-birindən tamamilə fərqli fərdi reallıqlar olduğunu müdafiə edən baxış — Dvayta-vedanta; kontekstdən asılı olaraq həm fərqli, həm də fərqsiz (eyni) olduğunu müdafiə edən baxışlar — Bhedabheda və Vişiştadvaita.
Hinduizmin altı ortodoks (astika) fəlsəfi məktəbinin hamısı insan bədəni və zehnindən ayrı olan müstəqil bir Atmanın varlığını qəbul edir. Bu konsepsiya Hinduizm ilə Buddizm arasındakı ən fundamental fərqlərdən birini təşkil edir. Belə ki, Budizmin mərkəzi doktrinalarından olan Anatta təliminə görə, kainatda dəyişməz, əbədi bir fərdi "Mənlik" (atman/atta) mövcud deyildir.
Etimologiya Atman (, bəzən Atma, ) — Sanskrit mənşəli söz olub, hərfi mətndə "öz", "nəfəs" və ya "ruh" mənalarını ifadə edir.
Dilçilik tədqiqatlarına görə, bu sözün Proto-Hind-Avropa dilində mövcud olduğu ehtimal edilən və eyni mütləq mənaya sahib olan etmen kökündən törədiyi düşünülür. Bu kökün törəmələrinə həm Sanskrit, həm də German dillərində rast gəlinir. Məsələn, eyni mənanı verən "nəfəs" sözü köhnə ingilis dilində æðm, Niderland dilində adem, Qədim yuxarı alman dilində distinguishes atum ("nəfəs") formasında hifz edilib saxlanılmışdır; həmçinin Qədim ingilis dilindəki eþian və Niderland dilindəki ademen felləri də "nəfəs almaq" mənasını daşıyır.
İstinadlar
Biblioqrafiya
J. Ganeri (2013), The Concealed Art of the Soul, Oxford University Press,
Xarici keçidlər
A. S. Woodburne (1925), The Idea of God in Hinduism, The Journal of Religion, Vol. 5, No. 1 (Jan., 1925), pages 52–66 K. L. Seshagiri Rao (1970), On Truth: A Hindu Perspective, Philosophy East and West, Vol. 20, No. 4 (Oct., 1970), pages 377-382 Norman E. Thomas (1988), Liberation for Life: A Hindu Liberation Philosophy, Missiology, Vol. 16, No. 2, pages 149-162
Kateqoriya:Şəxsiyyət anlayışları Kateqoriya:Vedanta Kateqoriya:Hinduizm anlayışları