Emirates — BƏƏ-in ən böyük milli aviadaşıyıcısı."Etihad Suspends Flights To Damascus". Dubay hökumətinə məxsus "Investment Corporation of Dubai" şirkətinin nəzdindəki "The Emirates Group"un törəmə müəssisəsidir."Emirates orders 8 more A350s". Emirates uzun məsafəli uçuşlar üzrə ixtisaslaşmış dünyanın ən böyük aviaşirkəti,Dubai Airshow: Emirates places $38bn order for 65 Boeing 777X planes həmçinin Yaxın Şərqin ən böyük aviaşirkətidir."Emirates Flight Information". Şirkət Dubay Beynəlxalq Hava Limanının mərkəzindən həftədə 3600-dən çox uçuş həyata keçirir. O, 250-dən çox təyyarədən ibarət donanması ilə altı qitədə 80 ölkənin 150-dən çox şəhərinə uçuşlar təşkil edir."Emirates aircraft cover 432 million kilometres across the globe in six months". Yükdaşıma əməliyyatları "Emirates SkyCargo" tərəfindən həyata keçirilir.

"Emirates" planlaşdırılmış uçuşlar üzrə gəlir gətirən sərnişin-kilometr göstəricisinə görə dünyanın üçüncü ən böyük aviaşirkəti,"2016 Infographic" ( həmçinin daşınan yükün ton-kilometr göstəricisinə görə ikinci ən böyük aviaşirkətidir.

1980-ci illərin ortalarında o vaxt üçün ən böyük aviaşirkət olan "Gulf Air" Dubaya həyata keçirdiyi uçuşları azaltmağa başladı. Nəticədə, 15 mart 1985-ci il tarixində Dubayın kral ailəsinin dəstəyi ilə "Emirates" şirkəti təsis edildi və onun ilk iki təyyarəsi "Pakistan International Airlines" tərəfindən təmin olundu. 10 milyon dollarlıq ilkin kapitala malik olan şirkətin dövlət subsidiyalarından asılı olmadan fəaliyyət göstərməsi tələb olunurdu. 10 milyon dollarlıq ilkin kapitala malik olan şirkət dövlət subsidiyalarından asılı olmadan fəaliyyət göstərməli idi. "Pakistan International Airlines" Kəraçi hava limanında "Emirates"in kabin heyəti üçün pulsuz təlim imkanları təmin etmişdi. Aviaşirkət onun hazırkı sədri Əhməd bin Səid Əl Maktum tərəfindən təsis edilib."Emirates Announces 2009 Expansion Plan". Business Standard.

Emirates "Airbus" və "Boeing" istehsalı olan geniş füzelyajlı təyyarələrdən ibarət qarışıq donanmanı istismar edir və donanması tamamilə geniş füzelyajlı təyyarələrdən ibarət olan azsaylı aviaşirkətlərdən biridir ("Emirates Executive" istisna olmaqla)."Emirates Executive".

2026-cı ilin yanvarına olan məlumata görə, Emirates, donanmasında 116 təyyarə olmaqla Airbus A380-in dünyada ən böyük istifadəçisidir.The Emirates A380 Təqdim edildiyi gündən Airbus A380, xüsusilə yüksək sıxlıqlı, uzun məsafəli marşrutlarda Əmirlik donanmasının ayrılmaz hissəsinə çevrildi. Emirates həm də Boeing 777 təyyarəsinin dünyada ən böyük istifadəçisidir.The Emirates Boeing 777

Tarixi "Emirates" 1985-ci ilin martında Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl Maktumun dəstəyi ilə təsis edilib. 25 oktyabr 1985-ci ildə "Emirates" aviaşirkəti "Airbus A300B4-200" tipli təyyarə (qeydiyyat nömrəsi AP-BBM) ilə Dubay Beynəlxalq Hava Limanından Pakistanın Kəraçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına ilk uçuşunu həyata keçirdi.

3 iyul 1987-ci ildə "Emirates" donanmasına qoşulan ilk sərnişin təyyarəsi olan "Airbus A310-300" Tuluza-Blanyak hava limanından Dubaya uçuş həyata keçirdi. Frankfurt (Atatürk hava limanında dayanacaqla), həmçinin Londonun Qatvik və Male Beynəlxalq hava limanlarına uçuşlar başladı. Daha sonra Sinqapur Çanqi Aeroportu, Banqkok və Honkonq hava limanlarına marşrutlar açıldı.

Fəaliyyətinin ilk illərində "Emirates" ildə orta hesabla 30% təşkil edən güclü artım nümayiş etdirdi.. The Emirates Group : Reports and Accounts (1994-1995) Körfəz müharibəsi aviaşirkətin biznesinin genişlənməsinə təkan verdi, çünki o, müharibənin son on günü ərzində uçuşları davam etdirən yeganə aviaşirkət idi. 1991-ci ilin iyununda – Körfəz müharibəsi ilə bağlı hərbi əməliyyatlar başa çatdıqdan qısa müddət sonra – "Emirates" nəhayət ki, Londonun Hitrou hava limanına uçuş əldə edə bildi. 1996-cı ildə "Emirates" özünün baza modeli olan "Boeing 777-200" təyyarəsini təhvil aldı, ardınca 1997-ci ildə təyyarənin artırılmış uçuş məsafəsinə malik versiyası, 1999-cu ildə isə "Airbus A330-200" və "Boeing 777-300" modelləri donanmaya əlavə edildi. 2000-ci ildə aviaşirkət "Skywards" adlı daimi sərnişin proqramını istifadəyə verdi."History Timeline".

O vaxtdan bəri aviaşirkət dünyanın istənilən nöqtəsinə uçuşlar həyata keçirməyə və beynəlxalq marşrutlarda digər iri aviaşirkətlərlə rəqabət aparmağa diqqət yetirərək, öz donanmasını və uçuş şəbəkəsini genişləndirməyə davam edir.Lufthansa steps up fight to bar Emirates from Berlin 2023-cü ildə Dubay Aviasiya Sərgisində "Emirates" və onun tərəfdaş aviaşirkəti "flyDubai" 50 milyard dollar dəyərində "Boeing" təyyarələri üçün sifariş vermişdilər.Dubai faces down airline rivals with $50 billion jet orders

İdarəetməsi Aviaşirkət Dubay hökumətinin investisiya şirkəti olan Dubay İnvestisiya Korporasiyasının The Emirates Group-un törəmə şirkətidir."The Emirates Group". İlk 11 il ərzində şirkətin həcmi hər 3,5 ildən bir ikiqat artır.Rise of the Emirates Empire

2015-ci ildə "Emirates" 2,6 milyard BƏƏ dirhəmi (708 milyon ABŞ dolları) məbləğində dividend ödəyib. Müqayisə üçün, 2014-cü ildə bu rəqəm 1 milyard BƏƏ dirhəmi (272 milyon ABŞ dolları) təşkil etmişdi.Emirates Airline 2014 Net Profit Jumps 40% On Lower Oil Price Aviaşirkətin yaradılması zamanı 10 milyon ABŞ dolları məbləğində ilkin kapital və təxminən 80 milyon ABŞ dolları həcmində əlavə investisiya təmin etdiyinə görə, hökumət dividendlərin ödənilməyə başlandığı 1999-cu ildən bəri "Emirates"dən ümumilikdə 14,6 milyard BƏƏ dirhəmi əldə edib. Dubay hökuməti şirkətin yeganə sahibidir, lakin o, şirkətə yeni vəsait yatırmır və aviaşirkətin fəaliyyətinə müdaxilə etmir.

Strukturu "Emirates" hava limanı xidmətləri, mühəndislik və turizm fəaliyyətləri daxil olmaqla, əlaqəli sahələrə və sektorlara genişlənməklə öz fəaliyyətini şaxələndirib. Şikətin 50-dən çox törəmə şirkəti mövcuddur.

İmtiyazları "Emirates" öz işçilərini hərtərəfli tibbi sığorta planları, həmçinin ödənişli analıq və xəstəlik məzuniyyəti kimi imtiyazlarla təmin edir. Şirkət işçilərin fəaliyyətinin idarə edilməsində səriştəyə əsaslanan yanaşmanın bir hissəsi kimi tətbiq edilən mənfəətin bölüşdürülməsi və fəaliyyət nəticələrinə əsaslanan mükafatlandırma sistemini tədbiq edir.Up in the Air: How Airlines Can Improve Performance by Engaging their Employees.

2023 və 2024-cü illərdə şirkət, həmin illərdə əldə edilmiş mənfəət əsasında işçilərə əhəmiyyətli məbləğdə bonuslar ödəyib. 2023-cü il üzrə bonus 24 həftəlik əmək haqqına,[https://web.archive.org/web/20240617135458/https://www.thenationalnews.com/uae/2023/05/12/emirates-airline-profit-share/ Emirates airline staff to share in Dh10.6 billion profits bonus ] 2024-cü il üzrə bonus isə 20 həftəlik əmək haqqına"Emirates Group to pay 20-week bonus to eligible employees after record profit". bərabər olub. 2025-ci ildə "Emirates Group" əvvəlki illə müqayisədə 18% artımla 22,7 milyard BƏƏ dirhəmi həcmində rekord mənfəət əldə etdikdən sonra işçilərə 22 həftəlik əmək haqqına bərabər bonus ödəyib.

Ətraf mühit göstəriciləri Aviaşirkət digər aviaşirkətlərlə müqayisədə daha az tullantılar yaratdığını iddia edir; belə ki, istifadə etdiyi hər 100 sərnişin-kilometr üçün orta yanacaq sərfiyyatı 4 litrdən azdır. 2023-cü ildə aviaşirkət kommersiya aviasiyasında qalıq yanacaqların istifadəsinin azaldılması ilə bağlı tədqiqat və inkişaf işlərini, o cümlədən alternativ yanacaq və enerji həllərinin hazırlanmasını maliyyələşdirmək məqsədilə üç il ərzində 200 milyon dollar sərmayə yatıracağını elan etdi.

Biznes tendensiyaları Emirates üçün əsas tendensiyalar:

Dövriyyə(BƏƏ dirhəmi)Xalis mənfəət(BƏƏ dirhəmi)Sərnişinuçuş (m)Sərnişin yüküfaktoru (%)Daşınan yük(000 tonn)Sayıof A380Mənbə19973.70.26 3.6 70.0426—19984.0 0.26 3.6 70.0200 —19994.4 0.31 4.2 74.5 214 —20005.1 0.304.7 71.9269 —20016.3 0.42 5.7 75.1 335 —20027.1 0.466.7 74.3401 —20039.5 0.90 8.5 76.6 525 — 200413.1 1.5 10.4 73.4660 —200517.9 2.4 12.5 74.6 838 —200622.6 2.4 14.4 75.9 1,019 —200729.1 3.0 17.5 76.2 1,156 —200838.8 5.0 21.2 79.8 1,282 —200943.2 0.6822.7 75.81,408 4 201043.4 3.5 27.4 78.1 1,580 8 201154.2 5.3 31.4 80.0 1,767 15 201262.2 1.533.9 80.0 1,796 21 201373.1 2.2 39.3 79.72,086 31 201482.6 3.2 44.5 79.42,250 47 201588.8 4.5 49.2 79.6 2,377 59 201685.07.1 51.8 76.52,509 75 201785.0 1.256.0 75.12,577 94 201892.3 2.7 58.4 77.5 2,623 102 201997.9 0.8758.6 76.82,659 109 202091.91.0 56.178.5 2,389115 202130.9−20.26.544.31,8731132022 59.1 −3.919.5 58.6 2,139 118 2023107 10.5 43.6 79.5 1,849116202412117.251.979.92,176116202512719.053.678.92,338116

Brendi

1990-cı illərdə "Emirates" "Özünüzə hədiyyə edin — "Emirates" ilə uçun" şüarı ilə bir sıra reklam çarxları təqdim etdi. 1999-cu ildə A330-200 təyyarəsinin təqdim olunduğu bir tanıtım videosu yayımlandı; videoda təyyarə həm orijinal, həm də bir neçə ay əvvəl təqdim edilmiş və 2023-cü ilə qədər istifadədə qalmış yeni rəng tərtibatında nümayiş etdirildi.

Reklamlar 2002-ci ildən etibarən yenidən yayımlanmağa başladı və aviaşirkət 2004-cü ildə "Fly Emirates. Keep Discovering" (Emirates ilə uçun. Kəşf etməyə davam edin.) şüarını qəbul etdi. 2010-cu illərdə Emirates reklamlarında "Fly Emirates. Keep Discovering", "Fly Emirates To over Six Continents" ("Emirates" ilə altıdan çox qitəyə uçun) və "Hello Tomorrow" (Salam, Sabah) kimi müxtəlif şüarlarından istifadə edirdi."About Emirates | Emirates Advertising". Şirkət hazırda "Fly Better" (Daha yaxşı uçun) şüarından istifadə edir.

2008-ci ilin avqustunda "Emirates" aviaşirkəti "Simon Jersey" tərəfindən hazırlanmış, 16 000 əməkdaş üçün nəzərdə tutulan yeni uniformanı təqdim etdi."Tailored for New Era | Emirates | About Emirates | News".

Aviaşirkətin təyyarələrinin şaquli stabilizator hissəsində Birləşmiş Ərəb Əmirliklərinin bayrağı, mühərriklərində ərəb kalliqrafiyası üslubunda loqo, gövdəsində isə həm ərəb, həm də ingilis dillərində "Emirates" sözü təsvir olunub. İstifadə olunan rəng sxemi 1999-cu ilin noyabrında, ilk Boeing 777-300 təyyarəsində dəyişdirildi.New Emirates livery celebrates Dubai airline's Arab heritage Bu dəyişikliyə loqotipin yenilənməsi, ingiliscə loqonun böyüdülərək təyyarənin ön hissəsinə doğru yerini dəyişməsi (ərəbcə loqo isə daha kiçik ölçüdə saxlanılmaqla) və şaquli stabilizator hissəsində fərqli, dalğalanan bayraq təsvirinin yer alması daxil idi."Updated livery is revealed by Emirates-15/11/1999-Flight Daily News".

Sponsorluğu

2011-ci ildən 2022-ci ilə qədər "Emirates" şirkəti Londonun şərqində Temza çayı üzərindəki "Emirates Air Line" kanat xəttinə sponsorluq etmişdir.Emirates sponsors cable car BBC News 7 October 2011

İdmanda Kriket

"Emirates" Kricket Australia,Cricket Australia Lord's Taverners,"Lord's Taverners | Sponsorships | About" və Pro Arch Turnirinə sponsorluq edir.Pro Arch Tournament Şirkət həmçinin Beynəlxalq Kriket Şurasının (BKŞ) rəsmi tərəfdaşıdır. Bu müqavilə "Emirates"ə BKŞ-nın bütün əsas turnirləri – o cümlədən 2011, 2015 və 2019-cu illərdə keçirilmiş kriket üzrə Dünya Kubokları, Qadınlar arasında kriket üzrə Dünya Kubokları, BKŞ Çempionlar Kuboku və "World Twenty20" turniri – ilə əməkdaşlıq imkanı qazandırırdı.

"Emirates" "Durham County" Kriket Klubunun "Twenty20" matçları üçün nəzərdə tutulmuş idman geyimlərinə sponsorluq edir, həmçinin "Riverside Ground" (hazırda "Emirates Riverside") və "Emirates Old Trafford" stadionlarının ad hüquqlarına sahibdir. Şirkət eyni zamanda "Lancashire County" Kriket klubunun geyimlərinə də sponsorluq edir. Bundan əvvəl "Emirates" dünyanın ən böyük milli kriket turniri olan Hindistan Premyer Liqasında "Kings XI Punjab" (2–4-cü mövsümlər) və "Deccan Chargers" (5-ci mövsüm) komandalarının əsas sponsoru olmuşdur.

Футбол

"Emirates" FİFA-nın və FİFA Dünya Çempionatının sponsoru idi, lakin sonralar sponsorluq fəaliyyətini dayandırdı.Why the Qatar soccer World Cup is so controversial