Aleksandr Georqeviç Romanov (; ) — Loyxtenberq hersoqu Georq Maksimilyanoviçin oğlu, Loyxtenberq hersoqu.
1881-ci ildə Peterhof sarayında dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Georq Maksimilyanoviç, anası isə Oldenburq şahzadəsi Pyotrun qızı Tereza Petrovnadır. Hələ 2 yaşında ikən anası vəfat etdi və atası növbəti 6 il boyunca evlənmədi. 1889-cu ildə Monteneqro kralı I Nikolayın qızı Anastasiya ilə evləndi. Yetkinlik yaşına çatanda rus ordusunda xidmət etdi və hərbi karyeraya başladı.
22 yanvar 1917-ci ildə Petroqradda zadəgan sinifinə mənsub olmayan Nadejda Nikolayevna Karalli ilə gizlicə evləndi. Cütlüyün bu nigahdan övladı olmadı.
1917 fevral inqilabının ardından çar ailəsini xilas etməyə cəhd etsə də, bunda uğurlu olmadı. Sankt-Peterburqdakı ingilis səfirliyinə dəfələrlə müraciət edərək çar və ailəsinin dərhal ölkədən çıxarılmalı olduğunu bildirdi. 1918-ci ildə Berlinə yollandı və burada Alman imperatoru II Vilhelmlə şəxsən görüşərək qohumu olduğu çar üçün yardım istədi. Ancaq almanların yardım təklifini həm çar, həm də çariça geri çevirdi. Qısa müddət həbs edilsə də, daha sonra azadlığa buraxıldı və ölkədən qaçdı. Sürgündə Fransada yaşayan Aleksandr Georqeviç 26 aprel 1942-ci ildə Atlantik Pireneydəki kiçik Sali-de-Bearn qəsəbəsində vəfat etdi.
Mənbə
Ədəbiyyat
Clark, William (1994). The Lost Fortune of the Tsars. New York: St. Martin's Press. p. 92. ISBN 9780312303938 Rappaport, Helen (2008). The Last Days of the Romanovs: Tragedy at Ekaterinburg. New York: St. Martin's Press. ISBN 9781429991285
İstinadlar Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər