Avqust de Boharne ( ) — fransız hərbçi Ejen de Boharnenin oğlu, Portuqaliyanın şahzadə-konsortu, III Loyxtenberq hersoqu.
1810-cu ildə Milanda dünyaya gəldi. Atası Napoleon Bonapartın ögey oğlu fransız hərbçi Ejen de Boharne, anası isə Bavariya kralı I Maksimilyanın qızı Avqusta Amaliyadır. Atasının vəfatından sonra 1824-cü ildə Loyxtenberq hersoqu ünvanı aldı. 1831-ci ildə Belçika taxt-tacı üçün namizəd seçilsə də, Napoleon Bonapartla olan qohumluq əlaqələri səbəbilə digər Avropa ölkələri tərəfindən dəstəklənmədi. Braziliya imperatoru I Pedruyla evlənən bacısı Ameliyanı Braziliyaya qədər müşayiət etdi. İmperator tərəfindən ona 1829-cu ildə Santa-Kruz hersoqu ünvanı verildi.
1834-cü ildə qaynı Portuqaliya taxt-tacından imtina etdi və bacısı Kraliça Ameliyanın ögey qızı II Mariya taxt-taca sahibləndi. Avqust de Boharne isə yeni kraliça üçün ər namizədi seçildi. Cütlüyün formal nigahı 1 dekabr 1834-cü ildə Münxendə bağlandı və ona Portuqaliyanın şahzadə-konsortu () ünvanı verildi. Ardından Portuqaliyaya yola düşdü. 26 yanvar 1835-ci ildə cütlük Lissabonda keçirilən toy mərasimiylə evləndi. Ancaq mərasim əsnasında xəstə olan Avqust de Boharne cəmi 2 ay sonra vəfat etdi.
Öldüyü əsnada rəsmi varisi olmadığı üçün Loyxtenberq mülkü üzərindəki bütün haqları kiçik qardaşı Maksimilyana keçdi.
Mənbə
Per Nordenvall (1998). "Kungl. Maj:ts Orden". Kungliga Serafimerorden: 1748–1998 (in Swedish). Stockholm. ISBN 91-630-6744-7 de Sousa, Manuel (2000). Reis e Rainhas de Portugal. Mem-Martins: SporPress - Sociedade Editorial e Distribuidora, Lda. pp. 145–146. ISBN 972-97256-9-1
İstinadlar
Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Braziliya tarixi Kateqoriya:Monaxların həyat yoldaşları