thumb|Samaveda mətninin əlyazması Samaveda (, , — , "ritual nəğməsi" və — , "bilik" sözlərindən) — Hinduizmin müqəddəs mətnləri olan Veda məcmusunun üçüncü kitabı.

Ənənəvi sıralamada üçüncü gəlməsinə baxmayaraq, müqəddəslik və liturgik (ayin) baxımdan "Riqveda"dan sonra ən mühüm Veda hesab olunur. Mətnin e.ə. 1300-cü ilə yaxın formalaşdığı ehtimal edilir.

Məzmunu və liturgik əhəmiyyəti Samaveda qurbanlıq ritualları zamanı yüksək səslə oxunan ilahi və nəğmələrdən ibarətdir. Mətnin Samhita adlanan metrik hissəsi xüsusilə soma şirəsinin ritual süzülməsi (libasiya), süd və digər tərkib hissələri ilə qarışdırılması mərasimlərində "udqatar" () adlı brahman pərəstişkarları tərəfindən oxunan himnlərdən təşkil olunmuşdur.

Samavedada yer alan misralar sadə mütaliə üçün deyil, xüsusi olaraq yeddi notdan ibarət melodiyalarla (sāman) ifa edilmək üçün nəzərdə tutulmuşdur. Buna görə əsər "Mahnılar vedası" da adlanır.

Riqveda ilə əlaqəsi və strukturu Samavedanın böyük hissəsi "Riqveda"dan götürülmüş misra və himnlərdən ibarətdir. Lakin bu misralar Riqvedadakı ilkin sırası ilə deyil, dini seremoniyaların tələblərinə müvafiq olaraq yenidən tərtib edilmişdir. Riqveda mətnləri ilə müqayisədə bəzi fərqliliklər mövcuddur; bu fərqlərin bir qismi mətni izah etmək məqsədi daşıyır və ehtimal ki, Riqvedadakı versiyadan daha qədimdir.

İfa zamanı misralar "qana" (nəğmə kitabları) tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq modulasiyalar, pauzalar, səs uzatmaları və təkrarlarla zənginləşdirilir. Bu qaydaları əks etdirən əsas nəğmə rəhbərlikləri bunlardır: Qramaqeyaqana () — "Kənd nəğmələri kitabı" Aranyaqana () — "Meşə nəğmələri kitabı" Uxaqana () və Uxaqayana () — Samhitanın ikinci hissəsini izləyən köməkçi nəğmə kitabları.

Şakhalar (Redaksiyalar) Ənənəvi Hind dastanlarına görə, qədimdə Samavedanın minə yaxın redaksiyası (şakha) mövcud olmuşdur. Dövrümüzə bunlardan yalnız bir neçəsi çatmışdır: Kautxuma () — tam şəkildə hifz edilib saxlanılmış əsas redaksiya. Cayminiya və ya Talavakara () — natamam şəkildə günümüzə çatmışdır. Bu şakhaya "Cayminiya-samhita", "Cayminiya-brahmana", "Cayminiya-upanişad-brahmana" və Kena-upanişad daxildir.

Bundan əlavə, tarixi mənbələrdə Ranayaniya (Ranayana), Şatyamukxya, Vyasa, Bxaquri, Oulundi, Qoulqulvi, Bxanuman-oupamayava, Karat, Maşaka Qarqya, Varsqaqavya və Sqakuqitra kimi şakhaların da adları çəkilir.

Müasir tərcümələri Müasir dövrdə Samaveda doktor Mridula Kirti tərəfindən hind dilinə poetik şəkildə tərcümə edilmiş və "Samveda Ka Hindi Padyanuvad" adı ilə nəşr olunmuşdur.

İstinadlar

Biblioqrafiya

Xarici keçidlər

Ralph Griffith, Hymns of the Samaveda 1895, full text, (online at sacred-texts.com) Veda Prasar Samiti (MP3 examples of vedic chants) Samaveda Song Books in Devanagari with svara marks and musical notes file for download 7 swaras in samaveda

Kateqoriya:Hindistan musiqisi Kateqoriya:Hindistan poetikası Kateqoriya:Vedalar Kateqoriya:Hindu mətnləri Kateqoriya:Libasiya