Braunşveyqli Sofiya Doroteya (; ) — Böyük Britaniya və İrlandiya kralı I Georqun xanımı.

1666-cı ildə Celledə dünyaya gəldi. Atası Braunşveyq hersoqu Georq Vilyam, anası isə onun fransız əsilli xanımı Elyanora d'Olbrusdur. 21 noyabr 1682-ci ildə əmisi Hannover kürfürstü Ernst Avqustun oğlu Georq Lüdviqlə evləndi. Bu nikahdan 2 övladı doğuldu.

II Georq Sofiya Doroteya 1691-ci ildə İsveç əsilli xidmətçisi Filipp Kristof von Köniqsmarkla eşq yaşamağa başladı. 1694-cü ildə boşanmaq istədiyini bildirsə də, valideynləri buna qəti qarşı çıxdı. Bu açıq boşanma tələbinin ardından 11 iyul 1694-cü ildə saraylı məşuqu anidən yoxa çıxdı. Onun saray daxili bir cinayətə qurban getdiyi ehtimal olunur. Həmin ilin sonlarında əri ondan boşanmaq istədi və proses davam edərkən Sofiya Doroteya Launeay qalasına həbs olundu. 28 iyun 1694-cü ildə cütlük rəsmi şəkildə boşandı və Sofiya Doroteya ərinə xəyanətlə təqsirləndirilərək ömürboyu həbslə cəzalandırıldı. Ev həbsi ölkənin ən ucqar əyalətindəki bir malikanədə keçdi və təxminən 30 il davam etdi. Bu müddət ərzində bütün ünvanları əlindən alındı və övladlarını görməsi qadağan edildi.

Keçmiş qayınatasının vəfatından sonra taxt-tacı ələ alan boşandığı ərinə məktub yazaraq başsağlığı verdi. Övladlarıyla görüşmək üçün icazə istədiyi saysız məktublar yazdı. Ancaq onun bu məktubları cavabsız qaldı. Atasının 1705-ci ildə, anasının isə 1722-ci ildə vəfatı da onun həbsinə son qoymadı. Bütün bu illər ərzində 1714-cü ildə keçmiş əri I Georq adıyla Böyük Britaniyia və İrlandiya kralı oldu. Üstəlik yeganə qızı olan adaşı Sofiya Doroteya Prussiya kraliçası olmuşdu.

1726-cı ilin əvvəllərində iflic keçirdi və yatalaq oldu. Qidalanmadan və müalicədən imtina etdi. Beləcə, səhhəti daha da pisləşdi və 13 noyabr 1726-cı ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Schnath, Georg: Der Königsmarck-Briefwechsel. Korrespondenz der Prinzessin Sophie Dorothea von Hannover mit dem Grafen Philipp Christoph Konigsmarck 1690 bis 1694 (In German) (Quellen und Darstellungen zur Geschichte Niedersachsens; vol. 51). Lax, Hildesheim 1952 (critical complete edition in Regestenform).

İstinadlar

Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri