"Xudojestvennaya literatura" () — Baş qərargahı Moskvada yerləşən Rusiyanın dövlət nəşriyyatı. Adı rus dilindən tərcümədə "bədii ədəbiyyat" mənasını verir. Nəşriyyat rus və dünya ədəbiyyatı klassiklərinin, həmçinin görkəmli bədii əsərlərin nəşri üzrə ixtisaslaşmışdır.
Tarixi Nəşriyyat 1 oktyabr 1930-cu il tarixində Moskvada, SSRİ Dövlət Nəşriyyatının ("Qosizdat") bədii ədəbiyyat sektoru və "Zemlya i fabrika" () nəşriyyatının bazasında Bədii Ədəbiyyat Dövlət Nəşriyyat Evi adı ilə təsis edilmişdir. 1934-cü ildə adı dəyişdirilərək "Qoslitizdat" () olmuşdur. 1937-ci ildə ləğv edilmiş "Academia" nəşriyyatı onun tərkibinə birləşdirilmişdir. 1963-cü ildən etibarən nəşriyyat "Xudojestvennaya literatura" adlandırılmağa başlanmışdır.
Fəaliyyət göstərdiyi illər ərzində nəşriyyat dünya bədii ədəbiyyatının klassik əsərlərini, eləcə də müasir xarici müəlliflərin ən mühüm roman və povestlərini işıqlandırmışdır. Müasir yerli müəlliflər nəşriyyat proqramına yalnız Sovet ədəbiyyatının rəsmən tanınmış "klassikləri" sırasına daxil olduqları halda əlavə edilirdilər. SSRİ dövründə ölkənin aparıcı və ən nüfuzlu nəşriyyatlarından biri hesab olunurdu.
Yenidənqurma dövründən sonra nəşriyyat həm ümumi kitab nəşri böhranı, həm də daxili idarəetmə problemləri ilə bağlı ciddi tənəzzül dövrünə qədəm qoymuşdur. Belə ki, 1976-cı ildə nəşriyyat tərəfindən təxminən 46,5 milyon nüsxə tirajla 318 kitab və broşür buraxıldığı halda; 1986-cı ildə 85 milyon tirajla 334 nəşr; 1991-ci ildə 38 milyon tirajla 277 kitab; 1994-cü ildə 2 milyon tirajla 58 kitab; 1996-cı ildə isə cəmi 0,5 milyon tirajla 38 kitab işıq yüzü görmüşdür. Tirajların kəskin azalması sonrakı illərdə də davam etmiş və 2015-ci ilin nəticələrinə görə nəşriyyat buraxılan kitabların sayına görə Rusiyanın Top-100 nəşriyyatı siyahısından kənarda qalmışdır.
Məşhur nəşr seriyaları Nəşriyyat öz tarixi boyunca bir neçə monumental seriyanın buraxılışını reallaşdırmışdır: "Dünya ədəbiyyatı kitabxanası" () — 200 cilddə (1967–1977); "Antik ədəbiyyat kitabxanası" (); "XIX əsr rus poeziyası" (); "XIX—XX əsr xalqlar ədəbiyyatı kitabxanası" ().
Kitab seriyaları "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən müxtəlif illərdə buraxılmış əsas kitab seriyaları:
Unudulmuş kitab () Antik ədəbiyyat kitabxanası () (1963-cü ildən) Dünya ədəbiyyatı kitabxanası () (1967–1977), 200 cilddə Xalq kitabxanası () (1930–1977); fəaliyyətini "Klassiklər və müasirlər" () seriyası kimi davam etdirmişdir (1977-ci ildən) Renessans ədəbiyyatı kitabxanası () Tarixi roman kitabxanası () Müəllim kitabxanası () Polşa ədəbiyyatı kitabxanası () Fin ədəbiyyatı kitabxanası () Yapon ədəbiyyatı kitabxanası () Çin ədəbiyyatı kitabxanası () Hind ədəbiyyatı kitabxanası () Şərq almanaxı () Qədim Rus ədəbiyyatı abidələri () (1978-ci ildən) Lenin mükafatına layiq görülmüş əsərlər kitabxanası () Ədəbi memuarlar () XX əsr xarici romanı () (1957–1991) Klassika kitabxanası () (1977–1991) Rus ilham pərisi () (1985-ci ildən) Sovet poeziyası kitabxanası () (1957-ci ildən) Lirik poeziya xəzinələri () (1963-cü ildən) Elmi fantastika kitabxanası ()
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
"Xudojestvennaya literatura" nəşriyyatının rəsmi saytı
Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Rusiya nəşriyyatları Kateqoriya:SSRİ nəşriyyatları