250px|thumb|"Görkəmli adamların həyatı" kitab seriyası

Kitab seriyası — nəşriyyat tərəfindən vahid ardıcıllığın və ya layihənin tərkib hissəsi kimi təqdim edilən müstəqil çap nəşrlərinin məcmusu. Adətən bir seriyaya daxil olan kitablar eyni nəşriyyat tərəfindən buraxılır və vahid bədii-poliqrafik tərtibata malik olur.

Müasir kitab nəşriyyatında janr ədəbiyyatı nümunələri (detektiv, elmi fantastika və fentezi, məhəbbət romanları, yumoristik nəsr, uşaq ədəbiyyatının bəzi yarımjanrları və s.) məhz kitab seriyaları şəklində işıq yüzü görür. Bir sıra hallarda bu formada seriyalar xəyali kainatların tərkib hissəsinə çevrilir; burada kitablardan əlavə kompüter və ya masaüstü oyunları, bədii və ya serial filmləri, eləcə də digər media məhsulları buraxılır. Bununla yanaşı, seriyalı nəşriyyat prinsipi ənənəvi olaraq elmi-kütləvi ədəbiyyat və poeziya sahəsində də geniş yayılmışdır.

Dövri və ya davam edən nəşrlər nömrələnmiş və ya tarixlənmiş buraxılışlardan ibarət olur. Qeyri-dövri nəşrlərin buraxılış müddəti öncədən müəyyən edilmədikdə onlar "açıq seriya", çıxışı müəyyən zaman çərçivəsi və ya cild sayı ilə məhdudlaşdıqda isə "qapalı seriya" adlanır.

Kitab seriyalarının növləri

Kitab seriyaları tematik, struktur və təyin olunma məqsədinə görə bir neçə əsas kateqoriyaya bölünür: Tematik seriyalar: Müəyyən bir mövzu, janr və ya dövr əsasında birləşən kitablar (məsələn, "Dünya ədəbiyyatı kitabxanası", "Elmi fantastika kitabxanası"). Müəllif seriyaları: Tək bir müəllifin bütün əsərlərini və ya müəyyən bir personaj haqqındakı silsilə romanlarını əhatə edən nəşrlər. Nəşriyyat/Brend seriyaları: Nəşriyyatın imicini və dizayn xəttini formalaşdıran, müxtəlif müəlliflərin əsərlərini vahid formatda təqdim edən seriyalar (məsələn, "Penguin Classics"). Media/Törəmə (Françayz) seriyaları: Populyar film, oyun və ya komikslər əsasında yazılmış, eyni kainatı bölüşən kitablar.

Poliqrafik və dizayn xüsusiyyətləri

Kitab seriyasını fərdi nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri onun vizual identikliyidir: Vahid cild formatı: Bütün kitablar eyni ölçüdə (məsələn, cib formatı və ya standart bərk cild) buraxılır. Şrift və loqotip: Üz qabığında seriyanın xüsusi loqotipi, eyni şrift üslubu və rəng palitrası tətbiq olunur. Nömrələnmə: Xüsusilə kolleksiya xarakterli və ya davamlı seriyalarda cildlərin xronoloji və ya əlifba sırası ilə nömrələnməsi həyata keçirilir.

Mədəni və kommersiya əhəmiyyəti

Nəşriyyat biznesində seriya prinsipi oxucu sadiqliyini artırmaq üçün ən effektiv mexanizmlərdən biridir. Bircə kitabı bəyənən oxucu, adətən, eyni seriya dizaynına və loqotipinə malik digər kitabları da almağa meyil göstərir. Bu, nəşriyyatlara marketinq xərclərini azaltmağa və yeni müəllifləri tanınmış seriyalar vasitəsilə bazara daha rahat çıxarmağa imkan verir.

İstinadlar

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

Peter Harris. International Companion Encyclopedia of Children's Literature. London: Taylor & Francis, 2014. Frank Arthur Mumby. Publishing and Bookselling: A History from the Earliest Times to the Present Day. London: Jonathan Cape, 1930. Revised edition, 1949. Frank L. Schick. The Paperbound Book in America: The History of Paperbacks and Their European Background. New York: R. R. Bowker, 1958. John Spiers, ed. The Culture of the Publisher's Series. 2 vols. London: Palgrave Macmillan, 2011. Jack David Zipes, ed. The Oxford Encyclopedia of Children's Literature. New York: Oxford University Press, Inc., 2006. 4 volumes.

Xarici keçidlər

PublishingHistory.com - List of hardback and paperback book series with titles listed in each series A Series of Series - List of hardback publisher’s book series with detailed historical commentary on each FantasticFiction.com FictFact.com FictionDB.com OrderOfBooks.com StopYoureKillingMe.com Vintage Series Books for Girls . . . and a Few for Boys BookSeriesFinder.com

Kateqoriya:Roman seriyaları Kateqoriya:Kitab seriyaları