Əbu Abdillah Məhəmməd ibn Yəhya ibn Abdillah əz-Zöhli ən-Nisaburi () və ya Məhəmməd ibn Yəhya əz-Zöhli (; ) — Zöhrinin rəvayət etdiyi hədisləri cəmləyən hədis hafizi.

Həyatı Təxminən hicri 172-ci (788–89) ildə, ehtimal ki, Nişapurda anadan olmuşdur. Hədis məclislərinin birində hədisləri yazarkən onun yazısının gözəlliyi və hədisləri düzgün qeyd etməsi Nişapurlu mühəddis Əli ibn Sələmə əl-Ləbəkinin diqqətini cəlb etmişdir. Əli ibn Sələmə əl-Ləbəki ona elm öyrənməyi tövsiyə etmişdir. Bu tövsiyədən sonra Zöhli elm öyrənmək məqsədilə səfərlərə başlamışdır.

Nişapur, Rey, İsfahan, Bəsrə, Kufə, Vasit, Bağdad, Məkkə, Mədinə, Yəmən, Misir, Şam və Cəzirədə Əbdürrəhman ibn Mehdi, Əbu Davud ət-Təyalisi, Əbdürrəzzaq əs-Sənani və başqa alimlərdən hədis rəvayət etmişdir.

Ondan isə müəllimləri Səid ibn Mənsur, Səid ibn Əbu Məryəm, Əbu Cəfər ən-Nüfeyli və Əmr ibn Xalidlə yanaşı, İbn Macə, Tirmizi, Əbu Hatim ər-Razi, Nəsai və İbn Əbu Davud kimi mühəddislər də hədis rəvayət etmişlər. Tələbələri arasında Müslim də vardır.

Müslim əvvəlcə müəllimi Zöhlidən çoxlu hədis rəvayət etmişdi. Lakin müəlliminin Quranı tələffüz etməyin və yazmağın belə məxluq olmadığı görüşündə olduğunu bilirdi. Bir dərs zamanı Zöhli Buxarinin "Quranı tələffüz etməyim məxluqdur" sözünü təkrarlayaraq "Kim bu görüşdədirsə, bizim məclisimizdə olmasın" dedikdə, Müslim onun çox böyük hörmət bəslədiyi Buxariyə qarşı mövqe tutduğunu görüb dərsi tərk etdi. Zöhlidən yazdığı hədisləri evinə göndərdi və həmin hədisləri özünün "əl-Cəmiüs-Səhih" əsərinə də daxil etmədi.

Zöhli hicri 258-ci (872) ildə vəfat etdi.

Əsərləri Əz-Zöhriyyat. Zöhrinin rəvayət etdiyi hədislərini cəmlədiyi əsəri. İləlü hədisiz-Zöhri. "Əz-Zöhriyyat"dakı hədislərin illətlerini bu əsərində izah olunmuşdur. Əl-Cüz. Kitabüt-Təvəkkül.

Mənbə

İstinadlar

Ədəbiyyat