ABBASOV YƏHYA MÜSEYİB OĞLU

Yəhya Müseyib oğlu Abbasov 20 may 1959-cu ildə Ermənistan SSR-in Vardenis (Basarkeçər) rayonunun Kəsəmən kəndində anadan olmuşdur. thumb|YƏHYA ABBASOV MUSEYİB OĞLU

1974-cü ildə Kəsəmən kənd orta məktəbini bitirmiş, 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1980-ci ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1977-ci ildə sərbəst güləş üzrə SSRİ idman ustası adına layiq görülmüşdür.

1984-cü ildə Goranboy rayonunun Xoylu kənd Sovetinin katibi, daha sonra isə sədri seçilmişdir. 1987–1998-ci illərdə Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində çalışmış, bir neçə çağırış Goranboy Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur.

1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1988-ci ildə həmin ali məktəbi bitirmişdir. 1988–1997-ci illərdə pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, Goranboy Rayon Xalq Məhkəməsində hakim vəzifəsində çalışmışdır.

1988–1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. Müharibə Veteranıdır. thumb|AVMVB-nin üzvü. Dövlətçilik və vətənpərvərlik fəaliyyətinə görə aşağıdakı təltiflərə layiq görülmüşdür:

“Vətən naminə” medalı;thumb|“Vətən Naminə” medalı. “Fədai” medalı;thumb|“Fədai” medalı “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı;thumb|“Vətənpərvərlik İşində Xidmətlərinə Görə” medalı. “Milli Ordunun 100 illiyi (1918–2018)” yubiley medalı; thumb|“Milli Ordu-100” medalı “Böyük Zəfər” medalı;thumb|“BÖYÜK ZƏFƏR” medalı. “Tərəqqi” medalı;thumb|“Tərəqqi” medalı.

1998-ci ildən Bakı şəhərində yaşayır. Həmin ildən Binəqədi Rayon Təhsil Şöbəsində inspektor vəzifəsində çalışmışdır. 23 dekabr 1999-cu ildən Binəqədi rayonunda yerləşən Əsəd Ələkbərov adına 244 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.

1999–2012-ci illərdə 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri olmuşdur.

2008-ci ildə “Müasir məktəb təhsilinin sosial-fəlsəfi problemləri” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. thumb|Fəlsəfə doktoru.

Təhsil sahəsində səmərəli fəaliyyətinə görə 2010-cu ildə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür. thumb|Yəhya Abbasov

Yəhya Abbasov 6 kitabın və yerli, eləcə də beynəlxalq mətbuatda dərc olunmuş 28 elmi məqalənin müəllifidir. Elmi, ictimai və pedaqoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olur və çoxsaylı şeirlərin müəllifidir. Ədəbi fəaliyyətinə görə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. thumb|“Qızıl qələm” mükafatı.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

4 övladı vardır.

Kateqoriya:Kəsəməndə doğulanlar (Basarkeçər)