Anatomik terminologiya — beynəlxalq səviyyədə anatomlar, zooloqlar və səhiyyə mütəxəssisləri tərəfindən istifadə olunmaq üçün hazırlanmış elmi anatomiya terminologiya standartıdır. Anatomik terminlər qədim yunan və latın dillərinə aid sözlər, ön şəkilçilər və son şəkilçilərdən ibarətdir. Bu terminlər mütəxəssislər arasında anlaşmanı asanlaşdırır, standartlaşdırmanı təmin edir və məna qarışıqlığının qarşısını alır. Məsələn, biləkdə yaranmış bir zədəni təsvir edərkən istifadə olunan anatomik terminlər zədənin dəqiq yerləşməsini mütəxəssislərə şübhəyə yer qoymayacaq şəkildə ifadə etməyə imkan verir. Hər bir ixtisas sahəsinin özünəməxsus terminləri vardır. 1998-ci ildə hazırlanmış standartın adı Terminologia Anatomica, yəni Anatomik terminologiyadır. Bununla belə, Strzelec 2017-ci ildə dərc etdiyi məqaləsində bu standartı tərkibindəki səhvlərə görə tənqid etmişdir.

Terminlərin quruluşu Anatomik terminologiyada sözlər olduqca sistemli şəkildə qurulur. Sözlərin əvvəlinə və sonuna əlavə edilən standart şəkilçilər vasitəsilə müxtəlif mənalar ifadə etmək mümkündür. Termin kökü adətən orqan və ya toxumanın adını bildirir. Məsələn, latın mənşəli Musculus biceps brachii ifadəsini nəzərdən keçirdikdə, musculus termini bunun bir əzələ olduğunu, biceps termini əzələnin iki başlı olduğunu, brachii termini isə onun qol nahiyəsinə aid olduğunu göstərir. Beləliklə, ifadə qol nahiyəsində yerləşən iki başlı əzələ mənasını verir və nəzərdə tutulan struktur standart şəkildə ifadə olunur. İlk söz təsvir edilən quruluşu, ikinci söz onun struktur xüsusiyyətini, üçüncü söz isə yerləşmə yerini bildirir.

Anatomik quruluşun yerləşməsini təsvir edərkən ona ən yaxın anatomik orientirlər istinad nöqtəsi kimi istifadə olunur. Bu orientirlər umbilicus — göbək və ya sternum — döş sümüyü ola bildiyi kimi, midclavicular line kimi xətti quruluş da ola bilər. Cephalon və ya cephalic terminləri baş nahiyəsini bildirir. Sefalik nahiyə öz daxilində cranium (kəllə), facies (üz), frons (alın), oculus (göz), auris (qulaq), bucca (yanaq), nasus (burun), oris (ağız) və mentum (çənə) kimi hissələrə bölünür. Boyun nahiyəsi cervix və ya cervical region adlandırılır. Bu nahiyədəki strukturlara frontalis muscle, submental lymph nodes, buccal membrane və orbicularis oculi muscle nümunə göstərilə bilər. Embrioloji mənşələri eyni olsa da, baş nahiyəsini təsvir edərkən dik vəziyyətdə duran canlılar və dördayaqlı canlılar üçün fərqli terminlərdən istifadə edilə bilər. Məsələn, rostral termini canlının burun istiqamətini bildirir. Burada rostrum termini kəllənin ön hissəsini ifadə edir. Eyni şəkildə, qol nahiyəsində gövdəyə nisbətən istiqamətləri göstərmək üçün anterior, posterior, medial və lateral kimi standart terminlərdən istifadə olunur. Radial termini radius sümüyünün yerləşdiyi tərəfi göstərir və baş barmaq istiqamətinə uyğun gəlir. Ulnar termini isə ulna sümüyünün yerləşdiyi tərəfi ifadə edir və kiçik barmaq istiqamətinə uyğun gəlir.

Tarixi inkişaf Beynəlxalq anatomik terminologiyadan dünyanın müxtəlif yerlərində tibb fakültələrində, stomatologiya və digər səhiyyə elmləri sahələrində istifadə olunur. Bu terminlər mütəxəssislər arasında məlumat mübadiləsini asanlaşdırır və terminoloji standartlaşdırmanı təmin edir. Terminlər təsviri və funksional xarakter daşıyır və canlı orqanizmlərin bədənlərinin həm bütöv, həm də ayrı-ayrı hissələrinin öyrənilməsinə və təsvirinə imkan verir.

Beynəlxalq Anatomistlər Assosiasiyaları Federasiyası (IFAA) tərəfindən yaradılmış Anatomik Terminologiya üzrə Federativ Komitə (FICAT) insan bədənindəki strukturların adlandırılması və təsnifatı üzərində çalışan alimləri bir araya gətirir. Bu işlər anatomik, histoloji və embrioloji terminologiyanı əhatə edir. Latın Amerikasında isə Pan-Amerika Anatomiya Assosiasiyası (PAA) tərəfindən ispan və portuqal dillərində danışan alimlərin iştirakı ilə terminologiyanın inkişaf etdirilməsi məqsədilə Iberian Latin American Symposium Terminology (SILAT) adlı toplantılar təşkil olunur.Losardo, Ricardo J. (2009). "Pan American Association of Anatomy: history and relevant regulations". Int J Morphol. 27 (4): 1345–52.

Hazırda əsas standart kimi istifadə olunan terminologiya Terminologia Anatomica tərəfindən müəyyən edilmişdir. Bu əsər 1998-ci ildə Anatomik Terminologiya üzrə Federativ Komitə (FCAT) və Beynəlxalq Anatomistlər Assosiasiyaları Federasiyası (IFAA) tərəfindən nəşr edilmişdir. O, daha əvvəl nəşr edilmiş Nomina Anatomicanı əvəz etmişdir. Terminologia Anatomica insan orqanizmində təxminən 7500 makroskopik anatomik quruluşu təsvir edir. Mikroskopik anatomiya üçün Terminologia Histologica, embrioloji adlandırmalar üçün isə Terminologia Embryologica istifadə olunur. 2016-cı ildə Terminologia Anatomicanın mərkəzi və periferik sinir sistemləri ilə bağlı bölmələri birləşdirilərək Terminologia Neuroanatomica hazırlanmışdır.

2017-ci ildə Terminologia Anatomica əhatə dairəsi, qrammatik quruluşu, uyğunsuzluqları və yazı səhvlərinə görə tənqid edilmişdir.

Yerləşmə

Anatomik terminologiya bədən strukturlarının yerləşməsini müəyyən etmək üçün istifadə olunur. Məsələn, bir mütəxəssis bir strukturu digərinin inferiorunda, başqa bir mütəxəssis isə həmin strukturu digərinin superficialində yerləşən kimi təsvir edə bilər.

Anatomik vəziyyət thumb|right|upright=1.36|Anatomik vəziyyətdə istiqamət terminləri

Bədəndə hər hansı bir strukturun vəziyyəti təsvir edilərkən standart anatomik vəziyyət əsas götürülür. Bu vəziyyət bədənin dik vəziyyətdə, ayaqların çiyin enində aralı, üzün və ovucların önə baxdığı, baş barmaqların isə xaricə yönəldiyi vəziyyətdir. Standart anatomik vəziyyətdən istifadə edilməsi anlayış qarışıqlığını azaldır. Nəticədə bədənin hansı vəziyyətdə olmasından asılı olmayaraq müəyyən bir strukturun yerləşməsini eyni standart üzrə təsvir etmək mümkündür.

Nahiyələr thumb|right|upright=1.82|Anatomik vəziyyətdə insan bədəninin ön və arxa görünüşü. Anatomik nahiyələr tünd hərflərlə göstərilmişdir

İnsan bədəni anatomik təsvir məqsədilə müxtəlif nahiyələrə bölünür. Ön tərəfdən baxıldıqda gövdə əsasən thorax (döş qəfəsi) və abdomen (qarın) nahiyələrindən ibarətdir. Arxa tərəf ümumilikdə dorsum və ya dorsal region adlandırılır. Arxanın aşağı bel hissəsi lumbar region və lumbus adlanır. Çiyin bıçaqlarının yerləşdiyi sahə scapular region, döş sümüyünün yerləşdiyi orta sahə isə sternal region adlandırılır. Abdominal region döş qəfəsi ilə çanaq arasında yerləşir. Qoltuqaltı axillary region, göbək və onun ətrafı isə umbilical region adlanır. Pelvis gövdənin aşağı hissəsini təşkil edir. Budun gövdəyə birləşdiyi ön sahə inguinal region adlandırılır.

Qolun dirsəkdən ön hissəsi antecubital region, arxa hissəsi olecranon, ön qol antebrachium, bilək carpal region, ovuc palmar region, baş barmaq pollex, barmaqlar isə digiti adlandırılır. Sağrı nahiyəsi gluteal region, qasıq sümüyünün üzərində yerləşən sahə isə pubic region adlanır.

Anatomistlər aşağı ətrafı bud və baldır hissələrinə ayırırlar. Bud nahiyəsi çanaq ilə diz arasında, baldır isə diz ilə ayaq biləyi arasında yerləşir. Bud nahiyəsi femoral region adlandırılır. Diz qapağı patella, onun yerləşdiyi sahə patellar region, dizin arxasındakı çökək isə popliteal region adlanır. Diz ilə ayaq biləyi arasındakı sahə crural regiondır. Onun xarici hissəsi peroneal region, arxa hissəsi isə sural region adlanır. Ayaq biləyi tarsal region, daban calcaneal region, ayaqaltı plantar region, barmaqlar digiti, falanq sümüklərinə uyğun sahələr isə phalangeal region kimi təsvir olunur. Ayaq pedal region adlandırılır. Ayağın baş barmağı hallux adlanır.

Qarın thumb|right|upright=1.82|Abdominal nahiyələr, xüsusilə ağrının lokalizasiyasını müəyyən etmək üçün istifadə olunur.

Qarın daxilində müəyyən bir yerin dəqiq göstərilməsi, qarın ağrısının lokalizasiyasının təsviri və ya qarın boşluğundakı patologiyanın yerləşməsinin müəyyənləşdirilməsi üçün qarın anatomik sahələrə bölünür.

Kvadrantlar Qarın çox vaxt dörd kvadranta bölünür. Bunlar göbəkdən keçən şaquli və üfüqi xəyali xətlərin yaratdığı sahələrdir. Sağ yuxarı kvadrantda sağ qabırğa qövsünün alt hissəsi, qaraciyərin sağ payı və colon transversumun sağ büküşü — flexura coli dextra yerləşir. Sol yuxarı kvadrantda sol qabırğa qövsünün aşağı hissəsi, colon transversumun sol büküşü — flexura coli sinistra, mədə və dalaq yerləşir. Sağ aşağı kvadrantda nazik bağırsağın hissələri, colon ascendens, çanağın sağ tərəfi və sidik kisəsinin sağ yuxarı hissəsi yerləşir. Sol aşağı kvadrantda isə nazik bağırsağın bir hissəsi və çanaq sümüyünün sol hissəsi yerləşir.

Nahiyələr Daha ətraflı anatomik təsnifatda qarın doqquz nahiyəyə bölünür. Bu bölgünü iki şaquli və iki üfüqi xəyali xətt təşkil edir. Hər iki tərəfdə linea medioclavicularis şaquli xətlərin proyeksiyasını təşkil edir. Üfüqi xətlərdən yuxarıdakı qabırğa qövsünün aşağı sərhədi, aşağıdakı isə çanaq sümüyünün yuxarı sərhədi səviyyəsində yerləşir.

Sağ yuxarı nahiyə regio hypochondriaca dextra adlandırılır. Yuxarı orta sahə regio epigastrica adlanır. Sağ orta sahə regio lumbalis dextra, mərkəzi sahə regio umbilicalis, sol orta sahə isə regio lumbalis sinistra adlanır. Sağ aşağı sahə regio iliaca dextra, sol aşağı sahə regio iliaca sinistra, orta aşağı sahə isə regio pubica adlandırılır.

Standart terminlər Anatomistlər sağ və sol terminlərindən istifadə edərkən müşahidəçinin deyil, standart anatomik vəziyyətdəki şəxsin sağ və sol tərəflərini nəzərdə tuturlar. Bədən standart anatomik vəziyyətdə olduqda, ona qarşı tərəfdən baxan müşahidəçi üçün şəxsin sağ tərəfi solda, sol tərəfi isə sağda görünür.

Bu istiqamət terminləri anatomik təsviri standartlaşdırır:

Anterior və posterior — müvafiq olaraq ön və arxa istiqamətləri bildirir. Superior və inferior — müvafiq olaraq yuxarı və aşağı istiqamətləri ifadə edir. Proximalis və distalis — gövdəyə yaxınlıq və uzaqlığı bildirir. Gövdəyə yaxın struktur proximalis, uzaq struktur isə distalis adlanır. Superficialis və profundus — müvafiq olaraq səthi və dərin istiqamətləri bildirir. Medialis və lateralis — müvafiq olaraq orta xəttə yaxın və uzaq istiqamətləri bildirir. Ventralis və dorsalis — müvafiq olaraq qarın və arxa istiqamətləri bildirir. Rostralis və caudalis — müvafiq olaraq burun və quyruq istiqamətinə yaxınlığı bildirir. Cranialis və caudalis — müvafiq olaraq baş və quyruq istiqamətinə yaxınlığı bildirir.

Müasir anatomik terminologiyada az istifadə olunsa da, latınca sinister sol, dexter isə sağ mənasında işlənə bilər.

Oxlar Yuxarıda göstərilən istiqamətlərin hər biri bir vektorun istiqamətini təsvir edir və bu istiqamətlərin qarşılıqlı əlaqəsi anatomik oxları təşkil edir. Məsələn, bədəndə istiqamətlər proximalis–distalis, anterior–posterior, medialis–lateralis və superior–inferior oxları ilə ifadə edilə bilər. Bu istiqamətlər Dekart koordinat sistemi ilə də təsvir edilə bilər.

Müstəvilər thumb|right|Bədəndə üç əsas anatomik müstəvi: sagittal, transvers (və ya horizontal) və koronal müstəvilər

Anatomiyada bədən strukturlarının müstəvilər üzrə də təsviri aparılır. Müstəvi ikiölçülü nəzəri səthdir. Kəsik isə üçölçülü strukturun belə bir səth vasitəsilə bölünməsi nəticəsində əldə olunan ikiölçülü görünüşdür. Anatomiyada üç əsas müstəvidən istifadə olunur:

Sagittal müstəvi — bədəni və ya orqanı şaquli istiqamətdə sağ və sol hissələrə ayıran müstəvidir. Müstəvi bədəni tam orta xətdən bölürsə, buna median plane və ya midsagittal plane deyilir. Bədəni qeyri-bərabər sağ və sol hissələrə ayıran müstəvilər parasagittal plane adlanır. Coronal müstəvi — bədəni və ya orqanı anterior və posterior, yəni ön və arxa hissələrə ayıran şaquli müstəvidir. Transverse müstəvi — bədəni və ya orqanı horizontal istiqamətdə kəsərək onu superior və inferior, yəni yuxarı və aşağı hissələrə ayırır.

Funksional terminlər Anastomosis — iki anatomik strukturun, xüsusilə qan damarlarının və ya digər boşluqlu strukturların bir-biri ilə əlaqəsini və birləşməsini ifadə edir.