Polifem 250px Polifemin kor edilməsi, e.ə. VII əsrin ortaları, Arxeologiya Muzeyi (Argos) Ümumi məlumat Mifologiya Yunan mifologiyası Mənsub olduğu qrup Sikloplar Atası Poseydon Anası Toosa Yaşadığı yer Siciliya İlk xatırlanması Odisseya
Polifem (qədim yun. Πολύφημος, Polúphēmos; latınca: Polyphēmus) Yunan mifologiyasında Poseydon və Toosanın təkgözlü nəhəng oğlu, Homerin "Odisseya"sında təsvir olunan Sikloplardan biridir. Onun adı "mahnı və əfsanələrlə dolu", "çoxsəsli" və ya "çox məşhur" mənalarını verir.
Polifem ilk dəfə "Odisseya"nın doqquzuncu kitabında vəhşi, insan yeyən bir nəhəng kimi ortaya çıxır. Evripidin "Sikloplar" pyesi bu personajla bağlıdır. Hekayədə bəzi fərqlərlə yanaşı, daha komik xarakter daşıyır. Sonrakı klassik yazıçılar öz əsərlərində onun adını, ona qarşı sevgi göstərməyə çalışdığı nimfa Qalateya ilə əlaqələndirmişlər. Çox zaman o, bu cəhdlərində uğursuz və öz nisbətsiz ölçüsü ilə musiqi bacarıqsızlığından xəbərsiz kimi təsvir olunmuşdur. Bununla belə, daha sonraki müəlliflərin əsərlərində o, həm uğurlu bir aşiq, həm də bacarıqlı bir musiqiçi kimi təqdim olunur. İntibah dövründən başlayaraq, incəsənət və ədəbiyyat nəhəngin bütün bu təfsirlərini əks etdirir.
Odissey və Polifem thumb|right|Yunan terrakota heykəlciyi, "Polifem içki qabı tutaraq uzanmış vəziyyətdə". E.ə. V əsrin sonu — IV əsrin əvvəli, Beotiya. Boston İncəsənət Muzeyi.
Qədim mənbələr Homerin dastanında, Odissey Troya müharibəsindən evinə qayıdış səyahəti zamanı Sikloplar adasına düşür və bəzi adamları ilə birgə, ərzaqla dolu bir mağaraya daxil olur. Nəhəng Polifem, sürüləri ilə evinə qayıtdıqda, girişi böyük bir daşla bağlayır və adi qonaqpərvərlik adətini rədd edərək iki adamı yeyir. Ertəsi səhər, Siklop qoyunlarını otarmağa aparmadan əvvəl, Odisseyin daha iki adamını öldürüb yeyir.
thumb|245px|Polifemin kor edilməsi, Sperlonqadakı Tiberi villasından bir rekonstruksiya, b.e. I əsri
Nəhəng axşam qayıdıb daha iki adamı yedikdən sonra, Odissey Polifemə səyahətinin əvvəlində ona hədiyyə edilmiş güclü, süzülməmiş şərabdan təklif edir. Sərxoş və ehtiyatsız halda, nəhəng Odisseydən adını soruşur, cavab versə ona bir qonaq hədiyyəsi verəcəyini vəd edir. Odissey ona "Οὖτις" deyir, bu, "heç kim" mənasını verir,Autenrieth, Georg. "οὔτις, οὔτι". A Homeric Dictionary, tərcümə: Robert P. Keep. New York: Harper & Brothers, Publishers, 1876. Onlayn versiya . 11 mart 2020 tarixində əldə edilib. Polifem isə bu "Heç kimi" hamıdan sonra yeyəcəyini vəd edir. Bununla o, sərxoşluqdan yuxuya gedir. Odissey və adamları əvvəlcədən odda qızdırdıqları taxta bir payanı götürüb, közərmiş halda oda qaytarıb Polifemin gözünə saplayırlar. Polifem digər nəhənglərdən kömək çağırıb "Heç kimin" ona zərər verdiyini söylədikdə, onlar Polifemin ilahi bir qüvvə tərəfindən əziyyət çəkdiyini düşünərək dua etməyi tövsiyə edirlər.
Səhər, kor Siklop qoyunları otarmağa buraxır, adamların qaçmadığına əmin olmaq üçün onların kürəklərini əlləyir. Bununla belə, Odissey və adamları özlərini heyvanların altına bağlayaraq qaçmağa nail olurlar. Adamları ilə birgə üzüb gedərkən, Odissey lovğalıqla öz həqiqi adını açıqlayır — bu, sonradan onun üçün problemlərə səbəb olacaq bir əməl olur. Polifem atası Poseydondan qisas diləyərək dua edir və gəmiyə doğru nəhəng qayalar atır, Odissey isə bunlardan çətinliklə qaçır.
Hekayə sonrakı klassik ədəbiyyatda yenidən görünür. Evripidin e.ə. V əsrə aid "Kikloplar" pyesində, Polifemin qonaqpərvərlik ayinlərinə hörmətsizlik göstərdiyinə görə cəzalandırıldığı dəhşətli hekayədni, komik bir tərzdə təqdim edir. Evripidin Polifemi mürəkkəb, dövrünün sofistlərinə intellektual cəhətdən bənzər şəkildə təsvir olunur.Kovacs, David (red. və tərc.). "Introduction", in "Cyclops", in Euripides I. Cambridge, MA; London: Loeb Classical Library, Harvard University Press, 2001. səh. 56. ISBN 9780674995604. "Siklop"da həm Odissey, həm də Siklop, "insanları ətə, gözəl danışığı isə aldadıcı bir mübadiləyə endirən aqressiv sofistika" olan mahir və mənimsəyici ritorik manipulyasiyadan istifadə edirlər.Worman, Nancy. "Odysseus, ingestive rhetoric, and Euripides' Cyclops". Helios, cild 29, sayı 2, 22 sentyabr 2002, səh. 101–127. Onlayn versiya . 9 mart 2026 tarixində əldə edilib. Bu pyesdə Polifem özünü bir pederast kimi elan edir və Siciliyadakı Etnada oğulları ilə birgə qul kimi saxladığı Sileni "mənim Qanimedim" adlandıraraq özününkü etməyə çalışır. Səhnə, xüsusilə xor tərəfindən, ucuz komediya ilə doludur, Polifem isə gülünc göstərilir: cinsi arzusunu izah edərkən sərxoşdur, Silen gənc sevgili rolunu oynamaq üçün çox yaşlıdır, özü isə taxta paya ilə cinsi təcavüzə məruz qalır.
Öz latın dastanında, Vergili kor Polifemin sürülərini dənizə doğru necə apardığını Eneyin müşahidə etdiyini təsvir edir. Onlar, Odissey və adamlarının onu geridə qoyaraq necə qaçdığını yenidən nəql edən Axemenid ilə qarşılaşırlar. Nəhəng, əsa kimi "kəsilmiş şam ağacı"ndan istifadə edərək sahilə enən kimi təsvir olunur. Polifem dənizə çatdıqda, sızan, qanlı göz boşluğunu yuyur və ağrı ilə inildəyir. Axemenid Eneyin gəmisinə alınır və onlar Polifemin təqibi altında dənizə açılırlar. Onun məyusluq dolu böyük nərəsi, digər Sikloplaru da sahilə çəkib gətirir.
İndi itirilmiş, Kritli Diktisin latınca tərcüməsinə görə, "Odisseya"dan fərqlənən bir hesabatda, Polifem və Antifat Siklop və Lestriqon adlı iki qardaşın oğulları idi. Onlar Siciliyada Odisseyin adamlarının çoxunu öldürmüş, lakin sonda onlarla barışıq bağlamışlar. Bununla belə, bu barışıq, Odisseyin heyət üzvlərindən biri olan Alfenorun, Polifemin qızı Arenəyə aşiq olub onu qaçırmağa cəhd etməsi ilə pozulmuşdur. Polifem qızını geri qaytarmış və yunanları qovmuşdur.Kritli Diktis 6.5
İoann Malala "Chronography" əsərində Polifem, Antifat və Siklopu Siciliya şahı Sikanusun üç oğlu kimi təqdim edir. Diktisə bənzər şəkildə, Polifem əvvəlcə Odisseylə vuruşur, lakin Odissey Troyadan gələn səyahətini izah etdikdən sonra ona rəğbət göstərir. Bununla belə, indi Elpe adlanan Polifemin qızı, Odisseyin heyətindən Leion adlı birinə aşiq olur. Əlverişli küləklər əsdikdə Elpe qaçırılır, yunanlar isə Siciliyanı problemsiz tərk edirlər.İoann Malala, Chronography 5.114–117
Bədii təsvirlər thumb|left|200px|Odissey və adamlarının Polifemi kor etməsini təsvir edən rəsm (Elevsis Amforası, Polifem rəssamı, Elevsis muzeyi) Polifemin kor edilməsi və Odissey ilə adamlarının onun mağarasından qaçmaq üçün istifadə etdiyi hiylə, e.ə. VII əsrdən qalan vazalarda göstərilən "Odisseya"nın yalnız iki səhnəsidir (sonrakı keramikada "Odisseya"nın daha geniş çeşiddə səhnələri göstərilir). Bu tip bir epizod, qəhrəmanın bir qoyunun altında daşındığını göstərən bir vazada, 1983-cü ildə 27 draxmalıq yunan poçt markasında istifadə edilmişdir.
Kor edilmə səhnəsi, ehtimal ki, imperator Tiberi üçün hazırlanmış Sperlonga heykəllərində, nəhəng bir Polifem də daxil olmaqla, natural ölçülü heykəltəraşlıqda təsvir edilmişdir. Bu, mövcud bir kompozisiyanın bir təfsiri ola bilər və görünür, sonrakı imperator saraylarında Klavdi, Neron tərəfindən, eləcə də Hadrian Villasında müxtəlif variasiyalarla təkrarlanmışdır.
Bu mövzunun Avropalı rəssamlarından, flamand rəssamı Yakob Yordans 1635-ci ildə Odisseyin Polifemin mağarasından qaçışını təsvir etmişdir (aşağıdakı qalereyaya baxın), digərləri isə nəhəngin qaçan gəmiyə nəhəng qayalar atdığı dramatik səhnəni seçmişlər. Qvido Reninin 1639/40-cı il rəsmində (yuxarıda), qəzəbli nəhəng, Odissey və adamları aşağıda gəmiyə doğru avar çəkərkən, qayalıqdan bir qaya çıxarır. Polifem, tez-tez iki boş göz oyuğu ilə, zədəli gözü isə alnının ortasında yerləşmiş halda təsvir olunur. Bu ənənə, yunan heykəltəraşlığı və rəssamlığına gedib çıxır və Yohann Henrix Vilhelm Tişbaynin 1802-ci ildə çəkdiyi nəhəngin baş və çiyin portretində təkrarlanır (aşağıya baxın).
thumb|Kristoffer Vilhelm Ekkersberq, "Ulisin Polifemin mağarasından qaçışı", 1812, Prinston Universiteti İncəsənət Muzeyi Arnold Byoklin, nəhəngi sahildə qayalar üzərində dayanmış, qayalardan birini geri yelləyərkən, adamlar isə coşqun bir dalğa üzərində ümidsizcə avar çəkərkən təsvir edir (aşağıya baxın). Jan-Leon Jeromun 1902-ci il rəsmində isə Polifem qayalığın zirvəsində dayanır. Onun qəzəbin C. M. V. Ternerin "Ulisin Polifemi ələ salması" (1829) rəsmində təsvir olunur. Burada gəmi irəli üzür, günəş isə üfüqdə alçaq buludlardan azad olur. Nəhəngin özü, meşələrdən və tüstülü atmosferdən çətinliklə seçilən qeyri-müəyyən bir formadır.
Mümkün mənşəyi thumb|Trois-Frères mağarasındakı ilkin dövr rəsmlərindən birində təsvir olunan dik dayanan bizon-adam (ən sağda), bir təfsirə görə, ehtimal ki, proto-Polifem fiqurudur.
Homerin Polifeminə bənzər xalq nağılları, qədim dünya boyunca geniş yayılmış bir hadisədir. 1857-ci ildə Vilhelm Qrimm serb, rumın, eston, fin, rus, alman və digər dillərdə versiyalar toplamışdır; bask, sami, litvalı, qaskon, süryani və kelt dillərində də versiyalar məlumdur. İyirmi beşə yaxın millətdən, İslandiya, İrlandiya, İngiltərə, Portuqaliya, Ərəbistan, Türkiyə, Rusiya və Koreyaya qədər uzanan bir coğrafi bölgəni əhatə edən iki yüzdən çox fərqli versiya müəyyən edilmişdir. Cari müasir elmi konsensusa görə, bu "Polifem əfsanələri" Homerdən əvvəlki ənənələri qoruyub saxlayır.d'Huy, Julien. ["Julien d'Huy – Polyphemus (Aa. Th. 1137) – NMC"]. Nouvelle Mythologie Comparée, 20 yanvar 2013. Onlayn versiya . 11 mart 2020 tarixində əldə edilib.
Həmçinin nəzəriyyə irəli sürülmüşdür ki, Polifem hekayəsi Paleolit dövründə yaranmış və ilkin dövrün "Heyvanların ağası" tipli qoruyucu fiqurla bağlıdır. Bir sıra Şimali Amerika yerli xalqları arasında da bənzər hekayələr müəyyən edilmişdir.d'Huy, Julien. "Polyphemus: a Palaeolithic Tale?". The Retrospective Methods Network Newsletter, cild 9, 2015, səh. 43–64. Onlayn versiya .
Polifem və Qalateya thumb|right|Qalateya və Polifemin detalı. Boskotrekazedən. Metropoliten İncəsənət Muzeyi, Nyu-York. E.ə. I əsrin son onilliyi
Qədim mənbələr
Kiferalı Filoksen "Odisseya"nın yazıldığı hesab edilən dövrdən üç əsrdən çox sonra yazan Kiferalı Filoksen, Polifem mifini öz "Siklop" və ya "Qalateya" poemasında ələ almışdır. Poema, yalnız fraqmentləri sağ qalmış bir ditiramb kimi ifa edilmək üçün yazılmışdır və ehtimal ki, Siklop üçün ilk dəfə qadın bir sevgi marağı təqdim etmişdir. Polifemin romantik arzusunun obyekti Qalateya adlı bir dəniz nimfasıdır. Poemada Polifem, "Odisseya"dakı kimi mağarada yaşayan, canavar bir vəhşi deyil, əksinə dünyaya baxışında Odisseyin özünə bənzər: onun zəiflikləri var, ədəbi tənqiddə mahirdir və insanları anlayır.
"Siklop"un yazılma tarixi dəqiq məlum deyil, lakin bu, Aristofanin onu "Plutus" ("Sərvət") komediyasında parodiya etdiyi e.ə. 388-ci ildən əvvəl olmalıdır; ehtimal ki, I Sirakuzalı Dionisiyin Sirakuzanın tiranı olduğu e.ə. 406-cı ildən sonra yazılmışdır. Filoksen bu şəhərdə yaşamış və I Dionisiyin saray şairi olmuşdur. Qədim şərhçilərə görə, ya Dionisiyin şeiri barədə açıq sözlülüyünə görə, ya da Qalateya adlı bir qadın avlos çalanı üstündə tiranla münaqişəsinə görə, Filoksen daş karxanalarında həbs edilmiş və orada öz "Siklop"unu bir "Roman à clef" tərzində yazmışdır — burada poemanın personajları, Polifem, Odissey və Qalateya, müvafiq olaraq Dionisiy, Filoksen və avlos çalanını təmsil etmək məqsədi daşıyırdı.Rocha, Roosevelt. "Review of: Philoxeni Cytherii Testimonia et Fragmenta. Dithyrambographi Graeci, 1". Bryn Mawr Classical Review, may 2015. Onlayn versiya . 2 mart 2020 tarixində əldə edilib. Filoksen öz Polifeminə kifara — böyük bacarıq tələb edən peşəkar bir lira — üzərində ifa etdirmişdir. Kiklopun belə mürəkkəb və dəbli bir alət çalması, Filoksenin auditoriyası üçün olduqca gözlənilməz bir uyğunsuzluq olardı.
Filoksenin "Siklop"u, həmçinin Aristotelin "Poetika" əsərində, faciə və komediyada insanların təsvirini müzakirə edən bir bölmədə, komik nümunə olaraq həm Miletli Timotey, həm də Filoksenin "Siklop"unu sitat gətirərək qeyd olunur.
Aristofan