Emin Mahir oğlu Mustafayev () — Azərbaycan futbol məşqçisi və keçmiş futbolçusu, Azərbaycan U-17 milli futbol komandasının baş məşqçisi. O, futbolçu kimj yarımüdafiəçi mövqeyində çıxış etmişdir. Azərbaycanın gənclərdən ibarət milli komandasının (U-17 və U-19) heyətində yer almışdır, kapitan olmuşdur.Antalya XII gün. Son durum «Qarabağ-2» çempionatın ilk turunda səfərdən qələbə ilə dönə bilib.
Həyatı Futbolla 8 yaşında Ağstafa şəhərindəki "Avey" uşaq-gənclər idman məktəbində məşğul olmağa başlamışdır. İlk məşqçisi Mahir Mustafayev olmuşdur. Daha sonra futbolun sirrlərini Sumqayıt şəhərindəki "Gənclik-95" uşaq-gənclər idman məktəbində öyrənməyə davam etmişdir. Burada onun məşqçiləri Tofiq Rzayev və Ağamusa Bağırov olmuşdular.
Klub karyerası 2007-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun əsas heyətində yer almışdır. O, Avropa Liqasının ikinci təsnifat mərhələsində Norveçin "Rusenborq" komandasına karşı keçiriləcək oyunlar üçün klubun iştirak ərizəsinə daxil edilmişdir. Həmin vaxtadək "Qarabağ-2" əvəzedici komandasında çıxış etmişdir.
"Qarabağ-2" komandasının heyətində 2006/07-ci illər mövsümündə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin iki oyununda iştirak etmişdir. "Qarabağ"ın əsas komandasının heyətində isə 2009/10-cu illər mövsümündə Azərbaycan Kubokunun 1/8 final mərhələsində meydana çıxmışdır.
2017–2018-ci illərdə I Liqada futbolçu karyerasını bitirmişdir.
Azərbaycan milli komandası Azərbaycanın yeniyetmələrdən (U-17U-17-nin heyəti açıqlandı və U-19) və gənclərdən ibarət milli komandalarında çıxış etmişdir.
U-19 Emin Mustafayev Macarıstanda keçirilən 2008-ci il 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında Azərbaycanın gənclərdən ibarət milli komandasının heyətində iştirak etmişdir.Qualifying round — 20 October 2008 Scotland 1 — 1 Azerbaijan Həmin turnirdə komandanın kapitanı olmuş və Azərbaycan milli komandasının San-Marino yığmasına 5:0 hesabı ilə qalib gəldiyi matçda vurulan qollardan birinin müəllifinə çevrilmişdir.
U-17
O, həmçinin 2005-ci ildə İsrailin Rişon-le-Sion şəhərində keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarında da iştirak etmişdir.Qualifying round — 26 October 2005, Azerbaijan — Russia 1:1
23 mart 2007-ci il tarixində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində 2007-ci il Avropa çempionatının elit raunduna vəsiqə qazanan Azərbaycanın gənclərdən ibarət milli komandası Serbiya yığması ilə qarşılaşmışdır. Matçın 36-cı dəqiqəsində Emin Mustafayev fərqlənərək qol vurmuşdur.Elite round — 23 March 2007 Serbia 5 — 1 Azerbaijan 2006-cı ildə Bakıda keçirilmiş seçmə mərhələdə Emin Mustafayev Azərbaycan milli komandasının kapitanı olmuş və 8 nömrəli formada çıxış etmişdir.
Məşqçilik karyerası Karyerasını bitirdikdən sonra məşqçilik kurslarına qatılmışdır. Mərhələli şəkildə "C" və "B" lisenziyalarını almışdır. 2019-cu ildən "Neftçi*də Vasif Əliyevin köməkçisi kimi U-12 komandasında işə başlamışdır. Daha sonra onunla U-13 və U-14 yaş qruplarında çalışmışdır. Sonra ona baş məşqçi postu həvalə edilmişdir. Ardınca Sənan Qurbanov, Namik Adilov, Elxan Abdullayev kimi mütəxəssislərlə birgə işləmişdir. 2024-cü ildən Aqil Nəbiyevin köməkçisi kimi U-17 milli komandasında çalışmışdır.
24 avqust 2026-cı ildə AFFA İcraiyyə Komitəsinin onlayn iclasında qəbul edilən qərara əsasən, aşağı yaş qrupları üzrə milli komandalara baş məşqçi təyinatları olmuşdur. U-17 millisi Emin Mustafayevə həvalə olunmuşdu.
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları