Nikolay Konstantinoviç Romanov ( ) — Rusiya imperatoru I Nikolayın nəvəsi.
Həyatı 1850-ci ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Rusiya imperatoru I Nikolayın oğlu böyük knyaz Konstantin Romanov, anası isə Saksen-Altenburq hersoqu Jozefin qızı Aleksandradır. Cütlüyün ilk övladı idi və doğulduğu əsnada babası I Nikolay hələ taxtda idi. 1868-ci ildə hərbi akademiyadan məzun oldu.
1873-cü ildə yüngül həyat tərzi yaşayan amerikalı Henretta Eli Bekfordla eşq yaşamağa başladı. Hətta bu eşq macərası səbəbilə ailə yadigarı 3 dəyərli zinyət əşyasının oğurlanmasında təqsirli görüldü. 1874-cü ilin aprelindən etibarən ev həbsində saxlanılsa da, Romanovlar sülaləsinin prestijini qorumaq məqsədilə ictimaiyyətə bu barədə açıqlama verilmədi. Nəhayət, əmisi çar II Aleksandr 11 dekabr 1874-cü ildə onun əqli xəstə, dəli olduğunu elan edən bir qərarnamə imzaladı. Romanovlar sülaləsində bir ilk olan bu hadisənin ardından bütün şəxsi mal-mülkü vəsayət altına alındı və Sankt-Peterburqdan sürgün edildi.
Qısa müddət Orenburqda, ardından Daşkənddə qalan Nikolay Konstantinoviç ölümünədək burada yaşadı. Haqqında çıxan dəlilik qərarına baxmayaraq, yaşadığı bölgədə təsərrüfatı inkişaf etdirmək üçün şəxsi sərvətindən istifadə etdi. İki böyük suvarma kanalını inşa etdirdi. Digər yandan 1890-cı ildə öz adını daşıyan saray inşa etdirdi və çox dəyərli sənət əsərlərini burada kolleksiya halında sərgilədi. Bu kolleksiya hal-hazırda Özbəkistan Dövlət İncəsənət Muzeyində sərgilənməkdədir.
1916-cı ildən etibarən səhhəti pisləşdi. 1917 Fevral inqilabının ardından haqqındakı sürgün qərarı ləğv edildi və Nikolay Konstantinoviç 43 il sonra Sankt-Peterburqu ziyarət etdi. Ziyarətin ardından bronxial-astma səbəbilə Daşkəndə geri döndü. 26 yanvar 1918-ci ildə pnevmoniyadan vəfat etdi.
Ailəsi İlk evliliyi 15 dekabr 1878-ci ildə Orenburq milis rəisinin qızı Nadejda Aleksandrovna Dreyerlə baş tutdu. Əmisi çar II Aleksandr tərəfindən bu evlilik ləğv edilsə də, cütlük birlikdə yaşamağa davam etdilər. Əmisi oğlu III Aleksandr sonradan onların evliliyini rəsmiləşdirdi və 4 may 1889-cu ildə çıxan qərarla xanımına İsgəndər soyadı daşımağına icazə verildi. Cütlüyün bu nigahdan 2 oğlu doğuldu. Artemi Nikolayeviç İsgəndər (31 dekabr 1878, Samara - 25 dekabr 1920, Daşkənd), 1889-cu ildə çıxan qərarla İsgəndər soyadını aldı. Daşkənddə yayılan tifus epidemiyası səbəbilə vəfat etdi. Adı bilinməyən xanımdan 5 övladı olduğu bilinir. Konstantin (1903-1990) Nikolay (1905-1967) İvan (1907-1998) Pyotr (1910-2008) Aleksandr (1912-1943) Aleksandr Nikolayeviç (1887-1957) 1895-ci ildə Darya Yeliseyevna Çasovitina ilə eşq yaşadı. Bu birlik heç vaxt rəsmiləşməsə də, cütlüyün doğulan 3 övladı sonradan rəsmiləşdirildi.
Darya Nikolayevna (1896-1966) Svatoslav Nikolayeviç (1897-1919), Rusiyada vətəndaş müharibəsi illərində öldürüldü. Nikolay Nikolayeviç (1898-1924), bolşeviklərə qatılsa da, qəza nəticəsində həlak oldu.
1901-ci ildə Valeriya Xmelnitskaya ilə evləndi. Bir neçə övladı doğuldu.
Bundan başqa Aleksandra Aleksandrovna Demidova ilə nigahdan kənar münasibəti var idi və bu münasibətdən 2 övladı doğuldu. Uşaqlar 1888-ci ildə III Aleksandr tərəfindən rəsmi şəkildə tanındı və Volınskiy soyadını aldılar.
Nikolay Pavloviç Volınskiy (1875-1913) Olqa Pavlovna Volınskaya (1877-1910), dəli oldu.
Mənbə
Ədəbiyyat
McDonald, Eva; McDonald, Daniel (2012). Fanny Lear: Love and Scandal in Tsarist Russia (Hardcover). Bloomington, Indiana, USA: iUniverse. ISBN 978-1-4759-2428-2 Massie, Robert K. (1995), The Romanovs: The Final Chapter, London: Random House, p. 255, ISBN 0-09-960121-4
İstinadlar
Kateqoriya:İncəsənət kolleksiyaçıları Kateqoriya:Rusiya imperiyası kolleksiyaçıları