Elşən Ələkbər oğlu Verdiyev — Azərbaycan hərbçisi, general-leytenant (2021), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi (2021-ci ildən).

Həyatı Elşən Verdiyev 2012-ci ildə polkovnik hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin komandiri vəzifəsində xidmət etmişdir.

2016-cı ildən Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi vəzifəsində xidmət etmişdir. 2020-ci ildə Akademiyanın rəisi vəzifəsindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

17 iyul 2021-ci ildə Sahil Mühafizəsinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi təyin edilmişdir.

Elşən Verdiyevə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 16 avqust 2016-cı ildə general-mayor, 17 avqust 2021-ci ildə isə general-leytenant ali hərbi rütbələri verilmişdir.

Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 18 avqust 2008 "Azərbaycan Bayrağı" ordeni — 14 avqust 2009 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 28 avqust 2013 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15 dekabr 2020 3-cü dərəcəli "Rəşadət" ordeni — 7 noyabr 2023

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları