Robert Karl Beyker (; ) – amerikalı qidaşünas, professor və ixtiraçı. Toyuq naqqetsinin ixtiraçısı olmaqla yanaşı quşçuluq sahəsinə bir sıra yeniliklər gətirmişdir. Quşçuluq sahəsindəki töhfələrinə görə adı Amerika Quşçuluğunun Şöhrət Zalına daxil edilmişdir.

İlk illəri və təhsili Robert Karl Beyker 29 dekabr 1921-ci ildə Nyu-York ştatının Nyuark şəhərində doğulmuşdur. 1943-cü ildə Kornell Universitetinin Kənd Təsərrüfatı Kollecində pomologiya təhsilini tamamlayaraq bakalavr dərəcəsini əldə etmişdir. 1949-cu ildə Pensilvaniya Ştat Universitetində marketinq üzrə magistr dərəcəsini, 1956-cı ildə Perdyu Universitetində doktorantura dərəcəsini qazanmışdır. Beyker "Alfa Zeta" birliyinin üzvü olmuşdur.

Karyerası Beyker insanların toyuq yemə və toyuğa baxış tərzinə yeniliklər gətirərək dünyanı gəzmişdir. O, akademik karyerasını Kornell Universitetində (1957–1989) keçirmiş və 290 tədqiqat məqaləsi dərc etdirmişdir. 1970-ci ildə universitetin Qidaşünaslıq və Marketinq İnstitutunu qurmuşdur. O, 1997-ci ildə Qida Texnoloqları İnstitutunun üzvü seçilmişdir.

Beyker Nyu-York ştatının şimal mətbəxi üçün "Kornell toyuğu" adlı yeməyi ixtira etməsinə görə tanınır. Bu yemək kiçik ölçüdə olan qril toyuqlarının alma sirkəsində marinad edilməsi ilə hazırlanır. O, bu yeməyi 1950-ci ildə Pensilvaniya Ştat Universitetində işləyərkən ixtira etsə də, Kornell Universitetində işləməyə başladıqdan sonra məşhurlaşmışdır.

Toyuq naqqetslərinin ixtiraçısı kimi tez-tez "McDonald's" göstərilsə də, Beyker 1963-cü ilin aprelində "Agricultural Economics Research" jurnalında toyuq naqqetsinin reseptini yayımlamışdır. "McDonald's" isə öz naqqets reseptini 1979-cu ildə patentləşdirmiş, məhsulu 1980-ci ildə satmağa başlamışdır.

Beyker 1953-cü ildə yumurta istehsalı haqqında sualları cavablayan animatronik yumurta olan Eqqberti ixtira etmişdir.

Şəxsi həyatı və ölümü Beyker 1944-cü uldə Ceykoba Manson ilə evənmişdir. Onların üç oğlu və dörd qızı olmuşdur: Mayron, Deyl və Kermit; Recina, Reeni, Yohanna və Karen. Beyker 13 mart 2006-cı ildə Nyu-York ştatının Lansinq şəhərində yerləşən evində ürək tutmasından ölmüşdür.

Populyar mədəniyyətdə "Netflix" istehsalı "Bill Nay dünyanı xilas edir" serialının 3-cü mövsümünün 4-cü seriyasında Beyker Maykl Yan Blek tərəfindən canlandırmışdır.

İstinadlar

Xarici keçidlər Kornell toyuğunun resepti

Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:ABŞ ixtiraçıları