Mehdi Tofiq oğlu Hüseynzadə (19 may 1976, Barxudarlı, Qazax rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini (2022–2025).

Həyatı Mehdi Hüseynzadə 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhəri 99 saylı orta məktəbi bitirmişdir. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 1997–1999-cu illərdə magistratura təhsili almışdır.

1999-cu ildə prokurorluq orqanlarında xidmətə başlamışdır. Müxtəlif illərdə Tərtər və Sumqayıt hərbi prokurorluqlarında, həmçinin Respublika Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə çalışmışdır.

2010-cu ildə Tərtər hərbi prokuroru, 2013-cü ildə Respublika Hərbi Prokurorluğunun istintaq idarəsinin rəisi, 2020-ci ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilmişdir.

17 mart 2022-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.

14 iyul 2025-ci ildə Hərbi prokurorun müavini vəzifəsindən azad edilmişdir.

Təltifləri Xidməti fəaliyyətinə görə Azərbaycan Respublikasının Baş prokuroru və Hərbi prokuroru tərəfindən dəfələrlə mükafatlandırılmış və müxtəlif medallarla təltif olunmuşdur.

Ailəsi Ailəlidir, üç övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Qazax rayonunda doğulanlar