Tess Gerritsen () — amerikalı yazıçı və keçmiş həkimdir. Əsasən detektiv, kriminal və tibbi triller janrında yazdığı əsərləri ilə tanınır.
Həyatı Gerritsen San-Dieqoda böyüyüb. O, Stanford Universitetində antropologiya üzrə təhsil alıb və 1975-ci ildə bakalavr dərəcəsi alıb. Daha sonra Kaliforniya Universitetinin San-Fransisko Tibb Məktəbində tibb təhsili alaraq 1979-cu ildə tibb doktoru dərəcəsi əldə edib.. Tibb təhsilindən sonra Gerritsen Honolulu, Havayda həkim kimi çalışıb. Həkimlik fəaliyyəti dövründə, analıq məzuniyyətində olarkən bədii əsərlər yazmağa başlayıb. Onun yazıçılığa keçidində tibbi təcrübəsi sonrakı əsərlərinin mövzularına da təsir göstərib. Gerritsenin ilk romanı Call After Midnight 1987-ci ildə nəşr olunub. Yazıçılığının ilk mərhələsində əsasən romantik trillerlər yazıb. 1996-cı ildə nəşr olunan Harvest romanı onun tibbi triller janrına keçidində mühüm mərhələ olub və əsər New York Times bestseller siyahısına daxil olub.
Gerritsen sonrakı illərdə cinayət və tibbi trillerləri ilə beynəlxalq şöhrət qazanıb. Onun ən tanınmış əsərləri arasında detektiv Ceyn Rizzoli və tibbi ekspert Maura Ayzın yer aldığı Rizzoli & Isles seriyası xüsusi yer tutur. Bu əsərlər əsasında eyniadlı televiziya serialı da çəkilib.
Gerritsen həkimlik fəaliyyətindən təqaüdə çıxdıqdan sonra əsas diqqətini yazıçılığa yönəldib. O, Men ştatının Kamden şəhərində yaşayır.
Yaradıcılığı Tess Gerritsen yaradıcılıq fəaliyyətinə romantik triller və romantik-suspens janrında əsərlər yazmaqla başlamışdır. Onun ilk romanı Call After Midnight 1987-ci ildə nəşr edilmişdir.. İlk dövr yaradıcılığına Under the Knife, Whistleblower, Never Say Die, Presumed Guilty, Girl Missing və Keeper of the Bride kimi romanlar daxildir. Gerritsenin sözlərinə görə, həkim işlədiyi dövrdə romantik-suspens romanlarına maraq göstərməsi onun ilk bədii əsərlərinin formalaşmasına təsir etmişdir.İlk romanından sonra müəllif bu istiqamətdə daha səkkiz roman yazmışdır. 1990-cı illərin ortalarından Gerritsenin yaradıcılığında tibbi triller janrı əsas istiqamətlərdən birinə çevrilmişdir. 1996-cı ildə nəşr olunan Harvest onun ilk tibbi trilleri olmuş və müəllifin The New York Times bestseller siyahısına ilk dəfə daxil olmasına səbəb olmuşdur. Əsərdə tibbi etika, orqan transplantasiyası və xəstəxana daxilindəki cinayətkar fəaliyyətlər kriminal sujetlə əlaqələndirilir. Harvest əsərindən sonra Gerritsen Life Support (1997), Bloodstream (1998) və Gravity (1999) kimi tibbi və elmi mövzuların üstünlük təşkil etdiyi trillerlər yazmışdır. Maine State Library Gerritsenin bu dövr əsərlərini onun seçilmiş biblioqrafiyasının əsas hissəsi kimi təqdim edir. Gerritsenin yaradıcılığının ən mühüm mərhələlərindən biri Rizzoli & Isles silsiləsidir. Silsilənin ilk romanı The Surgeon 2001-ci ildə nəşr edilmiş və burada detektiv Jane Rizzoli obrazı təqdim olunmuşdur. Növbəti roman The Apprentice (2002) əsərində məhkəmə-tibb eksperti Dr. Maura Isles əsas personajlardan birinə çevrilmişdir. Daha sonra hər iki obraz ətrafında uzunmüddətli kriminal roman silsiləsi formalaşmışdır. Rizzoli & Isles silsiləsində kriminal hadisələr, qətllərin araşdırılması və məhkəmə-tibbi təhlillər birləşdirilir. Gerritsen özünün həkimlik təcrübəsinin xüsusilə Maura Isles obrazının yaradılmasına və tibbi-elmi mövzuların işlənməsinə kömək etdiyini bildirmişdir. O, həkimlərin problemlərə yanaşma tərzini və elmi terminologiyanı bilməsinin yazı prosesində üstünlük verdiyini qeyd etmişdir. Gerritsenin əsərləri yalnız tibbi kriminal janrı ilə məhdudlaşmır. Gravity (1999) əsərində elmi-fantastika və məhkəmə-tibbi elementləri birləşdirilir. The Shape of Night (2019) isə fövqəltəbii və qotik qorxu elementlərindən istifadə edən müstəqil romandır. Playing with Fire (2015) əsərində də müəllif ənənəvi kriminal triller çərçivəsindən kənara çıxaraq musiqi və tarixi mövzuları süjetə daxil etmişdir. Müəllifin yaradıcılığında tibbi biliklərlə yanaşı, elmi araşdırma və kriminal təhqiqat mühüm yer tutur. Bloodstream əsərində insan davranışına təsir edən parazit mövzusu, The Bone Garden əsərində isə keçmişdə baş vermiş cinayətlə müasir dövr hadisələrinin əlaqələndirilməsi diqqət çəkir.Gerritsen eyni zamanda televiziya və kino üçün ssenarilər də yazmışdır. Onun Adrift adlı ssenarisi 1993-cü ildə CBS kanalında televiziya filmi kimi yayımlanmışdır.Daha sonra oğlu Josh Gerritsenin rejissorluq etdiyi Island Zero filminin ssenarisini yazmışdır. Yazıçının yaradıcılığının mühüm xüsusiyyətlərindən biri janrlar arasında keçid etməsidir. Gerritsen özü romantik-suspensdən tibbi trillerə, daha sonra isə kriminal trillerə keçdiyini və yaradıcılığını zamanla dəyişdirdiyini bildirmişdir.Bu baxımdan onun yaradıcılığı romantik trillerlərdən tibbi trillerlərə, oradan isə Rizzoli & Isles kimi uzunmüddətli kriminal silsiləyə doğru inkişaf etmişdir. Gerritsenin əsərləri beynəlxalq miqyasda geniş yayılmışdır. Müəllifin rəsmi bioqrafiyasına əsasən, kitabları 40 dilə tərcümə edilmiş və dünya üzrə 40 milyondan çox nüsxə satılmışdır.
Əsərləri The Surgeon (2001)
The Apprentice (2002)
The Sinner (2003)
Body Double (2004)
Vanish (2005)
The Mephisto Club (2006)
The Keepsake (2008)
Ice Cold (2010)
The Silent Girl (2011)
Last to Die (2012)
Die Again (2014)
I Know a Secret (2017)
Listen to Me (2022)
Tibbi trillerlər Harvest (1996) Life Support (1997) Bloodstream (1998) Gravity (1999) The Bone Garden (2007)
Rizzoli & Isles seriyası
Call After Midnight (1987) Under the Knife (1990) Never Say Die (1992) Whistleblower (1992) Presumed Guilty (1993) Girl Missing (1994) Keeper of the Bride (1996) Playing with Fire (2015) The Shape of Night (2019) Choose Me (2021, Gary Braver ilə) Tavistock seriyası In Their Footsteps (1994) Thief of Hearts (1995)
Martini Club seriyası The Spy Coast (2023) The Summer Guests (2025)
Digər romanları
Ekranlaşdırmalar Gerritsenin Rizzoli & Isles roman seriyası əsasında eyniadlı televiziya serialı hazırlanmışdır. Serial 2010–2016-cı illərdə yayımlanmış, baş rollarda Anji Harmon və Saşa Aleksandr çıxış etmişdir. Serial Gerritsenin romanlarındakı Ceyn Rizzoli və Maura Ayz obrazlarından ilhamlansa da, əsərlərin birbaşa ekran adaptasiyası deyil.. Gerritsenin Adrift adlı pyesi əsasında televiziya filmi hazırlanmış və əsər 1993-cü ildə CBS kanalında yayımlanmışdır. Filmdə baş rolu Keyt Cekson canlandırmışdır.
İstinadlar
Xarici keçidlər Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ həkimləri Kateqoriya:Qadın yazıçılar Kateqoriya:Detektiv yazıçıları Kateqoriya:XX əsrin ABŞ romançıları