Cümə məscidi (İmişli) — Azərbaycanın İmişli rayonunda yerləşən, XIX–XX əsrə aid tarixi-memarlıq abidəsi, məscid.
Haqqında Məscid İmişli rayonunun mərkəzində, Həzi Aslanov küçəsi 55-də yerləşir. İbadətgah, həmçinin “Vəliyullah məscidi” kimi tanınır. İbadət evinin inşası 1991-1994-cü illərə aid edilir. Bünövrəsi 1987-ci ildə keçmiş İmişli rayonun İcra başçısı Hacı Xanhüseyn tərəfindən qoyulub.
İbadət evinin həyəti daş hasarla əhatə olunub. Məscidin üç ibadət zalı var. İbadətgahda altıpilləli minbəri yerləşir. Məscidin mişar daşından tikilmiş qoşa minarəsi və bir günbəzi var. Günbəzin diametri 15 metrdir və o, 16 tağvari pəncərəyə malikdir. Minarələrin hündürlüyü isə 27 metrdir və üstünə aypara ilə səkkizguşəli ulduz quraşdırılıb.İmişli rayonu Cümə məscidi. İstifadə tarixi: 03.09.2026
Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org
Həmçinin bax Məscid Beynəlxalq Məscid Günü Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Xarici keçidlər
Siyahı Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:Azərbaycandakı sünni məscidləri Məscid Kateqoriya:Rayonlarına görə Azərbaycan məscidləri