Cinsi terapiya — cinsi funksiyanın yaxşılaşdırılması və cinsi disfunksiyanın müalicəsi üçün tətbiq edilən terapiya|terapevtik strategiya. Buraya vaxtsız boşalma və gecikmiş boşalma, erektil disfunksiya, aseksuallıq|cinsi həvəsin və ya oyanmanın olmaması, ağrılı cinsi əlaqə (vaginizm və dispareuniya), həmçinin atipik cinsi maraqların (parafiliyalar), gender disforiyasının (və transgender olmağın), həddindən artıq aktiv libidonun və ya hiperseksuallıqın yaratdığı problemlər, cinsi inamsızlıq və cinsi zorakılıqdan (zorlama və ya cinsi təcavüz) sağalma daxildir. Həmçinin qocalma, xəstəlik və ya əlilliklə əlaqədar cinsi problemləri də əhatə edir.Binik, Y. M., & Hall, K. S. K. (2014). Principles and practice of sex therapy (5th ed.). NY: Guildford,

Təcrübə Müasir seks-terapiya tez-tez psixoterapiya|psixoterapevtik üsulları tibbi üsullarla birləşdirir;Bancroft, J. (2009). Human Sexuality and Its Problems (3rd ed.). Edinburgh: Elsevier. məsələn, erektil reaksiyanı artırmaq üçün Viaqra (sildenafil) və Sialis (tadalafil), vaxtsız boşalmanın müalicəsi üçün isə Paksil (paroksetin) istifadə olunur. Seks-terapevtler problemlərlə üzləşən şəxslərə onlarla mübarizə aparmaqda kömək edir və bu yolla aktiv, sağlam cinsi həyatın bərpasına dəstək olurlar. Seks-terapiyaya transformativ yanaşma cinsi problemlərin psixoloji, bioloji, farmakologiya|farmakoloji, münasibətlərlə bağlı və kontekstual aspektlərini başa düşməyi hədəfləyir.

Seks-terapiya tibbi və psixoloji müayinəni ehtiva edən ciddi qiymətləndirmə tələb edir. Səbəb odur ki, cinsi disfunksiyanın somatik və ya psixogen əsası ola bilər. Aydın nümunə kimi göstərmək olar ki, səbəblərinə qan dövranı problemləri və performans narahatlığı daxil ola bilən erektil disfunksiyanın (bəzən hələ də "impotensiya" adlandırılır) diaqnostikası buna əsaslanır. Seks-terapiya adətən qısmən qısamüddətli olur və müddəti terapinin səbəblərindən asılıdır.

Sertifikatlaşdırılmış seks-terapevtler müştəriləri ilə heç vaxt cinsi əlaqədə olmurlar. Seks-terapiya cinsi surroqat|cinsi surroqatlar anlayışından fərqlidir. Seks-terapevtler müştərilərə seanslar arasındakı fasilələrdə evdə yerinə yetirilməsi üçün cinsi əsaslı tapşırıqlar verib izah etdikləri halda, cinsi surroqatlar bacarıqların təkmilləşdirilməsinə kömək etmək məqsədilə həmin məşqlərdə müştəriləri ilə birlikdə iştirak edirlər.

Qocalma və cinsəllıq Həyatın müxtəlif mərhələlərində baş verən həm fiziki, həm də emosional transformasiyalar bədənə və cinsallığa təsir edə bilər. Hormon səviyyəsinin sonrakı enməsi, nevrologiya|nevroloji və qan dövranı funksiyalarındakı dəyişikliklər erektil disfunksiya və ya vaginal ağrı kimi cinsi problemlərə səbəb ola bilər.

Tarixi Seks-terapiya qədim Hindistan, Çin, Yunanıstan və Rusiya da daxil olmaqla, tarixin müxtəlif dövrlərində və müxtəlif cəmiyyətlərdə mövcud olmuşdur. O, təlimatlar, cadular, anafrodisiaklar və ya afrodizyaklar, eləcə də tantra yoqası şəklində təzahür etmişdir.

1950-ci illərdə seks-terapiya "cinsi ifadəyə nəzarət etmək" və o dövrdə qeyri-adi hesab edilən davranışları, məsələn, homoseksualizmi və ya həddindən artıq tez-tez cinsi əlaqədə olmağı boğmaqla məşğul idi. Masters və Conson əsrin ortalarında seks-terapiyada inqilab etməklə tanınır, bura cütlük terapiyası və həssas fokus kimi anı yaşamağa yönəlmiş davranış müdaxilələri daxil edilmişdir.

Həmçinin bax Həssas fokus Reproduktiv hüquqlar Cinsi inqilab

İstinadlar

Kateqoriya:Cinsi terapiya Kateqoriya:Reproduktiv sağlamlıq