Əbül-Həsən Ələddin Əli ibn Əhməd ibn İbrahim əl-Məhaimi (, ; ) — hind mənşəli müfəssir və sufi.

Həyatı Hicri 776-cı (1374) ildə indiki Mumbayın Məhim kəndində anadan olmuşdur. Ailəsinin Piro ləqəbinə nisbətlə Əli Piro adı ilə də tanınır.

Məxdumun babaları Həccac ibn Yusifin təzyiqləri səbəbilə Mədinə şəhərindən Hindistana gəlib məskunlaşmışdılar. Ailəsi bölgədə Nəvaitilər (Qureyş daxilində bir qol) kimi tanınırdı. Atası Şeyx Əhməd savadlı bir şəxs idi.

Məxdum Dehli sultanlığının hökmdarı Məhəmməd ibn Tuğluqun hakimiyyəti illərində Hindistana Mərkəzi Asiyadan və başqa yerlərdən gətirilən çoxsaylı alimlərdən təhsil aldı və İslam elmlərin bir çox sahələrində özünü yetişdirdi.

Məxdumun yaşadığı dövrdə İbn əl-Ərəbinin Hindistan bölgəsinə güclü təsir var idi. İbn əl-Ərəbinin görüşlərinin ən böyük müdafiəçilərindən biri də Məxdum olmuş, onun əsərlərinə şərhlər yazmışdır. Rəvayətə görə, Yəməndə İbn əl-Ərəbinin fikirlərinə qarşı çıxan bir şəxsi inandırmaq üçün oraya qədər getmişdir.

Əbdülhəqq əd-Dəhləvi ondan "sufi, böyük müvahhid alim" kimi bəhs edərkən, Əbdülhəyy əl-Həsəni onu Şah Vəliyullah əd-Dəhləvidən sonra Hindistan bölgəsinin misilsiz alimi kimi xarakterizə etmişdir.

O, hind alimlərinin əksəriyyəti hənəfi məzhəbinə mənsub olduğu halda, yetişdiyi bölgənin alimləri kimi şafii məzhəbinə mənsub olmuş, bəzi qısa səfərləri istisna olmaqla ömrünü qazı vəzifəsini icra etdiyi Məhimdə keçirmişdir.

O, hicri 835-ci ilin 8 və ya 28 Cəmadiyəlaxirində (11 fevral və ya 2 mart 1432) Məhimdə vəfat etmişdir.

İrsi və mirası Hər il onun məzarı yanında minlərlə insanın iştirakı ilə anım tədbirləri keçirilir.

Əsərləri Qələmə aldığı əsərlərdən bəziləri bunlardır: Şərhu Füsusil-hikəm. Fiqhi-Məxdumi. Şərhun-Nüsus li-Konevi.

Həmçinin bax Məhəmməd Həmidullah

İstinadlar Kateqoriya:Hindistan sufiləri