Birləşmiş Krallıq hökuməti tərəfindən Birləşmiş Krallığın (BK) maraqlarını pozan və ya dəyərlərinə zidd olan ölkələrə, fərdlərə və təşkilatlara qarşı tətbiq edilən hüquqi qadağalar(sanksiyalar). BK tərəfindən sanksiyaya məruz qalanlar "tətbiqedilən ölkələr", "tətbiqedilən təşkilatlar" və ya "tətbiqedilən fərdlər" adlanırlar.

BK aşağıdakı sanksiyaları tətbiq edir:

aktivlərin dondurulması; tətbiqolunan ölkənin; şəxsin və ya təşkilatın Birləşmiş Krallıqdakı maliyyə vəsaitlərinə çıxışının məhdudlaşdırılması; səyahət qadağaları; fərdlər üçün Birləşmiş Krallığa giriş qadağsı; nəqliyyat sanksiyaları (tətbiqolunanlara aid nəqliyyat vasitələrinin BK ərazisinə daxil olmasına qadağa).

Ölkələrə tətbiq edildikdə, BK iqtisadi sanksiyaları sərfetməyən siyasət və ya qərarlara cavab olaraq həmin ölkənin iqtisadiyyatına zərər vurmaq məqsədi daşıyır. Ölkələrə qarşı BK sanksiyaları ya həmin ölkənin Birləşmiş Krallığa qarşı sanksiya tətbiq etməsinə cavab olaraq, ya da tətbiqolunan ölkənin hərəkətlərinin BK siyasəti və dəyərlərinə uyğunlaşdırılması üçün təzyiq məqsədilə tətbiq olunur.

BK sanksiyaları təşkilata tətbiq edildikdə, bu, həmin təşkilatın hərəkətlərinin BK siyasəti və dəyərlərinə uyğunlaşdırılması üçün təzyiq məqsədilə tətbiq olunur.

Fərdlərə qarşı BK sanksiyaları, adətən, BK əleyhidarı olan rejim və ya təşkilatlarla, yaxud qadağan olunmuş terror təşkilatları ilə əlaqələrinə görə qeyri-Britaniya vətəndaşlarına tətbiq edilir.

2022-ci ilin iyul ayında britaniyalı jurnalist Qrem Filips, BK hökumətinin sanksiya siyahısına əlavə edilən başqa vətəndaşlığı olmayan ilk Britaniya vətəndaşı olub. Filips siyahıya əlavə edildi, çünki onun işi " Ukraynanı qeyri-sabitləşdirən və Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini sarsıdan və ya təhdid edən hərəkətləri və siyasətləri dəstəkləyir və təşviq edir".

Sanksiyaların effektivliyi ilə bağlı tənqidlərə baxmayaraq, sanksiyalar BK üçün xarici siyasət məqsədlərinə çatmaqda hökumət strategiyasının əsas hissəsinə çevrilib. BK hökuməti BK Məhkəmə sistemində sanksiya apellyasiyalarını 100% müdafiə etmək rekorduna malikdir.

Tarixi

XIX əsr BK, xüsusən də ABŞ kimi digər ölkələrlə birlikdə əsrlər boyu embarqolar və ya sanksiyalar tətbiq edib. 19-cu əsrin əvvəllərində Napoleon müharibələri zamanı BK Fransa, müttəfiqləri və Amerika qitəsi arasında ticarəti qadağan edib. Bu, 1806-cı ildə Fransanın Birləşmiş Krallıqla neytral ticarəti qadağan etməsinə cavab olaraq tətbiq edilib.

XX əsr Birinci Dünya müharibəsi Millətlər Məclisinin yarayıb.masına gətirib çıxardı və Millətlər Məclisi Nizamnaməsinin 16-cı maddəsinə əsasən, bütün üzvlər mübahisələri sülh yolu ilə həll etmək əvəzinə "müharibəedən ölkələr" ilə ticarət və ya maliyyə əlaqələrini kəsməlidirlər. Güman edilirdi ki, sanksiyalar müharibələrin qarşısını ala bilər və eyni zamanda, tətbiqolunan liderlərinin öz vətəndaşlarına qarşı davranışının dözəlməsinə kömək edər. Bəzən sanksiya təhlükəsi işə yarayıb. Ancaq, bəzi ölkələr sadəcə sanksiyalara məhəl qoymayıb, əvvəlki kimi davam ediblər.

İtaliya 1935-ci ildə Efiopiyaya hücum edərkən, BK də daxil olmaqla, 52 ölkə İtaliyaya qarşı sanksiyalar tətbiq edib. İtaliyaya qarşı sanksiyalar silahlanmaya, maliyyə alətlərinə, İtaliya mallarının idxalına və müəyyən malların İtaliyaya ixracına təsir edib. Lakin sanksiyalar cəmi 8 ay davam edib və təsirsiz olub.

İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının yarayılması ilə sanksiyalar siyasi alət kimi yenidən və bu dəfə ABŞ-ın iştirakı ilə tətbiq olub.

BMT ayrı-ayrı ölkələrin hər hansı bir ölkəyə qarşı öz sanksiyalarını tətbiq etməsinə müdaxilə etməsə də, BMT 1946–1990-cı illər arasında Şimali Koreya, Cənubi Afrika, Portuqaliya, Rodeziya və İraqa qarşı cəmi 5 dəfə sanksiya tətbiq edərək, bütün ölkələrin sanksiyaları dəstəkləməsini gözləyib.

BK 1951–53-cü illərdə İrana, 1956-cı ildə Misirə, 1972–79-cu illərdə Uqandaya və 1988-ci ildə Somaliyə qarşı BMT-dən kənar özünün sanksiyalarını tətbiq edib.

XX əsrin ikinci hissəsində sanksiyalar iqtisadi alət kimi daha çox diqqət çəkməyə başlayıb.

XXI əsr Müasir dövrdə BK hökuməti həm öz sanksiyalarını tətbiq edir, həm də digər ölkələr tərəfindən çoxmillətli əməkdaşlıq aktları çərçivəsində tətbiq edilən sanksiyalara qoşulur.

XXI əsrdə BK hökumətinin sanksiyaları, 2006-cı ildə Aleksandr Litvinenkonun qətli kimi yüksəksəviyyəli hadisələrə cavab olaraq fərdləri və ya şirkətləri hədəfə alıb.

2019-cu ildə BK, Avropa Birliyi ilə birlikdə, 2018-ci ildə Sergey və Yuliya Skripalın zəhərlənməsində iştirak etməkdə şübhəli bilinənlərə qarşı sanksiyalar tətbiq edib.

2020-ci ilin iyul ayında BK "dünyada ən ağır insan hüquqları pozuntuları və sui-istifadələrində iştirak edənləri hədəf almaq üçün nəzərdə tutulmuş" yeni qlobal insan hüquqları rejimi çərçivəsində ilk sanksiyaları elan edib. Qırx doqquz hüquqi və fiziki şəxslər sanksiyalara məruz qaldı və sanksiyalar onların ölkəyə daxil olmasına, BK bankları vasitəsilə pul köçürməsinə və ya BK iqtisadiyyatından mənfəət əldə etməsinə mane olub.

2024-cü ildən etibarən BK sanksiyaları 2018-ci il Qanununa uyğun olaraq qəbul edilir.

BK sanksiyaları geniş spektrli fərdlərə və şirkətlərə qarşı yönəlib. 2022-ci ildə Rusiya-Ukraynaya müharibəsi başlasdıqda BK öz növbəsində RF hüquqi və fiziki şəxslərinə qarşı sanksiyalar paketi tətbiq edib.

10 mart 2022-ci ildə rusiyalı oliqarx və ovaxtkı "Çelsi" nin sahibi Roman Abramoviç yeddi rusiyalı oliqarxdan ibarət qrup üzvləri ilə birlikdə BK tərəfindən sanksiyalara məruz qaldı.

RF, İsrail və Portuqaliya vətəndaşlığına malik olan Abramoviçin Böyük Britaniyadakı aktivləri dondurulmuş və ona səyahət qadağası qoyulmuşdu. BK hökuməti sanksiyaların Abramoviçin Kremllə əlaqələrinə cavab olduğunu bildirib və Abramoviçə aid şirkətlərin Rusiyanın Ukraynada hücum məqsədilə yerləşdirdiyi tanklarda istifadə edilən polad istehsal edə biləcəyini bildirib. Abramoviç Vladimir Putin və Kremllə yaxın əlaqələri olduğunu inkar edib. BK hökumətinin sanksiyaları Abramoviçi 19 ildir sahib olduğu futbol klubu "Çelsi"ni satmağa məcbur edib.

2022-ci ilin mart ayında ovaxtkı Maliyyə müşaviri Rişi Sunak Rusiyaya qarşı sanksiyaların Britaniya xalqı üçün "müftə olmayacağını" və bu xalqı "qarşıdakı çətin zamanlardan" tam qoruya bilməyəcəyini bildirdi. R. Sunak BK yaşayış minimumu böhranının səbəbi kimi, RF əleyhinə sanksiyaları göstərib.

2023-cü ilin may ayında Tokioda keçirilən illik G7 sammitində BK Baş naziri Rişi Sunak Rusiyaya qarşı sanksiyaları gücləndirərək, Rusiya mənşəli mis, alüminium və nikellə yanaşı, Rusiya almazlarının idxalını qadağan edib və BK-ın Ukraynaya dəstəyini ikiqat artırıb; daha 86 RF vətəndaşı və şirkətinə qarşı sanksiyalar tətbiq edib. Sunak bildirib: "BK və G7 tərəfdaşları tərəfindən Rusiyaya tətbiq edilən sanksiyalar Putinin müharibə reytinqini aşağı salınmasında açıq və mütərəqqi təsir göstərir".

1990-cı illərdən 2021-ci ilə qədər qlobal sanksiyaların üçdə ikisini ABŞ tətbiq edib, lakin 2022-ci ildə Rusiyanın Ukraynaya həmləsindən bəri digər ölkələr, xüsusən də BK, daha aktiv sanksiya tətbiqedən ölkələrə çevrilib. Belə ki, 2024-cü ilə qədər BK 1600-dən çox fərdə qarşı sanksiya tətbiq etmiş və 18 milyard funt sterlinqdən (22,8 milyard dollar) çox aktivi dondurmuşdur. BK hökuməti tərəfindən sanksiya tətbiq edilənlərin siyahısı və tətbiq edilən sanksiyalar hökumətinin internet saytında açıqlanıb.

Sanksiya tətbiqi və siyahısındançıxama BK hökumətinin sanksiyaları çox vaxt ölkəyə, hüquqi və ya fiziki şəxsə əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq olunur. Sanksiyalar, BK Məhkəmələri cəlb edilmədən, birbaşa BK hökuməti tərəfindən tətbiq olunur. Sanksiyalar cinayət ittihamı qaydasında tətbiq olunmur, Britaniya pasportunun ləğvinə səbəb olmur. Tətbiqolunan sanksiyaya Nazirlik tərəfindən yenidən baxılması üçün inzibati qaydada, bu nəticə vermədikdə isı Ali Ədalət Məhkəməsinə müraciət edə bilər. Təcrübədə, Nazirlik araşdırması nəticəsində bəzi fərdlər BK hökumətinin sanksiya siyahısından çıxarılıb, lakin 2024-cü ilə qədər sanksiyalara qarşı Ali Məhkəməyə edilən heç bir apellyasiya şikayəti uğurlu olmayıb.

BK hökumətinin sanksiyaları BK hökuməti tərəfindən "müvəqqəti və geri götürüləbilən" tədbir kimi qiymətləndirilir. Sanksiyaların tətbiqi müddətlə məhdudlaşmır. Tətbiqolunan ölkə, təşkilat və ya fərdin adı apellyasiya şikayətinə baxılması nəticəsində sanksiya siyahısından çıxarılmayıbsa, onların adları siyahıdan BK hökumətinin qərarı ilə çıxarıla bilər.

Sanksiyaların tətbiqi, lisenziyalar 2016-cı ildə yaradılan BK Xəzinədarlığı Maliyyə Sanksiyalarının Tətbiqi Ofisinin (OFSI) vəzifələrinə maliyyə sanksiyalarının düzgün anlaşılması, könüllü və ya icbarı tətbiqinin təmin edilməsi, potensial pozuntuların aşkarlanması və araşdırılması da aiddir. OFSI hüquqi və fiziki şəxslərə qarşı aktivlərin dondurulması və maliyyə xidmətlərinin məhdudlaşdırılması kimi maliyyə sanksiyaları tətbiq edə bilər.

Tətbiqolunan hüquqi və fiziki şəxslər vəsaitlərinin bir hisssəsi hesabına "əsas ehtiyaclar"nın ödənilməsi məqsədilə "ödəniş lisenziyası" almaq üçün OFSI-yə müraciət edə bilərlər. Roman Abramoviçə "Çelsi"ni satmaq üçün belə lisenziya verilib və görünür, Abramoviç və BK hökuməti 2022-ci ilin mart ayında satışdan əldə edilən gəlirin "Ukraynadakı müharibə qurbanlarının xeyrinə" istifadə ediləcəyi barədə bəyanat imzalayıblar. Lakin 2023-cü ildə BK hökuməti 2,5 milyard funt sterlinqə yaxın məbləğin "Ukraynada müstəsna olaraq humanitar məqsədlər üçün" istifadəsində israr edib, nəticədə Abramoviçin nümayəndələri BK hökumətini razılaşma şərtinin pozulmasında ittiham edib. Belə ki, ilkin razılaşmada "müharibə qurbanlarının" vətəndaşlığına dair şərti olmayıb. Həmin vəsaitlər Abramoviçin Fordstam şirkətinə məxsus dondurulmuş bank hesabındayıb..

2023-cü ilin iyul ayında, Rusiya-Ukrayna müharibəsindən bəri dondurulmuş aktivlərlə bağlı Ali Məhkəməyə edilən ilk şikayət olan, Phi superyaxtasının sahibi rusiyalı iş adamı Sergey Naumenkoya təhvil verilməsi ilə bağlı apellyasiya şikayətini Məhkəmə rədd edib. Hakim Ross Kranston yazılı qərarda bildirib ki, " Phi yüksək dəyərli gəmi və sahibinin RF-ə aidiyyəti şəxs olduğu üçün qanuni olaraq saxlanılıb". Naumenko ona qarşı qərardan apellyasiya şikayəti verib.

2023-cü ilin avqust ayında etiraz edilən şəxsə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ilk işdə Ali Məhkəmə iş adamı Yevgeni Şvidlerə qarşı qərar çıxardı. Şvidler Rusiyada anadan olub, Britaniya və Amerika vətəndaşlığına malikdir. Onun vəkilləri Ali Məhkəmədə sanksiyalara qarşı qaldırdığı hüquqi etirazda Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində hüquqlarının pozulduğunu, sanksiyaların "qeyri-mütənasib çətinliklərə" səbəb olduğunu və "Rusiya əsilli şəxs kimi ona qarşı ayrı-seçkilik" törətdiyini iddia ediblər. 2023-cü ilin avqust ayında məhkəmə iddianı rədd edib və hakim Neil Garnham bildirdi ki, "Tətbiqin nəticələri ciddi olsa da, iddiaçı və ailəsi böyük narahatlıqlara və az olmayan maddi itkilərə məruz qalsa da, onlar şəxsin həyat və azadlığına təhlükə yaratmır". "Şvidler Ali Məhkəmənin ona qarşı çıxardığı qərardan apellyasiya şikayəti verib.

Apellyasiya Məhkəməsi Şvidler və Naumenkonun Ali Məhkəmənin onlara qarşı çıxardığı qərarlardan apellyasiya şikayətləri 2024-cü ilin yanvar ayında BK Apellyasiya Məhkəməsində birlikdə dinlənilib. Bunlar BK Apellyasiya Məhkəməsinə çatan ilk işlər idi. 27 fevralda Apellyasiya Məhkəməsi Şvidler və Naumenkoya qarşı qərar çıxardı. "Spotlight on Corruption" təşkilatının hüquq tədqiqatçısı Aleksa Maqi bildirib ki, BK hökumətinin qələbəsi "daha böyük ambisiyalarla sanksiyalar tətbiq etmək üçün yaşıl işıq" verib.

Sanksiyaların tənqidi Yarandığı gündən bəri sanksiyaların faktiki effektivliyi və sanksiyaların bir siyasət kimi tənqid olunması ilə bağlı müzakirələr davam edir. Hakim Qarnham Ali Məhkəmənin qərarında onun əleyhinə qərar çıxarsa da, Şvidler işi BK sanksiya rejiminin müstəqil şəkildə nəzərdən keçirilməsinə çağırışa səbəb olub.

İstinadlar

Kateqoriya:Embarqolar Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti