Anastasiya Lvovna (; ) — Rurik sülaləsinin knyaz xanımı, qalisiyalı Lev Daniloviçin qızı, knyaz Zemovit Dobjinskinin həyat yoldaşı.

Həyatı Anastasiya qalisiyalı Lev Daniloviç (təxminən 1228—təxminən 1301) və onun arvadı Konstansanın (1237–1288-dən gec olmayaraq; həmçinin onun atası macar kral IV Bela idi) qızı idi. Valideynlərinin evliliyi 1246 və ya 1247-ci ildə baş tutmuşdur.

Məlumdur ki, 1287/1288-ci illərin sonunda tatar-monqol işğalı zamanı anası Konstansa Starı Sonçdakı (Polşa) bir monastırda gizlənirdi. Ola bilsin ki, Anastasiya və bacısı Svyatoslava onun yanında idilər.

1296-cı ildə Anastasiya Dobjin şahzadəsi Zemovitə (təxminən 1265–1312) ərə getdi. Bu nikah Zemovitin qardaşı Vladislav Loketekin sayəsində baş tutmuş ola bilər.

1303-cü ildə Dobjin zadəganlarının dəstəklədiyi qardaşı oğulları Zemovitə qarşı üsyan qaldırdılar, çünki onlar Zemovitin Çexiya və Polşa kralı II Vatslavın xeyrinə apardığı siyasətindən narazı idilər. Onların qoşunları Dobjin və ətraf əraziyə soxuldular və Zemovit əsir götürüldü. Onunla birlikdə Anastasiyanın da tutulduğu ehtimal olunur. Zemovit növbəti il qaça bilmiş (bunu ailəsi ilə birlikdə edib-etmədiyi məlum deyil) və 1305-ci ildən gec olmayaraq knyazlıqda hakimiyyəti bərpa etdi.

1310-cu ildə Zemovit dəhsiyyəni ödəməkdən imtina etdi və buna görə ailəsi ilə birlikdə kilsədən qovuldu.

İki il sonra o, vəfat etdi və Anastasiya, o dövrdə artıq Polşanın hökmdarı olan Vladislav Loketekin himayəsi altında knyazlıqda kiçik uşaqlarının naibi olaraq qaldı.

1316-cı ildə Anastasiyanın oğulları Boleslav və Vladislav kilsəyə dəhsiyyə ödənişinin bərpası üçün Plotsk yepiskopu Florianla danışıqlar aparmağı bacarmış və onların kilsədən qovulma statusları ləğv edildi. Elə həmin il onun hər iki oğlu knyazlığı müstəqil şəkildə idarə etməyə başladılar. 1323-cü ildə qardaşı oğulları Lev və Andreyin ölümündən sonra Vladislav Qorbatı (Anastasiyanın oğlu) onların varisi olduğunu iddia etdi.

Nikah və övladları 1296-cı ildən onun əri olan Zemovitin (hardasa 1265–1312) valdeyinləri Kuyaviya knyazı I Kazimir və Yevfrosiniya (Opole və Rasibuj knyazı Kazimirin qızı) idilər.

Övladları:

Leşek (hardasa 1300–10 iyul 1316-dan gec olmayaraq) Vladislav Qorbatı (1303/1305–1351/1352), 1312–1327/1328-ci illərdə və 1343-cü ildə Dobjin knyazı, 1327/1328-dən başlayaraq Lençitsa knyazı. Kazimir (hardasa 1304–10 iyul1316-dan gec olmayaraq) Boleslav (hardasa 1305–1328), 1312–1327/1328-ci illərdə Dobjin knyazı, 1327/1328-dən başlayaraq Lençitsa knyaz Yudit (1313-cü ildən gec olmayaraq vəfat etmişdir)

Onun oğulları özlərindən sonra övlad qoymadılar və Vladislav Qorbatının ölümündən sonra knyazlıq Polşa krallığının bir hissəsi oldu.