Meklenburq-Şverinli Adolf Fridrix (; ) — ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin oğlu.

18 dekabr 1785-ci ildə Ludviqslustda dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransisk, anası isə Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi Şahzadə Luizadır. Atasının taxta çıxdıqdan sonra dünyaya gələn tək övladıdır. Napoleon müharibələri dövründə Meklenburq-Şverin mülkü fransızlar tərəfindən işğal edildi və digər ailə üzvləriylə birlikdə 22 dekabr 1806-cı ildə sürgün edildi. Cəmi 1 il davam edən bu sürgün boyunca Holşteyndə qaldılar.

Bu müddət ərzində orduda xidmətə başlasa da, 1809-cu ildə istehfa etdi. Ömürboyu sürgünə getmək şərtiylə katolik məzhəbinə keçməsinə icazə verildi. Beləcə, 1818-ci ildə Cenevrədə məskunlaşdı. Ardından Roma papası VII Piyi ziyarət etmək məqsədilə Romaya səyahət etdi. Burada ikən böyük qardaşı vəliəhd-şahzadə Fridrix Lüdovikin ölüm xəbərini aldı.

Heç vaxt evlənmədi və geridə varis qoymadan 1821-ci ildə Maqdeburqda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Wolfgang Prange: Verzeichnis der Domherren. In: Ders.: Bischof und Domkapitel zu Lübeck: Hochstift, Fürstentum und Landesteil 1160-1937. Lübeck: Schmidt-Römhild 2014 ISBN 978-3-7950-5215-7 Kateqoriya:Almanlar