Meklenburq-Şverinli Con Albert (; ) — Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu.
8 dekabr 1857-ci ildə Şverində dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransisk, anası isə onun ilk xanımı olan alman əsilzadəsi Şahzadə Avqusta Reysdir. Drezdendə təhsil aldı və Prussiya ordusunda xidmət etdi.
6 noyabr 1886-cı ildə Veymarda Böyük Saksen-Veymar-Eisenax hersoqu Karl Aleksandrın qızı Yelizaveta Sibilya ilə evləndi. Xanımının 1908-ci ildə vəfatıyla dul qaldı.
1883-cü ildə atasının vəfatından sonra böyük qardaşı III Fridrix Fransisk, onun 1897-ci ildə vəfatından sonra isə qardaşı oğlu IV Fridrix Fransisk taxta çıxdı. Ancaq qardaşı oğlu hələ 15 yaşında idi və böyük qardaşı Pavel Fridrix naiblikdən boyun qaçırdığı üçün Con Albert naib təyin olundu və 1901-ci ilədək dövlət işləriylə məşğul oldu.
28 may 1907-ci ildə Braunşveyq hersoqluğunun naibi təyin edildi. Onun bu vəzifəsi 1 noyabr 1913-cü ilədək davam etdi. 15 dekabr 1909-cu ildə Braunşveyqdə Stolberqli Yelizaveta ilə evləndi. Heç bir evliliyindən övladı olmadı.
Birinci Dünya müharibəsi illərində Alman müstəmləkə torpaqlarının itirilməməsinə tərəfdar oldu. 20 fevral 1920-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Huberty, Michel; Alain Giraud; F. B. Magdelaine (1945). L'Allemagne Dynastique, Tome VI : Bade-Mecklembourg. A. Giraud. pp. 239, 240. ISBN 978-2-901138-06-8 Winkler, Heinrich August; Sager, Alexander (2006). Germany: the long road west. Vol. 1. OUP Oxford. p. 316. ISBN 0-19-926597-6 Fischer, Fritz (1967). Germany's aims in the First World War. p. 461. ISBN 9780393053470 Grewolls, Grete (2011): Wer war wer in Mecklenburg und Vorpommern. Das Personenlexikon. Rostock: Hinstorff Verlag. p. 2460. ISBN 9783356013016 Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 320. ISBN 978-87-7674-434-2
İstinadlar Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almaniya siyasi xadimləri Kateqoriya:Almanlar