Badenli Amaliya Kristina Yekaterina (; ) — Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi, Baden şahzadəsi.

13 iyul 1776-cı ildə əkiz bacısı Karolina ilə birgə Karlsruedə dünyaya gəldilər. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu vəliəhd-şahzadə Karl Lüdovik, anası isə Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı Amaliyadır.

Prussiya kralı II Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrix, Britaniya kralı III Georqun oğulları Klarens və Müqəddəs Endryu hersoqu Vilhelm və Kent hersoqu Eduard Avqust, Anhalt-Dessau hersoqu III Leopoldun oğlu vəliəhd-şahzadə Frederik, Müqəddəs Roma imperatoru II Leopoldun oğlu Seşin hersoqu Karl, hətta ögey əmisi I Lüdoviklə evlənməsi müzakirə edilsə də, bu evlilik cəhdlərinin heç biri tamamlanmadı. Heç vaxt evlənmədi və bacıları Karolina və Luizanın saraylarında onlarla birgə yaşadı.

1823-cü ildə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Anna Schiener: Markgräfin Amalie von Baden (1754-1832), Regensburg: Pustet, 2007, ISBN 978-3-7917-2046-3, S. 79–85

Amalie Christiane von Baden. In: Neuer Nekrolog der Deutschen, 1. Jahrgang 1823, 2. Band. Ilmenau 1824. S. 880 f.

İstinadlar

Kateqoriya:Əkiz insanlar