Hessen-Darmştadtlı Frederik Avqust Karl Anton Amelius Maksimilyan Kristian Lüdovik (; ) — Böyük Hesse hersoqu I Lüdovikin oğlu

13 may 1788-ci ildə Darmştadtda dünyaya gəldi. Atası Hessen-Darmştadt landqrafı IX Lüdovikin oğlu vəliəhd-şahzadə Lüdovik, anası isə onunla əmiqızı olan xanımı Hessen-Darmştadtlı Lüdovikadır. Hərbi karyera üzrə təlim-tərbiyə aldı. 1796-cı ildə Avstriya ordusunda xidmətə göndərildi. 1807-ci ildə sağlamlıq problemi səbəb göstərilərək Hessenə qayıtdı. 1808-ci ildə katolik məzhəbinə keçdi. Bu səbəblə, özünün və özündən sonra gələn şəcərəsinin taxt hüququ əlindən alındı. Bununla yanaşı, ölkədən sürgün olundu və Parisdə məskunlaşdı.

1813-cü ildə könüllü olaraq fransız ordusuna daxil oldu və öncəki hərbi karyerası səbəbilə qısa zamanda rütbəsi yüksəldi. Napoleon Bonapartın məğlub edilməsindən sonra çar ordusunda xidmətə başladı. 1829-cu ildən etibarən Portuqaliyada məskunlaşdı və davam edən taxt-mübarizəsində I Miqueli dəstəklədi. 1852-ci ildə Hessen ordusunda general leytenant, 1862-ci ildə isə piyada birliklərinin generalı təyin olundu. Ancaq bütün bu təyinatlar zamanı Frederik Avqust ölkə xaricində məskunlaşdırdı və bütün bu rütbələr formal olaraq qaldı. 1820-1849 və 1856-1867-ci illərdə Hessen parlamentinin üzvü olsa da, heç vaxt aktiv fəaliyyət göstərmədi.

16 mart 1867-ci ildə Parisdə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Eckhart G. Franz (Hrsg.): Haus Hessen. Biografisches Lexikon. (= Arbeiten der Hessischen Historischen Kommission N.F., Bd. 34) Hessische Historische Kommission, Darmstadt 2012, ISBN 978-3-88443-411-6, Nr. HD 69, S. 344–345 (Eckhart G. Franz). Jochen Lengemann: MdL Hessen. 1808–1996. Biographischer Index. (= Politische und parlamentarische Geschichte des Landes Hessen. Bd. 14 = Veröffentlichungen der Historischen Kommission für Hessen. Bd. 48, 7). Elwert, Marburg 1996, ISBN 3-7708-1071-6, S. 181. David August Rosenthal: Konvertitenbilder aus dem neunzehnten Jahrhundert. Band 1, Teil 1, Seiten 320–322, Schaffhausen, Hurter Verlag, 1871.

İstinadlar