Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir.
Həyatı Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972–1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975–1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir.
Elmi fəaliyyəti 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984–1987-ci illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi.
1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımçı dosent olaraq işlədi.
1989-da dosent, 1995 ilində də professor oldu.
1999–2000 tarixlərində Qazaxıstanda Əhməd Yesəvi Universiteti — Türk Dili və Ədəbiyyatı Bölümü prezidentliyi, 2002 – 2006 tarixləri arasında əvvəl Ləfkə Avropa Türk Dili və Ədəbiyyatı Bölümü prezidentliyi, ardından Fənn-Ədəbiyyat Fakültesi Dekanlığı, 2006 – 2008 illəri arasında İstanbul-Bəykənt Universiteti Fənn-Ədəbiyyat Fakültesi Türk Dili ve Ədəbiyyatı Bölümü prezidenliyi etmişdir.
İndiysə İstanbul Aydın Universiteti Fənn-Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümünün elm işçisidir.
Macar, İngilis və Monqol dillərini bilən Qaraağac, evli və iki uşaq atasıdır.
Kitablar . Qaracaoğlan, Bütün Şeirleri, İstanbul, 1977. . Lütfî Divanı, TDK, Anqara 1998. . Azərbaycan Bayatıları, (Halil Açıqgöz ilə birlikdə), TDK., Anqara. 1998. . Türkcənin Dünya Dillerinə Etkisi (Çapa Hazırlıq), Anqara, 2004. . Dil, Tarix və İnsan, 3. baskı, Kitabevi Yayınları, İstanbul 2008. . Türkcə Verintiler Lüğəti, Türk Dil Qurumu Yayınları, Anqara, 2008. . Monğolca-Türkcə Danışıq Rəhbəri (Yavuz Qartallıoğlu ilə birlikdə), Kitabevi Yayınları, İstanbul, 2009.
İstinadlar
Kateqoriya:Pedaqoqlar Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkoloqlar