Əbül-Fəzl ər-Riyaşi (; ) — Bəsrə qrammatika məktəbinə mənsub dilçi və ədəbiyyatşünas, hədis alimi.

Bioqrafiyası Onun tam adı Əbül-Fəzl əl-Abbas ibn əl-Fərəc ibn Əli ibn Abdillah ər-Riyaşi əl-Lügəvidir. 793-cü ildə Bəsrə şəhərində anadan olmuşdur.

O, əl-Əsmai, Məmər ibn Müsənna, Əbu Zeyd əl-Ənsari, Əbu Osman əl-Məzini və başqa dilçilərdən təhsil almışdır.

Əbül-Fəzl ər-Riyaşi ömrünün böyük hissəsini Bəsrədə keçirmişdir. İbn Əbüd-Dünya, Mübərrəd, Sələb və İbn Düreyd onun yetişdirdiyi görkəmli şəxslərdən bəziləridir. O, qısa bir müddət Səmərra və Bağdad şəhərlərində də yaşamışdır. Səmərrada Faten ibn Xaqan onun bilik və təcrübəsindən bəhrələnmişdir. Bağdad da isə Yaqub ibn Şeybə və Ubeydullah ibn əs-Sərinin yanında yaşamış, Sələb, Əxfəş əl-Əvsat və bəzi dilçilərlə elmi müzakirələr aparmışdır.

Əbül-Fəzl ər-Riyaşi 871-ci ildə Bəsrə şəhərində baş vermiş Zənci qiyamında üsyançılar tərəfindən qətlə yetirilmişdir.

Fuad Sezgin onun "Kitab əl-Xəyl" və "Kitab əl-İbil" adlı əsərlərinin XIII əsrdə Hələb kitabxanasında saxlanıldığı qeyd etsə də, onun əsərlərindən heç biri dövrümüzə qədər gəlib çata bilməmişdir.

İstinadlar