300px|thumb|1500-1503-cü illər Rusiya-Litva müharibəsinin xəritəsi Blaqoveşensk atəşkəsi — 25 mart 1503-cü ildə imzalanmış və 1500–1503-cü illər Rusiya–Litva müharibəsində hərbi əməliyyatları başa çatdırmış, altı il müddətinə bağlanmış atəşkəs müqaviləsidir. Adını Müqəddəs Məryəmin müjdələnməsi (Blaqoveşeniye) bayramından alır.

Müqaviləyə əsasən, Oka, Dnepr və Qərbi Dvinanın yuxarı axarlarını əhatə edən, sərhəd boyunca yerləşən 19 şəhərlə birlikdə böyük bir ərazi Rusiya dövlətinin tərkibinə keçdi. Bu şəhərlər arasında Çerniqov, Qomel, Novqorod-Severski və Bryansk da vardı. Bundan əlavə, Litva Böyük Knyazlığı 70 volostu, 22 qəsəbəni və 13 kəndi itirdi; ümumilikdə torpaqlarının təxminən üçdə birindən məhrum oldu.

25 mart 1503-cü ildə III İvan Moskvada Livoniya Konfederasiyası ilə də atəşkəs imzaladı. Bunun nəticəsində Rusiya öz sərhədlərini Livoniya müharibəsinə qədər təhlükəsizləşdirdi.

Ədəbiyyat siyahısı

Kateqoriya:Əlifba sırasına görə müqavilələr Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:1503-cü ildəki hadisələr Kateqoriya:Moskva tarixi