Leninad () — Limonad əsaslı qazlaşdırılmış alkoqolsuz içki, istehsalçısı Real Soda In Real Bottles, Ltd. Adı Lenin sözü ilə ingilis dilindəki lemonade (azərb. limonad) sözünün kontaminasiyasıdır, qablaşdırmanın dizaynı isə sovet üslubunda tərtib edilmişdir.
Tarixi İçki 2000-ci illərin əvvəllərindən istehsal olunur, onun meydana çıxması ilə bağlı ilk məlumatlar təxminən 2002-ci ilə aiddir. İçki parlaq qırmızı rəngli limonad qazlı suyu kimi təsvir edilir. Tərkibində kofein yoxdur; inqrediyentləri arasında qazlı su, qamış şəkəri, limon turşusu, gümrabik, təbii və süni ətirləndiricilər, qliserin abietatı və natrium benzoat var.
Qəbulu thumbnail|Leninad şüşələrinin qapaqlarının alt tərəfi The Huffington Post nəşrinin məlumatına görə, dadı əslində Leninadın əsas üstünlüyü deyil — onu şüşənin etiketində çap olunmuş sovet kalamburları satır. Şüşənin üzərindəki şüarlar sovet frazeologiyasını və sovet təbliğatını parodiya edərək belə ifadələrdən istifadə edir:
Növbə durmağa dəyən dad! Orak və çəkiclə al! İç, yoldaş! İç! Yoxsa QULAQ. Müharibəni ən yaxşı soyuq halda təqdim etmək lazımdır! İstisən? Soyuq müharibə ilə sərinlə!
Houston Press nəşrindən Ketrin Şilkatt Leninadı yüngül qazlaşdırılmış çəhrayı limonada bənzөтmişdir: „O, çox xoşuma gəldi. Bu, kinayə ilə təqdim olunan və ironik təbəssümlə içilən yüngül, əyləncəli yay içkisidir.“
İçkinin icmalında BevReview-dan Stiv Tanner yazmışdır: „Şüşənin özü artıq xoş bir suvenirdir, çünki qrafika birbaşa şüşənin üzərinə çap olunub. Dadı şüşənin üzərində təsvir olunmayıb və ilk qurtumda onu təyin etmək kifayət qədər çətindir. Ən azından mənim dad reseptorlarımın dediyinə görə, limon, sitrus meyvələri, albalı və qreypfrut çalarları var. Qeyri-standart dad profili içkiyə həm mövqelənmə, həm də dad baxımından fərqlənməyə kömək edir. Leninad Şərq blokunun steroid istifadə etməyən olimpiya idmançısı qədər unikaludur. Tövsiyə olunur!“
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Limonadlar Kateqoriya:Alkoqolsuz qazlı içkilər