İsbət Heydərbəy qızı Batalbəyova (; ) — Dağıstanlı qumuq opera müğənnisi (messo-soprano). T.Muradov adına Dağıstan Dövlət Filarmoniyasının solisti, Dağıstan MSSR xalq artisti və RSFSR-in xalq artisti (1972). Dağıstan MSSR Ali Sovetinin deputatı. Həyatı İsbət Batalbəyova 20 sentyabr 1922-ci ildə Dağıstanın Tərki qəsəbəsində (indiki Mahaçqalanın Sovet rayonunda) tekstilçi fəhlə ailəsində anadan olmuşdur. Milliyyətcə qumuqdur. Məktəbi və fabrik-zavod məktəbini bitirdikdən sonra anasının işlədiyi III İnternatonal adına fabrikin əyirici sexinə daxil olmuşdur. Daha sonra Batalbəyova Buynaksk Pedaqoji Məktəbini və çap maşını kurslarını bitirmiş, radio-komitədə katibə-maşinistka işləmişdir. İsbət Batalbəyova Bədii özfəaliyyətlə məşğul olmuşdur.
1940-cı ildə Dağıstan radio-komitəsinin xoruna daxil olmuşdur. İsbət Batalbəyova 1943–1949-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. Tələbə ikən Azərbaycan Dövlət Oper və Balet Teatrında işləmişdir.
İsbət Batalbəyova 1949-cu ildə Dağıstana qayıtmışdır. 1949–1976-cı illərdə Dağıstan Dövlət Filarmoniyasının solisti olmuşdur. Q.A.Həsənovun, N.S.Dağırovun, S.A.Kərimovun və digər Dağıstan bəstəkarlarının vokal əsərlərinin ilk ifaçısı olmuşdur. İsbət Batalbəyova Albaniyada, Monqolustan Xalq Respublikasında, Finlandiyada və Çin Xalq Respublikasında qastrol səfərlərində olmuşdur.
Rəsul Həmzətov İsbət Batalbəyovanın Moskvanın İttifaqlar Evinin Sütunlu zalındakı çıxışlarından biri haqqında yazmışdır:
Dağıstan MSSR Ali Sovetinin deputatı seçilmişdir.
İsbət Batalbəyova 22 noyabr 1999-cu ildə Mahaçqalada vəfat etmişdir.
Ailəsi Oğlu: Xalid Bəşirov, iqtisad elmləri namizədi, Dağıstan Dövlət Pedaqoji Universitetinin (DDPU) dosentidir. Qızı: Bariyət Məhəmmədova, Dağıstan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin baş müəllimidir.
Təltifləri və mükafatları Berlində keçirilən III Ümumdünya Gənclər və Tələbələr Festivalının Fəxri diplomu. "Stalin" mükafatı (III dərəcə, 1952) – konsert-ifaçılıq fəaliyyətinə görə. ""Qırmızı əmək bayrağı" ordeni". Dağıstan MSSR xalq artisti. RSFSR əməkdar artisti (23.04.1960).Указ Президиума Верховного Совета РСФСР от 23 апреля 1960 RSFSR xalq artisti (1972).
Teatrda işləri Azərbaycan Dövlət Opera və Balet Teatrı səhnəsində: Üzeyir Hacıbəyovun "Koroğlu" operası Əfrasiyab Bədəlbəylinin "Nizami" operası Şarl Qunonun "Faust" operası
Xatirəsi Mahaçqalada Buynakski küçəsi 6 nömrəli binanın qarşısında xatirə lövhəsi (2002).
Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin İsbət Batalbəyova adına akademik vokal sahəsində mükafatı (2014).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:XX əsr opera müğənniləri Kateqoriya:Dağıstan MSSR xalq artistləri