Şəbib ibn Yezid əş-Şeybani (; ) — 695-ci və ya 696-cı ildə Əməvilərə qarşı baş vermiş xarici üsyanın lideri.

Həyatı O, 695-ci və ya 696-cı ildə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvana qarşı üsyan qaldırdı və Kufədə olan Əməvi sərkərdəsi Həccac ibn Yusifi mühasirəyə aldı. Lakin buna bağmayaraq 697 və ya 698-ci ildə Duceyl çayı sahilindəki döyüşdə məğlub oldu və öldürüldü.

Bu hadisədən əvvəl isə Həccac onun üzərində İbn əl-Əşasın komdanlığında 6 min süvaridən ibarət ordu yollamış, lakin Şəbib, İbn əl-Əşasın ordusunu yormaq məqsədilə İbn əl-Əşasdan davamlı qaçmışdı. Həccac da İbn əl-Əşası komandanlıqdan azad edib onun yerinə Osman ibn Qətanı təyin etmiş, Osman ibn Qətan isə Şəbib tərəfindən məğlub edilərək qətlə yetirilmişdi.

Həmçinin bax Dəhhak ibn Qeys əş-Şeybani

İstinadlar

Kateqoriya:Xaricilər Kateqoriya:İnqilabçılar Kateqoriya:VII əsr ərəbləri